Ömrü uzadan meyvələr

Ömrü uzadan meyvələrMeyvələr bədən sağlamlığı üçün çox əhəmiyyətli olan vitamin, mineral və liflərlə zəngindir.

Onların mümkün olduğu qədər qabıqlı yeyilməsi orqanizmə daha da xeyirlidir. Türkiyə mətbuatına istinadən bildirildiyinə görə, Yaponiyanın Okinava adasında yaşayan insanlar bol-bol meyvə yeyir. Fransız jurnalistlər Ana Dufour və Laurence Vittner, "Okinava rejimi" adlı kitabda onların hər gün 2-4 boşqab meyvə yediyini söyləyir: "Bir boşqab meyvə dedikdə bir alma, ya da iki albalı nəzərdə tutulur, hərəsindən bir kilo deyil. Bir porsiyaya hansısa bir meyvə (alma, armud, portağal), iki kiçik meyvə (çiyələk, ərik) ya da 100 qram üzüm, bir dilim ananas, qarpız da daxil ola bilər".

Portağal Okinavada ən çox yeyilən meyvələr arasındadır. Portağalın C vitamini ilə zəngin olduğunu bilirik, lakin bu hələ hamısı deyil. Bütün sitrus bitkiləri kimi tərkibində yetərli nisbətdə kalsium, antixolesterol liflər var.

Ananas ekzotik meyvələrin önündə gəlir. Aşağı kalorili olması ilə diqqəti cəlb edər. Xüsusilə balıq və ətdə olan "bromelain" adında ferment ehtiva edir. Bu ferment qan laxtalanmasının qarşısını alır və ürəyi qoruyur. Bundan başqa mədədə kanserojen maddələrin birləşməsinə mane olaraq mədəni qoruyur.

Avokadoda kalori sıxlığı çox yüksək olsa da, gündəlik menyuda yer ala bilər. Çünki tərkibindəki yağlar zeytun yağı qədər çox faydalıdır. Digər tərəfdən ürək üçün də xeyirlidir.

Alma xolesterolu və təzyiqi salır. Nizamlı olaraq yeyildikdə qandakı şəkər nisbətini nizamlayır və diabetin sürətləndirdiyi erkən yaşlanmaya mane olur. İmmunitet sistemini gücləndirir, oynaq və revmatizm ağrılarını kəsir. Qəbizliyə mane olur. Hər gün yemək çox faydalıdır.

Ərikdən Okinavada şoraba da hazırlanır. C vitamini ilə çox da zəngin olmasa da, qan damarlarını gücləndirir. Sidik qovucudur, bağırsaqlara yumşaldıcı təsir göstərir. Minerallarla zəngindir.

Qarpız sərinləşdirici təsirə malikdir. Tərkibində su zəngindir. Digər meyvə və tərəvəzlər kimi, xərçəng və kardioloji xəstəliklərdən qorunmaqda effektlidir.

Yapon armudu bir növü almadır, amma yeyildikdə ağızda armud təsiri bağışlayır. Yapon armudu, adi armuda çox yaxındır, faydaları və daşıdığı qida dəyərləri baxımından da.

Gilas mövsümü Okinavada ən gözəl mövsümdür. Albalı piqment olaraq güclü qoruyucuları sayəsində qan damarlarını qoruyur. Bədənin digər hissələrinə dağılan (ayaqlar, əllər, gözlər) flavonoidlər olaraq adlandırılan bu piqmentlər qan dövranını yaxşılaşdırır. Bu, yaşlılıqla mübarizədə əhəmiyyətlidir.

Limon - bütün sitrus bitkiləri kimi limon da sağlamlığa olan çox böyük faydaları ilə tanınır. Vitaminlər və flavonoidlərlə qan damarlarını gücləndirir. Qan dövranı yolu ilə orqanlarımıza, hüceyrələrimizə güc verir və bədənin həyati vitamin materiallarını təmin edir. Üstəlik xərçəngdən qorunmada da xüsusi bir yeri var. Bütün yeməklərimizə bir az limon suyu qataraq onun xeyrindən faydalana bilərik, çünki limon qandakı şəkər nisbətini və eyni zamanda qan təzyiqini salır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9981   Tarix: 30 avqust 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490