Laçın rayonun işğalından 21 ötür

Laçın rayonun işğalından 21 ötürBu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 21 il ötür.

Ermənistan ordusu 1992-ci il mayın 17-də Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək Laçını işğal edib. İşğal 18 mayda tam başa çatıb... Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Şuşa, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi 1835 kvadrat kilometr, əhalisi işğala qədər 64 min nəfər olub.

İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib.

Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

21 ildir ki, laçınlılar respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.

Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 238 nəfər şəhid olub, 66 adam girov götürülüb, 105 nəfər əlilə çevrilib. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb...

Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsi ilə daxil olub. Yerli sakinləri deyir ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib.

Laçın alayının keçmiş komandanı Arif Paşa isə bildirir ki, Laçın Azərbaycanın müstəqilliyi uğrunda savaşan qüvvələrlə müstəqilliyin əleyhinə olan qüvvələr arasındakı mübarizənin nəticəsində işğal olunub: "Günahkar axtaranda gərək o zamankı siyasi situasiyanı da nəzərdən keçirək. Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmaq istəyən qüvvələr var idi. Laçının işğalı Azərbaycan torpaqlarının taleyini şübhə altına qoyurdu. Əslində Laçının işğalı həm də Rusiyanın burdakı diktəsinin təzahürü idi. Bütün əsgərlər və zabitlər ürəklə döyüşürdülər. Uduzan siyasi hakimiyyətlər idi. Əsgərlər və zabitlər müharibənin qara fəhlələri idi. Biz savaşırdıq. Həmin dövrdə Azərbaycan Milli Ordusunun əsas zabit kontingenti Rusiyaya bağlı idi. Bunun nəticəsində torpaqlarımız işğal olundu. Mən də 30 aprel, 1992-ci tarixli 251 nömrəli sərəncamla Laçın alayının komandiri vəzifəsindən kənarlaşdırıldım. Yerimə Azərbaycanı Rusiyanın təsir dairəsində görmək istəyənlər gəldilər. Beş il müddətində qoruduğumuz torpaqları bir andaca işğal olundu".

A.Paşa bildirir ki, hazırda Azərbaycanın hərbi və insan potensialı torpaqlarımızın müharibə yolu ilə geri qaytarılmasına imkan verir: "Hər bir xalqın öz torpağını geri qaytarmaq hüququ var. Bizim müharibə aparmağımız tək bizdən asılı deyil. Bunun üçün ortaya ciddi milli iradə qoymaq lazımdır. Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq qüvvələrə həvalə edilməməli idi. Bu, bizim daxili işimizdir. Münaqişə erməni quldurlarının milli ədavət salmasının nəticəsində baş qaldırmışdı. Azərbaycan bu məsələni öz daxili işi kimi həll etməli idi. İndiki dövrdə belə çıxır ki, biz problemi həm də beynəlxalq güclərin iradəsi ilə hesablaşaraq həll etməliyik. Hakimiyyət bu məsələni dünya dövlətlərinin müzakirə predmetinə çevirməməli idi. Mən millətçi adamam. Düşünürəm ki, Azərbaycanın problemlərinin həlli milli iradədən asılıdır. Şərqin, Qərbin, Şimalın, yaxud da Cənubun Azərbaycanın daxili məsələsinə müdaxiləsi yolverilməzdir. Çox təəssüf edirəm ki, zamanında buna fikir vermədilər".

A.Paşanın fikrincə, Azərbaycan müharibədən əvvəl müharibəyə hazırlıq mərhələsini keçməlidir: "Müharibədən əvvəl müharibəyə hazırlıq mərhələsini keçmək lazımdır. Bu gün Azərbaycan cəmiyyətində müharibə ab-havası hiss olunmur. Bu məsələlər həll olunmalıdır. Müharibə kompleks şəkildə aparılacaq bir prosesdir. Biz iri güclərin Azərbaycana ikili standartlardan yanaşmasının şahidi oluruq. Torpaqların azad olunacağına dair Qərbə olan ümidlər özümüzü aldatmaqdan başqa bir şey deyil".

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3100   Tarix: 17 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304