Gözdən əlillərə xəbər (Mütləq oxuyun)

Gözdən əlillərə xəbər (Mütləq oxuyun)Azərbaycanda zəif görən insanların mobil telefonlardan istifadə etməsi üçün yeni sistem yaradılıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun "Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsulları" laboratoriyasının rəhbəri Kamil Aydazadə bildirib.

Onun sözlərinə görə, sistem Azərbaycan dilində latın qrafikası ilə yazılmış yazıların mobil telefon vasitəsilə tanınıb səsləndirilməsi üçün işlənilib. Yeni yaradılan sistem görmə məhdudiyyəti olan insanlar tərəfindən müstəqil formada istifadə edilə bilər: "Məhdud görmə qabiliyyəti olan insanlar üçün əsas problemlərdən biri müstəqil olaraq kitab və jurnal kimi ənənəvi məlumat mənbələrindən məlumatın əldə edilməsidir. Görmə qabiliyyətini itirmiş insanlar üçün qabarıq nöqtələrdən təşkil edilmiş xüsusi Breyl kodu əsasında hazırlanmış kitablar mövcuddur, lakin həcm baxımından bu kitablar adi kitablardan daha çox yer tuturlar. Bu kitabların digər çatışmayan cəhəti, onların tez sıradan çıxması və məhdud sayda olmasıdır. Ölkədə audio kitabların da həcmi çox azdır.

Məhdud görmə qabiliyyəti olan insanların asanlıqla yazı məlumatını əldə etməsi üçün, onu danışıq formasına çevirib səsləndirmək gərəkdir. Görmə qüsuru olan insanlar üçün yazıları tanıma sistemini mobil telefonlar üçün hazırlamaq daha məqsədəuyğun sayılır".

K. Aydazadə deyib ki, yeni sistem özündə həm kamera, həm səsləndirmə qurğusu, həm də məlumatı emal etmək üçün prosessor cəmləşdirir. Android platforması əsasında hazırlanmış proqram vasitəsilə Azərbaycan dilindəki çap mətninin təsviri kamera vasitəsilə çəkilərək, ilkin emal edilir, tanınır və tanımadan sonra səsləndirilir: "Beləliklə də, mobil telefonuna bu proqramı yükləyən zəif görən insan istənilən mətni rahat şəkildə eşidə bilər. İstərdik ki, bu sistemdən Azərbaycandakı gözdən əlillər yararlana bilsinlər. Bu layihəni ölkədəki mobil operatorlardan birinə təklif etdik. Təəssüf ki, adətən həmin təşkilatlarda elmi layihələr mütəxəssislər tərəfindən qiymətləndirilmir".

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1837   Tarix: 16 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

13:20 93
.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

15:10 0
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 610
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 160
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 195
.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

11:50 105
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 192
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 224
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 212