Azərbaycan müğənnilərinin gizli sevgililəri

Azərbaycan müğənnilərinin gizli sevgililəriZaman-zaman mətbuatda şou-biznesin xanım nümayəndələrinin onları maliyyələşdirən şəxslərlə-sponsorlarıyla sevgili olduqları haqda məlumatlar yayılır. Bəzi xanım sənətçilər isə bunu səmimi şəkildə etiraf edirlər. Təbii ki, söhbət onların vətəndaş nikahında yaşamasından gedir.

Əməkdar artist Mətanət İsgəndərlinin rəsmi evliliyindən Kərim adlı oğlu, Ülkər adlı qızı var. Sənətçinin vətəndaş nikahında yaşadığı bir neçə nəfər olub. Onlardan biri MTN-in 2003-cü ildə itkin düşmüş əməkdaşı Mahir Abdullayevdir. Ancaq bundan sonra da İsgəndərli vətəndaş nikahında yaşayıb. Müğənnin 2010-cu ilin aprel ayının 2-də Lent.az-a verdiyi müsahibədən:

"– Ərə getmisiniz təzədən?
– Yoox, 7-8 ildir... Söz-sözü çəkdi, dedim.
– Özünüz də istəməzsiniz ki, sənətinizə pul qoysun?
– O əsl Azərbaycan mentalitetli kişidir. Layihə, filan belə şeylərə sponsorluq edilməsinə razı deyil. Özünün o qədər də imkanı yoxdur. Olsa, edir".

Məntiqlə yanaşsaq, görərik ki, bu müsahibə götürüləndə Mahir Abdullayevin itkin düşdüyü yeddi il idi. Eynilə Mətanət İsgəndərlinin dediyi kimi. Yəni həmin müsahibədə haqında danışılan şəxs Mahir Abdullayev deyil.

"Toylar kraliçası" yarışmasının qalibi, son zamanlar ANS-in efirindən dediyi meyxanalarla daha da populyarlaşan Samirə Yusifqızı də xeyli müddətdir ki, vətəndaş nikahında yaşayır. Sənətçidən 2011-ci ildə aldığım müsahibədə bildirmişdi ki, ilk həyat yoldaşı seçimi valideynlərindən də yaşlı olub: "Həyat yoldaşım 1997-ci ildə dünyasını dəyişdi. Hüquq-mühafizə sistemində çalışırdı, kapitan idi. Əgər yoldaşım sağ olsaydı, sənətə görə heç vaxt ailə dağıtmazdım. Mən onu sevib ailə qurmuşdum və 22 yaş fərqimiz var idi. Təsəvvür edin ki, həyat yoldaşım valideynlərimdən də böyük idi. İndi həyatımda bir nəfər var. Çoxları elə bilir ki, bu münasibət nəyəsə görədir. Ancaq sizə desəm ki, indi həyatımda olan insan taksi sürücüsüdür, bəlkə də inanmazsınız. Sadəcə, mən onu sevdiyimə görə bir yerdəyəm".

Rəqqasə Fatimənin isə özündən xeyli gənc iş adamı ilə bir yerdə olduğu bildirilir. Lakin bir həftə öncə sənətçi haqda yazdığım yazıdan sonra redaksiyaya zəng vuraraq "ərim nazirlikdə yüksək vəzifədə işləyir" deməsindən sonra yeni versiya ortaya çıxır. Ola bilər ki, həmin şəxs məmurluqla yanaşı, biznes fəaliyyəti ilə də məşğuldur. Qeyd edək ki, Fatimə Fətəliyeva 2011-ci ildə ikinci dəfə ana olub.

Rəqqasə Sevda da vətəndaş nikahında yaşayan sənətçilərin sırasındadır. Hətta təxminən iki il öncə Sevda xanımın həmin şəxsdən hamilə olması ilə bağlı məlumatlar da var idi. Lakin əldə etdiyimiz məlumata görə, sənətçinin səhhətindəki problemlərə görə uşaq tələf olub.

Rəqqasə Aytən isə yaxın zamanlara qədər bir iş adamı ilə vətəndaş nikahında yaşayırdı. Onun ilk nikahından bir övladının olduğu bildirilir.

Müğənni Rəqsanə İsmayılova da tez-tez sevgililərini dəyişməsi ilə gündəmə gəlir. Xatırlayırsınızsa, sənətçi təxminən bir il əvvəl Faiq adlı sevgilisindən qalmaqallı şəkildə ayrılmışdı. İsmayılovanın kiçik qızı Yağmurun atasının kim olduğu da mediaya bəlli deyil. Amma müğənni jurnalistlərlə söhbətində belə bir cümlə işlədib: "Diqqətlə fikirləşsəniz qızımın atasının kim olduğunu bilərsiniz. Həmin insan da sənətdədir".

Qeyd edək ki, Rəqsanənin ilk və son rəsmi evliliyi 1997-ci ildə 18 yaşında ikən olub.

"Yeni ulduz" müsabiqəsinin qalibi, son vaxtlar tez-tez Almaniya turnesinə çıxan müğınni İlhamə Qasımova da bir dəfə rəsmi şəkildə ailəli olub. Sənətçinin övladı yoxdur. Qasımova özü də etiraf edib ki, hazırda vətəndaş nikahında yaşadığı şəxs var:

"Amma nə birinci, nə də ikinci nikahdan övladım var. Ona görə yox ki, bunu istəmirəm. Sadəcə buna vaxtım olmayıb. İndinin özündə də çox istəyirəm ki, uşağım olsun. Rəsmi nikaha girmək istəmirəm. Düşünürəm ki, bu, artıqdır. Bizim kəbinimiz var və bu, kifayətdir. Rəsmi nikah sadəcə pasportda möhürdən başqa bir şey deyil. Ərim mənim dayağımdır. Məni dəstəkləyir, yaradıcılığımda kömək edir, qətiyyən qısqanmır və ən başlıcası da budur".

Xalq artisti Aygün Kazımova ilk dəfə 1989-cu ildə ailə həyatı qurub. Amma bundan sonra sənətçinin vətəndaş nikahında yaşadığı bir neçə şəxs olub. Həmin şəxslər arasında iş adamlarının daha çox olduğu qeyd edilir. Xalq artistinin əvvəllər eks-spiker Rəsul Quliyevin bacısı oğlu Rza Quliyevlə vətəndaş nikahında yaşadığı barədə də informasiya var. Amma bu elə Rəsul Quliyevin spiker olduğu dönəmlərə təsadüf edir. Kazımovanın vətəndaş nikahında yaşadığı insanlar arasında ən tanınmışı isə meyxanaçı Namiq Qaraçuxurludur. Özlərinin də dolayısıyla etiraf etdiyi kimi, Qaraçuxurlu və Kazımova 2004-2011-ci illərdə sevgili olublar. İndi isə meyxanaçı ailə qurmağa hazırlaşır, Kazımova isə yenidən sevdiyini deyir.

Model Səbinə Allahverdiyeva ilə bəstəkar-müğənni Pərviz Mahmudov təxminən 3-4 il vətəndaş nikahında yaşayıblar.

Müğənni İranə İlkin isə Elşad Abdullayevin yaydığı videoqalmaqalda adı hallanan iş adamı Arzu Kazımovla vətəndaş nikahında yaşayıb. Sənətçinin A.Kazımovdan səkkiz yaşlı qızı var. A.Kazımov hazırda həbsdədir. Xanım müğənni isə bu günlərdə verdiyi müsahibədə yenidən vətəndaş nikahında yaşadığını bildirib.

Müğənni Nazənin hazırda nənə olsa da, vətəndaş nikahında yaşadığı şəxsin olduğu haqda məlumatlar var. Bir neçə il öncə oğlu Fəxrini evləndirən sənətçi deyilənə görə, dövlət qurumlarında birinin rəhbər şəxslərindən olan bir nəfərlə vətəndaş nikahındadır. Qeyd olunur ki, Nazəninin bir neçə ay öncə dünyaya gətirdiyi uşağın atası elə həmin şəxsdir.

mənbə: axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8999   Tarix: 19 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yarımsaat çıxış edəcək - SƏBƏB

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. Bu barədə -ə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib. Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçü

24.04.2024 1963
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26.04.2024 1430
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

13:30 353
.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

27.04.2024 865
.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

13:40 389
.

Aparıcı Ülviranın EHTİRASLI görüntüsü GÜNDƏM OLDU - FOTOsu

Tanınmış teleaparıcı Ülvira Qarayeva paylaşdığı cəsur fotosu ilə diqqət çəkib. Aparıcının "İnstagram" hesabında paylaşdığı şəkil izləyicilər tərəfindən həm bəyənilib, həm də mənfi rəylər yazılıb.Fotoda Ülvira Qarayeva qısa geyimi ilə oturacaqda əyləşib.( )

10:43 861
.

Mərddən Afranın ona xəyanət etməsi ilə bağlı suala reaksiya

Türkiyəli aktyor Mərd Yazıcıoğlu keçmiş sevgilisi, aktrisa Afra Saraçoğlunun ona dostu, aktyor Mərd Ramazanla xəyanət etməsi iddialarını cavablayıb. Axşam.az xəbər verir ki, aktyor müxbirin "Keçmiş münasibətinizin bitmə səbəbi ilə bağlı çox sayda xəbərlər çıxdı" sualını yarıda kəsərək hans

26.04.2024 839
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

20:30 0
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1224