Boks üzrə Azərbaycan yığması birinci oldu

Boks üzrə Azərbaycan yığması birinci oldu

"Sərhədçi” İdman Olimpiya Mərkəzində mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yeniyetmələr arasında boks turnirinə yekun vurulub.Azərbaycan milli komandası yarışda 8 qızıl, 4 gümüş və 3 bürünc medala sahib olub.

46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov finalda qazaxıstanlı Uluqbek Beskempirlə qarşılaşmalı olsa da, rəqib idmançı rinqə çıxmayıb. 50 kq çəki dərəcəsində Ümid Rüstəmov həlledici görüşdə komanda yoldaşı Qüdrət Quliyev üzərində qələbə qazanıb – 14:7. Tayfur Əliyev də (52 kq) yarışın qalibi olub. Boksçumuz finalda macarıstanlı İştvan Szakanı üstələyib – 16:12. Elməddin İsmayılov isə (54 kq) finalda Türkmənistan təmsilçisi üzərində qələbə qazanıb. Şamil İbrahimzadə də (60 kq) qızıl medal uğrunda qarşılaşmada türkmənistanlı Pazziyevi məğlub edib – 13:7.

Digər boksçularımızdan İsmayıl Hüseynov (63 kq), Hüseyn Tanrıverdili (70 kq) və Nicat Muradlı (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komanda hesabında Azərbaycan 1-ci, Ukrayna 2-ci, Özbəkistan isə 3-cü yeri tutub.


mənbə: aznews.az

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İdman Oxunub: 2273 Tarix: 15.05.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər