Səməd Vurğunun elçiliyini Hüseyn Cavid edib (Foto)

Cavid və Vurğunun şəxsi münasibətlərinə kiçik yanaşma

Son zamanlar Səməd Vurğun yaradıcılığını, dühasını, həyat fəaliyyətini, ictimai işlərini dərindən araşdırmayan, oxuyub öyrənməyən bir qrup insanlara Səməd Vurğun ilə Hüseyn Cavid arasında olan münasibətdən söhbət açmaq istəyirəm.

Bəlkə, onun-bunun ağzından eşidib əzbərlədiyi fikirləri müdafiə edən insanların düşüncələrində bəzi aydınlaşmalar yarada bildik. Doğum tarixçələrinə baxsaq görərik ki, Hüseyn Cavid (1882-1941) Səməd Vurğundan (1906-1956) 24 yaş böyükdür. Hüseyn Cavidin yaradıcılığının ən parlaq vaxtlarında Vurğun hələ uşaq idi. Həmçinin Cavid ədəbi şəxsiyyət kimi fərqli mühitdə formalaşmışdı. Belə ki o, Türkiyədə təhsil almış, orada yaşamış, türk ziyalıları, filosofları ilə yaxından yoldaşlıq etmişdi, hətta Müsavat hakimiyyəti dönəmində də.

O, hər mövzuda – istər türkçülük, istərsə də milliyətçilik mövzusunda sərbəst şəkildə yazıb yarada bilirdi. Onda Səməd Vəkilov uşaq idi, olsa-olsa Qazax Müəllimlər Seminariyasının tələbəsi idi. Vurğun yaradıcılığının məhsuldar dövrü isə bolşeviklərin hakimiyyətə gəldiyi dövrə düşür. Çar islahatları gedişində müflisləşmiş, bəy nəslində olan atasının qəmli saz havaları ilə böyüyən, yarı ac, yarı tox Səməd çox erkən yaşlarından anasını itirdikdən sonra zülümlər içində öz parlaq düşüncələrində işıqlı gələcək axtarışında idi. Buna görə də uşaqlıqla gəncliyinin qovuşmasında meydana gələn sosial mühitə, siyasi rejimə olan rəğbəti normal halda idi. Cavidin isə ədəbi fikir təfəkkürünün formalaşması bayaq deyildiyi kimi tamam başqa mühitdə formalaşıb. Bu səbəbdən də Cavid Sovet quruluşunu heç vaxt tərif etməyib. Amma yeni quruluşu tərənnüm edən qələm sahiblərinə də hər bir zaman münasibəti normal edib.

Fikirlərini izah edərkən deyərmiş ki, yeni quruluşu gənc şairlər vəsf etməlidir. Hətta onları bu yöndə həvəsləndirib də. Səməd Vurğunun, Mikayıl Müşfiqin yaradıcılığını çox yüksək qiymətləndirib. Rafael Hüseynov "Vaxtdan uca" əsərində yazır ki, Cavid yalnız Vurğuna və Müşfiqə istədikləri vaxt yanına gəlməyə icazə verib. Bəli, Vurğun kommunizmə ürəkdən inanan, beynəlmiləl, əməkçi insanların dahi şairi idi. Bu xüsusiyyətləri ilə yanaşı, o həm də milli ruhlu şair idi. Xalqın damarlarında axan qanına hopmuş şair idi.

Deyə bilmərik ki, sosialist ölkəsi olan Azərbaycan dövləti Hüseyn Cavidə ilk başdan haqsızlıqlar etdi. Cavidin xəstəliyi nəzərə alınaraq onu müalicə üçün 6 ay Almaniyaya göndərdilər. Bakının mərkəzində möhtəşəm arxitektur binalardan birində ona mənzil verildi. Türkiyə ilə SSRİ-nin münasibətlərinin yaxşı olmadığı vaxtlarda Cavid yaradıcılığında kəskin dərəcədə Osmanlı türkcəsinin kəlmələrindən istifadə edirdi. Bu isə çox təhlükəli idi. Cavidin özündən də asılı olmadan onun ədəbi yaradıcılığının həm keçmişi, həm indisi, həm də gələcəyi Sovet ideologiyasının siyasi yanaşmasının əksinə tuş gəlirdi. Vurğun da haqlı olaraq buna görə Cavidi tənqid edirdi ki, daha çox öz ana dilinə üstünlük versin. Nəinki, Vurğun o dövrdə Cavidin yaradıcılıq yolunu qəbul etməyən bir çox ədiblərimiz var idi. Hətta Müşfiq özü də Cavid yaradıcılığına qarşı tənqidi etirazlar edərdi. Əslində böyük şair qarşıdan gələn təhlükəni, "37-nin" qanlı repressiyasını hiss edirdi. Dəfələrlə də Cavidi müdafiə etməyə cəhd göstərmişdi. Elə o üzdən də 1940-50-ci illərdə də ona qarşı hücumların əsas özəyındə də məhz Cavidi və Müşfiqi müdafiə etməsi dayanırdı.

Hüseyn Cavidlə Səməd Vurğun çox yaxın dost olublar. Hətta Cavid Vurğunun elçiliyini özü etmişdi. Bunun nəticəsi idi ki, onlar haqq dünyasına qovuşduqdan sonra övladları bu münasibəti şərəflə davam etdirmişdilər. Mərhum Turan xanımla, mərhum Xavər xanımın, mərhum Aybəniz xanımın daim Səməd Vurğunun Ev muzeyində görüşmələri və tarixi fotolar buna əyani sübutlardır.

Bu gün iki böyük dramaturq, dahi şəxsiyyət arasında xilaf yaratmağa çalışan bəzi bədxahlar heç olmazsa, bu kimi faktlara nəzər yetirsinlər. Onsuz da hər zaman Cavid də, Vurğun da, Müşfiq də bu xalqın ədəbiyyatında, tarixində, təfəkküründə qiymətli tərzdə yaşayacaqlar. Nə yazıqlar sizlərə, ki bu cür də unudulacaqsınız.

mənbə: publika.az

Turan Cavid və Aybəniz Vəkilova
Səməd Vurğunun elçiliyini Hüseyn Cavid edib (Foto)Turan Cavid
Səməd Vurğunun elçiliyini Hüseyn Cavid edib (Foto)Səməd Vurğunun ev-muzeyi, 1988
Səməd Vurğunun elçiliyini Hüseyn Cavid edib (Foto)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 7550   Tarix: 16 may 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

TOP MP3