Önəmlisi keçmiş yox, bu gündür

Önəmlisi keçmiş yox, bu gündürSon zamanlar şou-biznesdn getdiyini açıqlayaraq hicaba keçən müğənni Xuraman ona verilən sualları cavablandırıb.

-Xuraman xanım, hazırda nə işlə məşğulsunuz?

-Hazırda xınayaxdı işi ilə məşğulam. Özüm xınayaxdılar təşkil edirəm. Ancaq qadınların məclisinə gedirəm.Xanımlardan ibarət dəstəm-operator, fotoqraf, musiqiçilərim var.

-Dəstəniz neçə nəfərdən ibarətdir?

-Bu, toy sahibinin istəyindən asılıdır.

-On nəfər var?

-Bəli, olar.

-Məclislərə neçəyə gedirsiniz?

-Qiymət elə də baha deyil. 1500-2000 manat arasıdır. Çalışıram ki, toy sahibinin büdcəsinə uyğun olsun və heç kimin istəyini geri çevirməyim.

-Ola bilərmi ki, gələcəkdə repertuarınızda dini mahnılar olsun?

-Hazırda mənə bir qrupdan təklif gəlib. Bu qrup ancaq dini mahnılar ifa edir. İnşallah bu barədə fikirləşirəm. Hələ qəti qərar verməmişəm. Düzünü deyim ki, xına işiylə çox məşğul olub övladlarıma daha çox vaxt ayırmaq istəyirəm. Dini mahnılar da bizim qəlbimizdən gəlir. Amma hazırda vaxtım yoxdur. Yeri düşəndə özüm də dini mahnılar oxuyuram.

-Yəqin bilirsiniz ki, sevgi mahnıları şəhvət doğurduğundan dində haram sayılır.

-Hicaba keçəndən sonra nə heç bir efirdə, nə konsertlərdə oxumuram.

-Ümumiyyətlə oxumayacaqsınız?

-Əlbəttə ki, oxumayacağam da. İnşallah ictimai fəsad törədəcək hərəkət etmərəm. Amma qadın məclislərində öz ansamblımla oxuyuram. Bu, məclisdir və burda şənlənmək lazımdır, kədərlənmək yox.

-Hansısa müqəddəs ziyarətgahlara getmək fikriniz varmı?

-Özüm kəbleyi xanımam, Həcc ziyarətinə arzum var. İnşallah bu il qismət olsa, gedəcəyəm. Neçə illərdir Həccə getmək istəyirəm amma qismət olmur.

-Övladlarınız çox kiçikdir amma...

-Oxucularınızdan üzr istəyirəm, analığa hazırlıq dövründə düşündüm ki, heç cür gedə bilmərəm. Getsəm də ordakı vacib əməlləri yerinə yetirə bilməzdim.

-Efirdə, səhnədə olanlardan bir neçəsi oldu ki...

-(sözümü kəsir) Yəni demək istəyirsiniz ki, başlarını açdılar?

-Bəli. Ümumiyyətlə bu haqda düşünmüsünüz?

-İnşallah ki, belə bir şey olmaz. Allah izn verməsin mən başımı açım. Bu mənim əhdim olub. Başımı açmazdan öncə Allah mənim canımı alsın ki, təkrarən o günaha batmayım. Hicaba keçmək haqda lap çox düşünmüşəm.

-Nə vaxtdan?

-Altıncı sinifdən başımı bağlamaq istəyirdim, alınmadı. Çox şükür ki, indi qismət oldu. Önəmlisi keçmiş yox, bu gündür. Sizə deyim ki, ilk dəfədir bu haqda geniş danışıram. Çünki bilirəm şoulaşdıracaqlar.

-Geriyə baxanda peşman olduğunuz nələrsə var var?

-Bilirsiniz necədir? İlk övladım dünyaya gələndən sonra öz reklamımı davam elədim, ana olaraq ondan kənarda qaldım. Düzdür, gecələr gəlib nəvaziş göstərməyə çalışırdım. Amma indi düşünürəm ki, şou-biznesə, reklama görə övladımdan uzaq qalmağa dəyməzdi.

-Ətrafa bu qərarınıza kinayə ilə yanaşanlar oldumu?

-Hər kəs fikirləşirdi ki, mənim hicaba keçməyim tezdir. Çox irəlidə idim, reklamım gedirdi, gözəl klip də çəkmişdik. Birdən-birə bu qədər layihələrin üstündən xətt çəkməyim mənimlə çalışan kollektivə də qəribə gəldi. Onlar deyirdilər ki, indi daha çox qazanmağa başlamışdın. Amma ruzini verən Allahdır.

-Həyat yoldaşınız da ibadət əhlidir?

-Bəli.

-Deyəsən o bu mənada daha təcrübəlidir

-Elədir.

-Şou-biznesdə olan keçmiş həmkarlarınıza sözünüz nədir?

-Mən heç kiməm kiməsə nəsə demək üçün. Allah hər kəsi hidayət eləsin. Heç kəs haqda heç nə deyə bilmərəm. Çünki hər kəsin savabı da günahı da özünündür. İndi özümdə nələrisə düzəltməyə ehtiyac var. Ən gözəli Allahın hidayət qapısıdır. Tövbə qapısı hər kəs üçün açıqdır.O qapıdan keçmək hamıya qismət olsun. Bizim millətin çox gözəl qəlbi var. İnşallah cənnətdə görüşək.

mənbə: strategiya.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3377   Tarix: 08 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1342
.

"Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır"

Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə -a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib:. "O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbəd

22.04.2024 667
.

"Aldatmak" final edir

Türkiyənin "ATV" kanalında yayımlanan "Aldatmak" serialının final tarixi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 71-ci bölümü ilə izləyicilərinə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Vahide Perçin, Ercan Kesal, Mustafa Uğurlu, Cem Bender kimi məşhur simalar canlandırı

26.04.2024 538
.

Balaəli Rəşad Dağlının ad gününü övladları ilə keçirtdi - Video

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ad günüdür. Axşam.az xəbər verir ki, ifaçının övladları Yusif və Bətül atasının ad gününü meyxanaçı Balaəli Rzayevlə birlikdə qeyd ediblər. B.Rzayev onun evinə gedərək, şam yandırıb, arzularını səsləndirib. "Gələn il azadlığa qovuşasan" deyə

23.04.2024 689
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1997
.

"Sən Allah, onları efirdə danışdırmayın"

"Elə ifaçılar var ki, onları danışdırmasan yaxşıdır". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcı Zaur Baxşəliyevdəən xahiş edib ki, bir çox ifaçını efirdə danışdırmasın:. "Elə şeylər var ki, efir üçü

27.04.2024 307
.

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər

"Allah bircə balasını saxlasın, toy qismət eləsin. Allah onun sənət, həyat yolunu hamar etsin. Gözəl qadındır. Gözəlliyinə uyğun daha da gözəl həyat yaşasın". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşova ilə bağlı suala cava

24.04.2024 1079
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 603
.

"Mənə görə nə qədər insan pul qazanır"

"Çox zaman insanlar biz sənətçilərin pərdəarxasında olan həyatımızı görmürlər. Bizim gördüyümüz iş çox əziyyətlidir. Qaça-qovdayıq. Fatiməni tanıyanlar bilirlər ki, dayanmadan çalışır, fikirləşir və yeniliklər axtarır". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Günaydın

27.04.2024 284