Toppuş bacı: Gec və təzə qurduğum ailə həyatımda...

Toppuş bacı: Gec və təzə qurduğum ailə həyatımda..."Çox xahiş edirəm, artıq mənə bu barədə suallar verməyin"."Toppuş bacı" obrazı ilə sevilən aktrisa Tünzalə Əliyeva artıq şəxsi həyatından danışmaq istəmir. Ötən həftə nişanlanan əməkdar artist müsahibəsində bundan sonra gələcək həyat yoldaşı ilə bağlı suallara cavab verməyəcəyini bildirdi: "Çox xahiş edirəm, artıq mənə bu barədə suallar verməyin. Gec və təzə qurduğum ailə həyatımda hər hansı bir xoşagəlməz söz-söhbətlərin olmasını istəmirəm. Nişanlandığımdan bəri bütün saytlar, qəzetlər, telekanallar ancaq bu haqda danışmağımı istəyirlər. Hər gün bir verilişə dəvət edirlər. Heç kimin xətrinə dəymək istəmədiyimdən bütün dəvətləri qəbul edirəm. Tamaşaçılar da elə düşünəcəklər ki, mən bilərəkdən çıxıb şəxsi həyatımdan danışıram. Buna görə də utanıram. Əslində isə şəxsi həyatımla gündəmdə qalmaq istəmirəm. Şəxsi həyatım yalnız mənə məxsusdur. Bütün jurnalistlərdən artıq dərəcədə xahiş edirəm ki, gələcək həyat yoldaşımla bağlı suallar verməsinlər. Mən ailəmi qorumaq, gözdən uzaq saxlamağa çalışacağam".

Amma "Toppuş bacı" bu qərara gələnə qədər artıq mətbuata nişanlısı barədə yetərincə məlumat vermişdi. Aktrisanın nişanlısının adı Röyaldır və Ağdaş rayonundandır. Nişanlılar bir ildən artıqdır ki, tanışdırlar. Röyalın şou-biznesə aidiyyatı yoxdur. Onun özünün kiçik biznesi var. Tünzalənin dediyinə görə, nişanlısı, heç vaxt onu teleaparıcı və aktrisa kimi tanımayıb. Haqqında eşitsə də, heç vaxt televizorda görməyib.

Aktrisanın öz toyunun iyunda olacağını deyir: "Qız toyu iyunda olacaq. Toy gününü elan edəcəm. Mediadan kim istəyirsə gəlsin, qonağım olsun. Yesinlər, içsinlər, oynasınlar. Amma işıqlandırmaq lazım deyil. Mənim toyumdan bir az sonra isə oğlan toyunu planlaşdırırıq. Oğlan toyu rayonda, çadırda olacaq".

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11820   Tarix: 07 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

16:34 168
.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 469
.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

28.04.2024 778
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 702
.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

30.04.2024 1411
.

Pərvin çəkilişlərdə xəstəlik tapdı

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb. OLAY yazır ki, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib. "İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlə

30.04.2024 781
.

"Kasıb ölmək sənin səhvindir"

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə müzakirə yaradıb. OLAY yazır ki, o, ailə həyatından və maddi durumundan danışan imkansız gəncin müsahibəsini paylaşaraq sərt sözlər qeyd edib:. "Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədə

15:11 402
.

AzTV-nın keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO

AzTV-nın keçmiş aparıcısı Ceyran Rəhimova mərhum Əməkdar artist Aygün Bəylərin illər əvvəl Xalq artisti Röya Ayxana etdiyi dəstəkdən söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda televiziya ulduzu qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. C.Rəhimova bildirib ki, Aygün on

30.04.2024 2791
.

Nəzakət Teymurovanın qızı AİLƏ QURUR? – FOTO

Xalq artisti Nəzakət Teymurova qızı Nigarın ailə qurması mövzusuna münasibət bildirib. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. "Qızım Nigarın 24 yaşı var. O hazırda ali məktəbin magistratura pilləsində təhsil alır. Niga

30.04.2024 1018