BMW 3-cü Seriya GT Hetçbeki (Fotolar)

BMW konserni 3-cü Seriya GT hetçbekini rəsmən təqdim etdi. Ölçülərinə görə bu avtomobil ailəsinə aid sedan və universaldan böyük olan modelin debütü bu ilin martında Cenevrə avtosalonunda baş tutdu. Xatırladaq ki, universalın uzunluğu 4624 mm, eni 1811 mm, hündürlüyü 1429 mm, təkər bazası isə 2810 mm-dir.

Yeni hetçbek qabaritlərinə görə 3-cü Seriya universalından böyükdür, belə ki, onun uzunluğu universalınkından 200 mm, hündürlüyü 81 mm, təkər bazası isə 110 mm artıqdır. Modelin iri ölçüləri mühəndislərə imkan yaradıb ki, arxadakı sərnişinlərin ayaqları üçün məkanı 70 mm, baqaj bölməsinin həcmini isə 25 litr artırsınlar. Bu artımdan sonra baqaj bölməsinin həcmi 520 litr təşkil edir.

Hetçbekin arxa divanı üç ayrı-ayrı hissədən ibarətdir və 40:20:40 nisbətində qatlanır. O, qatlanmış vəziyyətdə olduqda baqaj bölməsinin işlək məkanı 1600 litrədək artır. Yük qoymaq üçün yerin sahəsi 1120x618 mm təşkil edir. Bundan başqa, arxa oturacaqların kürək hissəsini 15 vəziyyətdə tənzimləmək mümkündür, maillik bucağını isə 19 dərəcə dəyişmək olur. Zərurət yarandıqda oturacaqların kürək hissəsini şaquli vəziyyətdə quraşdırmaq olar.

3-cü Seriya GT-nin baqaj bölməsi həmçinin baqajın kiplənməsi üçün xüsusi fiksatorlarla və qarmaqlarla təchiz olunub. Bundan başqa, əşyaların saxlanması üçün döşəmənin altında əlavə bölməni, habelə diod işıqlandırmasını və baqaj bölməsinin dam örtüyünü açan elektrik sistemi qeyd etmək lazımdır.

İlkin dövr üçün BMW 3-cü Seriya GT avtomobillərinə üç benzin və iki dizel mühərriki quraşdırılması planlaşdırılır. Benzin güc aqreqatları 335i, 328i və 320i versiyalarına quraşdırılacaq. Onlardan ən güclüsü 306 at gücünə (fırlanma momenti 500 Nm) malik olan 3,0 litr həcmli, altı silindrli və turbinli mühərrikdir. Bu aqreqatın quraşdırıldığı avtomobillər 100 km/saat sürəti 5,7 saniyəyə yığır. Onların elektronika ilə məhdudlaşdırılmış maksimal sürəti 250 km/saat təşkil edəcək.

Alıcılar üçün ən münasib benzin mühərriki 2,0 litr həcmə və 184 at gücünə malik dörd silindrli motordur. Belə mühərrik hetçbekin 100 km/saat sürəti 7,9 saniyəyə yığmasına imkan verir. Bu güc aqreqatının yanacaq sərfiyyatı isə 100 km məsafəyə 6,6 litr təşkil edir. Ən güclü aqreqatda isə bu göstərici 8,1 litrdir.

3-cü Seriya GT-nin dizel mühərriklərindən birinin qüvvəsi 184 at gücü (fırlanma momenti 380 Nm), digərininki isə 143 at gücü (fırlanma momenti 320 Nm) təşkil edir. Bunlardan birincisinin 0 km/saatdan 100 km/saatadək sürət yığmasına 8,0 saniyə tələb olunur, ikincidə isə bu göstərici 9,7 saniyə təşkil edir.

Bu ilin yayında bu modelin mühərrikləri sırasına daha bir dizel mühərriki əlavə olunacaq. Onun potensialı 218 at gücünə, fırlanma momenti isə 450 Nm-ə bərabər olacaq. Bu güc aqreqatı 328d versiyası üçün nəzərdə tutulub.

Standart komplektasiyada hetçbek altı pilləli mexaniki transmissiya və arxa ötürücülü sistemlə təchiz olunur. Səkkiz pilləli mexaniki transmissiya opsiya qismində təklif olunacaq. Tam ötürücülü xDrive sistemi də əlavə avadanlıqlar sırasındadır.

Bundan başqa, 3-cü Seriya GT-də ön bamperin aşağı hissəsində nəzərdə tutulmuş xüsusi qapaq təkərlərin yaxınlığında havanın müqavimətinin azaldılmasına imkan verir, ön tağların arxasındakı dəliklər isə havanın kənarlaşdırılmasına şərait yaradır.

Bu yeniliklər yanacağa qənaət məqsədi ilə tətbiq edilib. Qeyd edək ki, ön tərəfdən modelin havaya müqavimət əmsalı 0,29-dur.

Eni zamanda, hetçbekin arxa tərəfində spoyler quraşdırılıb. O, 110 km/saatdan artıq sürətlə hərəkət zamanı avtomobilin arxa hissəsinin yerdən üzülməsinə səbəb olan qüvvəni 35 faiz azaldır. Standart rejimdə onun işi elektronika ilə tənzimlənir, lakin onu avtomobilin salonundan əllə də aktivləşdirmək olar.

3-cü Seriya hetçbeki əvvəlcə avtomobil bazarında üç cür təchizat variantı ilə peyda olacaq: Sport Line, Luxury Line və Modern Line. Bu ilin iyulunda isə onlara M Sport paketi əlavə olunacaq.

mənbə: auto.az

BMW 3-cü Seriya GT Hetçbeki (Fotolar)BMW 3-cü Seriya GT Hetçbeki (Fotolar)BMW 3-cü Seriya GT Hetçbeki (Fotolar)BMW 3-cü Seriya GT Hetçbeki (Fotolar)BMW 3-cü Seriya GT Hetçbeki (Fotolar)BMW 3-cü Seriya GT Hetçbeki (Fotolar)BMW 3-cü Seriya GT Hetçbeki (Fotolar)BMW 3-cü Seriya GT Hetçbeki (Fotolar)BMW 3-cü Seriya GT Hetçbeki (Fotolar)BMW 3-cü Seriya GT Hetçbeki (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1264   Tarix: 30 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

04.05.2024 314
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 390
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 173
.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

04.05.2024 725
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 79
.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

04.05.2024 173
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 80
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

04.05.2024 260