Rəksanə: "Ölsələr də onlara boş yerə pul vermərəm. Vəssalam!"

Rəksanə: "Ölsələr də onlara boş yerə pul vermərəm. Vəssalam!""Sadəcə bu o gedələrin, bir də Təranənin oyunudur"

Barəsində cinayət işi açılan müğənni Rəqsanə İsmayılova ona qarşı qaldırılan iddiaları qəbul etmir. İfaçı heç kimə borclu olmadığını dedi: "Unutmayın ki, mənim kiməsə borcum olsa, nə olursa olsun bağlayaram. Həmən dəqiqə! Çox şükür ki, buna imkanım da var!"

Rəqsanə başına gələnlərdə həmişə olduğu kimi yenə də eks prodüseri Təranə Səmədovanı və eks sevgilisi Faiq Azayevi günahlandırdı: "Sadəcə bu o gedələrin, bir də Təranənin oyunudur. Mən də ölsələr də onlara boş yerə pul vermərəm. Vəssalam!"

Qeyd edək ki, müğənni Rəqsanə İsmalova bir neçə fakt üzrə külli miqdarda dələduzluqda şübhəli bilinir. Zərərçəkənlər arasında ifaçının eks prodüseri Təranə Səmədova (27 000 AZN), keçmiş sevgilisi Faiq Azayev (200 000 AZN), Heydər Əliyev adına beynəlxalq hava limanının əməkdaşı Babayeva Rəna Həbib qızı da var. Digər zərərçəkənlərin adları mətbuata bəlli deyil.

Rəqsanə İsmayılovanın axtarışa verilməsi ilə bağlı məlumatı mətbuata Suraxanı rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərli verib. A. Nəzərli R. İsmayılovanın vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işinin başlandığını və məhkəmənin qərarı ilə axtarış elan olunduğunu bildirib.

Hazırda R. İsmayılovanın tutularaq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. Əgər müğənninin günahı sübuta yetirilsə, onu 7 ildən 12 ilədək həbs gözləyir.

Rəqsanə İsmayılovadan zərərçəkmişlər bir neçə polis idarəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Bu müraciətlər toplanaraq Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib.

Müğənninin vəkili Xalid Bağırov Rəqsanənin axtarışa verilməsi xəbərinin doğru olmadığını deyir: "Rəqsanə İsmayılovanın barəsində axtarış verilməsi ilə bağlı məlumat düzgün deyil. Axtarışın verilməsi ilə bağlı qərarı məhkəmə verir və belə bir məhkəmə qərarı da yoxdur". Vəkil deyib ki, Rəqsanənin axtarışa verilməsi ilə bağlı mətbuatda məlumat yayılandan sonra Bakının Suraxanı, Nərimanov, Xətai və Nizami rayon Məhkəmələri ilə əlaqə saxlayıb. Vəkilin sözlərinə görə, Rəqsanənin axtarışa verilməsi ilə bağlı məhkəmə qərarının olmadığı məlum olub.

Xalid Bağırov bildirib ki, Rəqsanə İsmayılovanın istintaqa çağırılması ilə bağlı müstəntiqin polisə göndərdiyi məktub var. Həmin məktub istintaqa məcburi gətirilmə haqqında qərardır. Vəkilin sözlərinə görə, həmin məktubla şəxs haqqında axtarış verilə bilməz.

Xalid Bağırov bildirib ki, istintaqı aparılan işdə cinayət tərkibi yoxdur. Onun sözlərinə görə, həm Təranə Səmədova, həmdə Faiq Ağayevlə olan məsələ mülki qaydada məhkəmədə həll olunan məsələdir.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3359   Tarix: 30 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Titanik"in aktyoru vəfat etdi

Dünyaca məşhur şotlandiyalı aktyor və yazıçı Brayan Makkardi vəfat edib. Axşam.az xəbər verir ki. aktyor 59 yaşında evində qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Makkardi karyerasına 1980-ci illərin sonlarında başlayıb. O, "Damaged", "Time", "Lin

01.05.2024 383
.

Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək

Altay diyarının Soltonski rayonunda aktyor Leonardo Di Kaprionun macəralarından bəhs edən film çəkiləcək. Kristina Holdeyevanın mokyumentari (psevdosənədli) janrında çəkəcəyi "Leo, bizdə Sibir şəraitidir" filmi sənətçinin mükafat almağa getməsi, yolda azması, sevgisini tapması və Lenin rolun

02.05.2024 389
.

Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏ

Azərbaycanlı məşhur aktrisa Aysel Nazim Türkiyədə filmə çəkilib. O, bir çox məşhurların çəkildiyi "Çingene Kızı" adlı filmdə baş rolu ifa edib. Film 10 mayda Türkiyədə, 15 mayda isə Azərbaycanda təqdim olunacaq. Qeyd edək ki, filmdə türkiyəli məşhurlar İnan Ulaş Torun, Altan Erkekli, Orha

12:45 197
.

"Aygün Kazımovanın yerini heç kim tuta bilməz"

"Mən Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm. O mənim üçün divadır. Sənətkarı illər bu yerə gətirir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gül kimi şou" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovanın yerini heç kimin tuta bilməyəcəyini qey

03.05.2024 555
.

Xidmətçisi Fatimənin evindən oğurluq edib

Rəqqasə Fatimə Fətəliyevanın evindən oğurluq edilib. Axşam.az xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Fatimə 4 il evində çalışan qadının ondan oğurluq etdiyini açıqlayıb:. "Anam yaşlı qadındır, iş görə bilməz, mənimlə birlikdə yaşayır. Mən də hər gü

02.05.2024 783
.

Qonca Vuslateri ana olandan sonra ilk dəfə paylaşım edib

Türkiyəli aktrisa Qonca Vuslateri ana ana olandan sonra ilk dəfə paylaşım edib. xəbər verir ki, aktrisa sosial şəbəkədə qızı ilə şəklini paylaşıb. "Mən həmişə uşaq dünyaya gətirmək haqqında danışanda qoxardım. Çox balacadılar, əlimdən düşər, tuta bilmərəm deyə qorxardım. Onu qucağıma alanda bel

02.05.2024 798
.

"Estetik deyil, fotoşopdur" - Rafet El Roman

Son zamanlar üzündəki dəyişikliklə gündəmə gələn türkiyəli müğənni Rafet El Roman estetik etdirməsi ilə bağlı iddialar haqqında danışıb. Axşam.az xəbər verir ki, ifaçə şəkillərinə fotoşop edildiyini və estetik əməliyyat olunmadığını açıqlayıb. "5 ay əvvəl botoks edib, peşman olduğumu açıqladım

03.05.2024 327
.

Nəzakət Teymurovanın qızı AİLƏ QURUR? – FOTO

Xalq artisti Nəzakət Teymurova qızı Nigarın ailə qurması mövzusuna münasibət bildirib. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. "Qızım Nigarın 24 yaşı var. O hazırda ali məktəbin magistratura pilləsində təhsil alır. Niga

30.04.2024 1109
.

Hamını aldadıblarmış…

Müğənni Təranə Qumralın qızı Qumral anasının yalan danışdığını etiraf edib. OLAY yazır ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. Qumral bildirib ki, anası 4-cü övladını dünyaya gətirməyib və "Rəngarəng səhər" verilişində edilənlər sadəcə şou imiş. O, "Bizim ideyamı

03.05.2024 1887