Şəfiqə Axundova: "Mənim heç vaxt şəxsi həyatım olmadı" (Fotolar)

"Görüş təyin edirdim amma getmirdim"

Şərqdə ilk operanın müəllifi, bəstəkar qadın, Azərbaycanın Xalq Artisti Şəfiqə xanım Axundovanın hazırda 89 yaşı olmasına baxmayaraq ürəyi sözlərlə doludur. Əvəzolunmaz sənətkarımızın "Qafqazinfo"ya müsahibəsinin sizlərə təqdim edirik.

- Şəfiqə xanım necəsiniz?
- Mən çox yaxşıyam. Bu gün siz bizə qonaq gəlmisiniz. Bu məni çox sevindirdi. Gəldiyiniz üçün sağ olun, var olun. Mən xalqımı çox sevirəm. Özümü xoşbəxt hiss edirəm ki, Azərbaycan xalqının mənə çox böyük hörməti var.

- 89 yaşınız var və hələ də baxımlı və həyat dolu görünürsünüz…
- Mən insanları sevirəm, sənətimi sevirəm. Yaşamaq üçün əlimdən gələn çətinliklərdən özümü qorumuşam. Mən bütün insanlara məğrur olmağı arzulayıram. Bəylərimizə qadınlıqlarının qədrini bilməyi arzulayıram.

- Şəfiqə xanım, siz 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla şərqdə ilk opera yazan qadın kimi tarixə düşdünüz. Sənətdə və həyatda bu ad sizə nələri verdi. Ümumiyyətlə necə xatırlayırsınız o, illəri?
- O vaxtlar mənim ən böyük arzularımdan biri opera yazmaq idi. Əlbəttə mən operanı yazmaqdan öncə bir çox mahnılar bəstələmişdim. Amma "Gəlin qayası" operası mənim həyatımda önəmli bir yer tutdu. Mənim xalqım sənət və yaradıcılığımı yüksək qiymətləndirir və bu məni daha da ruhlandırır.

- Bu uzun sürən sənət yollarını Şəfiqə xanım qısa olaraq necə şərh edərdi?
- Sənət yolları çox çətindir. Mən həyatımı sənətimə qurban verdim. Mənim heç vaxt şəxsi həyatım olmadı.

- Şəxsi həyatınız niyə olmayıb?
- Mən cavan vaxtlarımda biri ilə görüş təyin edirdim amma getmirdim. Bilirsiniz niyə? Çünki, vaxtım olmurdu. Əlimdə işim olurdu, mahnılar bəstələyirdim. Mənə ilham gələndə onu yarıda qoyub görüşə gedə bilməzdim. Mən sənətimə çox sadiq olmuşam. Heç vaxt sənətimə görə peşman olmamışam.

- Şəfiqə xanım, görüşdə kimi saxlatmısınız və yağış altında getməmisiniz?
- (Gülür) Yadımda deyil. Amma deyim, məni sevənlər, pərəstişkarlıq edən insanlar çox idi. Məni həyatda bir məhəbbətim olub o da sənətim olub.

- Sizə sənətdə paxılıq edənlər çox olub?
- Olub... Amma mən belə şeylərə heç vaxt əhəmiyyət verməmişəm.

- Gənc bəstəkarlara nə tövsiyə edərdiniz?
- Bizim xalqımız qədirbilən xalqdır. Əgər yeni bəstəkarlar sənətini sevib mahnılar yazacaqlarsa gözəl işlər görəcəklərsə, onun bəhrəsini xalqımız da görəcək. Sadəcə bu işi sevsinlər.

- Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun tələbəsi olmusunuz…
- Üzeyir bəy dahi insan idi. Mənim xalqım, Üzeyir bəy Hacıbəylinin necə olduğunun bilir mənim deməyimə ehtiyac yoxdur. Mən 8 il Üzeyir Hacıbəylinin tələbəsi olmuşam. O, çox insanlara dəstək olurdu.

- 8 il Üzeyir Hacıbəylinin tələbəsi olmusunuz. Yəqin xatirələriniz çoxdur. Bu dahi şəxsiyyətlə bağlı heç unuda bilmədiyiniz bir xatirəni danışa bilərsiniz?
- Mənim xatirələrim çoxdur Üzeyir bəylə bağlı. Amma heç unuda bilmədiyim bir xatirəmi bölüşmək istərdim. Müharibə illəri idi. Mən cavan vaxtlarımda qırmızıyanaq qız idim. Gəldim dərsə, Üzeyir bəy məni gördü dedi: "Qalx ayağa. Sənin rəngin niyə belədir". Mən də dedim ki, heç elə belə: Dedi "gəl bura" keçdi stolunun arxasına çantasından çörək çıxartdı. Çörəyin üstünü kəsib mənə uzatdı alt hissəsini isə özünə saxladı və mənə dedi "Sənin rəngin mənim xoşuma gəlmir, bunu ye". Üzeyir bəy mənə çörəyi uzadanda çox utandım. Bu xatirə həyatım boyu yadımdan çıxmaz.

P.S. Şəfiqə Axundovanın evində qonaq olmaq, onunla söhbət etmək çox xoş oldu. Onu çox yormaq istəmədiyimiz üçün xatirə şəkli çəkdirib canlı əfsanəmizlə sağollaşdıq. Sağollaşan zaman o bizə kövrək səslə "məni heç kim unutmasın, sizi yenə gözləyəcəyəm" dedi...

mənbə: qafqazinfo.az

Şəfiqə Axundova: "Mənim heç vaxt şəxsi həyatım olmadı" (Fotolar)Şəfiqə Axundova: "Mənim heç vaxt şəxsi həyatım olmadı" (Fotolar)Şəfiqə Axundova: "Mənim heç vaxt şəxsi həyatım olmadı" (Fotolar)Şəfiqə Axundova: "Mənim heç vaxt şəxsi həyatım olmadı" (Fotolar)Şəfiqə Axundova: "Mənim heç vaxt şəxsi həyatım olmadı" (Fotolar)Şəfiqə Axundova: "Mənim heç vaxt şəxsi həyatım olmadı" (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5318   Tarix: 26 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 525
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 437
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21.04.2024 927
.

Təmir ustası xidməti

Usta xidmeti ilə bağlı ən son xidmətləri saytında tapacaqsınız. Sıradan çıxan texnikanızı münasib qiymətə düzəltdirmək istəyirsinizsə, həmçinin peşəkar usta xidmətindən faydalanmaq fikrindəsinizsə, onda vaxt itirmədən bizə müraciət etməlisiniz. Ətrafınızda usta çox olsa da, işindən razı qalacağınız ust

10:07 49
.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21.04.2024 562
.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21.04.2024 806
.

Nigeriyada tıxacda 300-dək avtomobil yandı

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb. Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib

28.04.2024 265
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 276
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 769