Qızaran kişiləri sevirəm (Foto)

Dünya şöhrətli müğənni, milyonlarla melomanın sevimlisi Lara Fabianla müsahibə:

- Nə zaman anladınız ki, müğənni olacaqsınız?
- Yəqin artıq anadan olanda... Mən həmişə oxumuşam. Səkkiz yaşım olanda atam mənə piano almışdı, bununla yanaşı o, məni bir neçə musiqi məktəbinə qoymuşdu.
On il vokalı öyrənməkdən əlavə, müxtəlif musiqi alətində çalmağı öyrənirdim. Nümunəvi şagird idim, rəfiqələrlə zaman keçirməyə vaxtım qalmırdı. Səkkiz yaşımda ilk musiqimi yazdım.
17 yaşımda ikən mən özümdən 12 yaş böyük adama aşiq olmuşdum. Bütün günü onun haqqında düşünürdüm. Yata, nəfəs ala bilmirdim. Buna görə mahnılar bəstələməy başladım, onlardan bəziləri çox sonralar dünya şlyaqerlərinə çevrildi.

- Siz Kanadaya o qədər vuruldunuz ki, oranın vətəndaşı oldunuz...
- "Hara sənə yaxşıdır, ora da sənin vətənindir" – qədim yunanlar belə deyib. Mənim damarlarıma İtalyan, Belçika və Niderland qanı hopub. Bir neçə dildə danışıram və özümü dünya vətəndaşı kimi hiss edirəm, lakin hal-hazırda mənim vətənim Kvebekedir. Monrealda mənim ilk evim var, müstəqil əldə etdiyim ev. Baxmayaraq ki, məni Fransa ilə çox şey bağlayır, ancaq Fransada mən yalnız qonağam.

- Düzdürmü ki, sizin adınız Boris Pasternakın "Doktor Jivaqo" əsəri ilə bağlıdır?
- Bu belədir. Anam rus poeziyasını çox sevirdi və mənə hamilə qalanda "Doktor Jivaqo" filmi ekranlara çıxmışdı. Valideynlərim bir neçə dəfə o kinoya baxırlar. Beləcə, dünyaya gələndə "Lara" oldum.

- Bu Selin Dionun hekayəsinə bənzəyir, digər dünyaca məşhur kvebekli müğənni. Anası onu Yuqo Ofrenin mahnısının baş qəhrəmanının şərəfinə Selin adlandırıb. Yeri gəlmişkən, tez-tez Selin Dionla müqayisə olunmağınız sizi qıcıqlandırmır ki?
- Bəzən deyirlər ki, səsimiz bənzəyir. Mən şəxsən belə düşünmürəm. Bundan əlavə, bizim səhnədəki obrazımız müxtəlifdir: Selin – kövrək, əsəbi, incəqəlbli, mən isə - güclü, ünsiyyətcil və özüməəminəm.

- Hər halda, sizi və Selini tənqidçilər "sevgi ifaçıları" adlandırırlar. Siz kişilərin qəlbini fəth etmək üçün hər hansı bir üsuldan istifadə edirsiniz?
- Mən əvvəlcədən yazılmış ssenarilərə inanmıram. Ələlxüsus, əsl sevgi sərt məntiqə əsaslanmır. Qadın və kişi arasında bir-birini anlama adi bir jestdən, baxışdan və sözdən başlayır. Bu əlkimyadır, başqa söz demək olmaz.

- Siz kişilərdə ən çox nəyə dəyər verirsiniz?
- Yəqin ki, yumora. Mən çox zaraftcılam. Kişilərdə tərbiyəyə, səmimiliyə qiymət verirəm. Gözləri və əlləri ayrı-ayrı, paralel həyat sürən insanları sevmirəm.

- Sizi utandırmaq asandır?
- Mən təbiətcə utancağam, lakin özümü qorumağı bacarıram. Uğurlu karyeram buna misaldır. Ancaq məni utandırmaq da çox asan məsələdir. Kifayətdir ki, jurnalist gözəl olduğumu söyləsin o dəqiqə qızarıram.

- Gözləyin, Lara. Mən sizə çoxdan demək istəyirdim ki, siz sadəcə gözəl deyilsiniz, siz həddindən artıq gözəlsiniz...
- Kifayətdir, dayanın. Görürsünüz ki, mən artıq uşaq kimi qızarmağa başlayıram...

- Bəs siz Lara Fabianla danışdığını anlayarkən qızaran kişilərə necə baxırsınız?
- Qızaran kişiləri sevirəm! Çox sevirəm! Anlayın – utancaqlıq heç də zəiflik demək deyil, əksinə bu güclü olmağın əlamətidir. Güclü təbiətli insan emosiyalarını göstərməyi bacarır və bununla səmimi olur. Alçaq insanları isə heç nə ilə kövrəltmək olmur.

- Həyatda idealınız kimdir?
- Valideynlərim. Müğənni olmasam onlara bənzəmək istərdim.

- Necə fikirləşirsiniz, publika sizi nəyə görə sevir?
- Ən birincisi ona görə ki, mən onlar kimiyəm. Onların ilham mənbəyiyəm və həyatlarını daha xoşbəxt edirəm. Mən ən adi gənc qadınam. Məndə nə Albert Eynştenin ağılı, nə də ki, Klaudiya Şifferin ilahi bədəni yoxdur. (gülür)

- Sizə kinoda çəkilməyi təklif ediblər?
- Kinoya çəkilməyi arzulayıram. Sofi Marsonu sevirəm. İki rejissor mənə kinoda çəkilməyi təklif etmişdi, ancaq təəssüf ki, o zaman vaxtım yox idi, qastrollarda idim. Bir neçə şeyi eyni zamanda etməyi də sevmirəm. Aktyorluğu oxumaq gərəkdir, bu günlərdə aktyor kurslarına getməyə başlamışam.

- Sizim qürurlanacağınız hansı xüsusiyyətiniz var?
- Həyata yaxınlıq və köklərə sədaqət. Qazandığım şöhrətə və bankdakı hesabıma baxmayaraq, reallıq hissini itirməmişəm. Atam həmişə deyirdi: Əgər bir şeyi bir qırağa qoya bilərsənsə, heç vaxt atma". O, düz deyirdi: heç kim bilmir sabah həyatımız necə olacaq...

mənbə: publika.az

Qızaran kişiləri sevirəm (Foto)Qızaran kişiləri sevirəm (Foto)Qızaran kişiləri sevirəm (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3479   Tarix: 19 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627