Fotoşopsuz Leonardo (Foto)

Çoxdandır ki, Leonardo Di Kaprio ancaq kinolarda görünürdü. İndi aktyor qərar verib ki, bir müddət uzaqlaşsın və heç filmlərə də çəkilməsin. Amma Leonun buna haqqı da var. Sonuncu dəfə o "Möhtəşəm Qetsbi" filmində baş rolu oynadı, özü də gözəl oynadı.

Yaxın günlərdə keçiriləcək film premyerasının şərəfinə Esquire jurnalı Leonardo Di Kaprionu may nömrəsinin qəhrəmanı edib. Ən maraqlısı isə odur ki, Di Kaprio xüsusi olaraq jurnaldan xahiş edib ki, onun fotolarını fotoşopda işləməsinlər, necə var elə də getsin. İndi Kaprionun pərəstişkarları aktyorun üzündəki bütün qırışlara doyunca baxa bilərlər. Fotosessiya 1920-ci illəri xatırladır. Leo müsahibədə də özü barədə az-maz danışıb.

" Son beş ildə mən özümü həmişəkindən çox yaxşı hiss edirəm. Bir dəfə düşündüm: "Mən yaxşı formalaşmış, böyük adamam, artıq heç kimə heç nəyi sübut etməli deyiləm. Əvvəlcə heç şöhrətin nə olduğunu başa düşmürdü. Başa düşmürdüm ki, "Titanik" niyə bu qədər məşhurlaşdı. Heç kim mənə bu vəziyyətdən necə çıxacağımı izah etmədi. Hamı səni izləyib, səndən danışarkən necə normal olmağı anlatmadı".

Onu da qeyd edək ki, Leonardo sevgi xəstəliyi olan ulduzlardandır. Onun sevgililərini əlcək kimi dəyişdiyi deyilir.

mənbə: publika.az

Fotoşopsuz Leonardo (Foto)Fotoşopsuz Leonardo (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 2585   Tarix: 22 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar