İnsanları necə tanımalı?

İnsanları necə tanımalı?İnsanlar haqqında düşünməmişdən, onlara dəyər verməmişdən öncə onları tanımaq lazımdır.

İnsanların xasiyyətini, davranışlarını və düşüncələrini onların temperamenti vasitəsilə müəyyən etmək olur. Mütəxəssislərə görə, insanlarda temperamentin formalaşmasında cəmiyyətin, ətraf mühitin, ailənin, verilən tərbiyənin böyük təsiri var.

Psixoloq İkram Rüstəmovun sözlərinə görə, insanların hansı tipə aid olduğunu bilməklə onların necə insan olduqlarını müəyyənləşdirmək olar. Psixolqoların araşdırmalarına görə, sanqvinik insanlar hər zaman harasa tələsirlər. Belə insanlar gələcəyi düşünmürlər. Onlar üçün bu gün, bu saat, bu dəqiqə var. Sanqviniklər tez-tez qərarlarını dəyişən insanlar hesab edilirlər. Çox zaman emosional olan sanqviniklər, işlərinə böyük həvəslə başlayıb, süstlüklə bitirirlər. Küsəyəndirlər və eyni zamanda heç nəyi yadda saxlaya bilmirlər. Hər şeyi bir anlıq qəbul edən sanqviniklər digər tip insanlarla müqayisədə nizamlıdırlar.

Xolerik insanlar isə aqressiv və kəmhövsələ olurlar. Hər şeyə tez reaksiya verən xoleriklər səbrsizdirlər. Buna baxmayaraq, etibarlı və sadiqdirlər. İş yerlərini dəyişməyi sevməzlər, yeni mühitə öyrənmək onlar üçün böyük zaman tələb etdiyi üçün dəyişməyi sevməzlər. Xoleriklər, ciddi xasiyyətli olur, başladıqları bütün işləri sona qədər yerinə yetirməyi sevirlər. Həyatın hər hansı sahəsində çətinliklə qarşılaşan xoleriklər bundan çəkinmir. Çətinliklərə sinə gərməyi bacarırlar.

Fleqmatiklər isə bədbin, qaradinməz və sakit təbiətli olurlar. Çox çətinliklə ünsiyyətə girən fleqmatikləri həyəcanlandırmaq o qədər də asan məsələ deyil. İnam məssləsində çətinlik çəkən fleqmatiklər bağlandıqları, dost bildikləri insanlarla çox mehriban olurlar. Onların yeganə problemi insanlara qarşı laqeydlik və soyuqluqdur.

İ.Rüstəmov bildirir ki, insanlar arasında çoxluğu melanxoliklər təşkil edir. Bu insanlar həssas olur, hər sözdən inciyirlər. Onlara qarşı edilmiş kiçik bir diqqətsizlik uzun müddət unudulmur. Melanxoliya xalq arasında təkliyi sevmə kimi qiymətləndirilsə də, əslində bu, bir psixoloji haldır. Melanxolik insanlarda səbəbsiz yerə depressiyaya düşmə, istəksizlik hissi tez-tez baş verir: "Melanxolik insanlar səbəbsiz yerə kədərlənirlər, tək qalmaq arzusunda olan melanxoliklər insanlarla ünsiyyət qurmaq bacarığına malik olmadıqları üçün də hüznlənirlər. Melanxoliklər ictimailəşməkdən, kiməsə bağlanmaqdan qorxurlar".

Psixolqoların fikrincə, melanxoliya bədbəxtlikdir. Çünki melanxoliklər həyatın mənasını görə bilmirlər, hər şey onlara adi gəlir. Onlar hər zaman bədbəxtlik, dəyərsizlik hiss edirlər.

İ.Rüstəmov bildirir ki, melanxoliya zamanla depressiyaya çevrilə və intiharla nəticələnə bilər. Depressiya romantik çöküntü içinə girmək deməkdir: "Melanxolik depressivlər çöküntü içində olurlar. Özünə inamları azdır, pessimistdirlər, həyat eşqi olmayan bu insanlar ətrafdakılarla əlaqə yaratmağı sevməzlər".

Psixoloqun fikrincə, melanxoliklərin üz cizgilərindən də onların tipini müəyyən etmək mümkün olur. Belə ki, onun sözlərinə görə, melanxoliklər hüznlü üz cizgilərinə malik olurlar: "Onların gözləri və ağzı aşağıya doğru sallanır. Baxışları boş və çiyinləri aşağı olur. Əzablı və ya ifadəsiz görünüşləri var. Melanxolik depressivlər heç bir şeyə maraq duymur, narahatlıq, qərarsılıq, ümidsizlik, iştahanın itməsi, yuxusuzluq kimi hallarla tez-tez qarşılaşırlar".

Müsahibimiz bildirir ki, sadalanan xüsusiyyərlər eyni anda görünməsə də, melanxoliklərin əsas xüsusiyyəti özünü dəyərsiz, lazımsız hiss etməkdir. Həyat sevincinin olmaması, davamlı yorğun olma, hər şeyə pessimist düşüncələrlə yaxınlaşma melonxoliklərə aid xüsusiyyətlərdir. Melonxolik insanlar həssas quruluşa malik olurlar. Onlar baş verən hadisələrin içində olmaqdan çox kənardan müşahidə etməyi sevərlər. Belə insanlar bitməyən çətinliyi, boşluq içində olmanı və hüznü daimi hesab edərlər. Kədəri bəzən gülərək -demokritos, bəzən ağlayaraq -heraklitos bəzən də susaraq -hölderlin kənara büruzə edirlər. Melanxoliklər insanlarla ünsiyyət qurmaq istəslər də süni əlaqələr, saxta şəxsiyyətlər, maskalı insanlar, incəlikdən məhrum davranışlarla qarşılaşdıqca bundan imtina edərlər. Melanxoliklər bütün zamanlarda ictimai şərtlərdən narazı olduqlarını, xoşbəxt olmadıqlarını, həyata məna verə bilmədiklərini deyərlər.

Psixoloqun dediyinə görə, melanxoliya insanlarda 30 yaşından sonra özünü büruzə edir. Əsasən irsiyyətlə keçən bu temperament növü insanlara hər zaman bədbəxtlik hissi aşılayılb. Cəmiyyətdə isə bir melanxoliki hər zaman digər melanxolik başa düşə bilər.

Müsahibim bildirir ki, insanlar haqqında düşünməmişdən, onlara dəyər verməmişdən öncə onları tanımaq lazımdır. Bunun üçün isə insana o qədər də çox vaxt lazım deyil. İstənilən insanla 1 saat söhbət etməklə onun hansı tipə sahib olduğunu müəyyənləşdirmək mümkündür.

mənbə: ekspress.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3452   Tarix: 16 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164