Ağdaban soyqrımından 21 il ötdü

Ağdaban soyqrımından 21 il ötdü1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqrım. Ağdaban soyqırımı - bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işkəncələr verilməsi, yurdundan didərkin salınması!
1992-ci il aprel ayının 8- də səhərə yaxın erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlarla nərilti qoparmağa başladılar. Qəfil yuxudan qalxan kənd camaatı çaş –baş qaldı.
Erməni qarətçiləri planlı surətdə hərəkət edirdilər. Məsələn evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək- əvvəlcədən müəyyənləşdirilmişdi. Həmin adamlar da hücum edəcək döyüşçülərin arasında imiş. HAŞİYƏ. Mə`lum olduğu kimi 1993-cü il mart ayının 27-də erməni fitnəkarları yenə də Kəlbəcərə hücumu Ağdabandan başladılar. Ermənilər Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə viranəyə döndərdilər. Bəli, Ağdaban kəndi mühasirəyə alınmışdı.
Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşrin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum etdi. Erməni quldurları tərəfindən 39 adam öldürüldü, kənd evlərinin əksəriyyəti yandırıldı və qarət edildi. Aşıq Şəmşrin evi və zəngin arxivi od vurulub külə döndərildi. Ağdaban faciəsi Kəlbəcərin qəm dastanının ən kədərli səhifəsinə çevrildi.
Ağdaban qırğınının səhərisi-aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı.Xalqın iradəsiylə "Kəlbəcərin müdafiəsinə fövqəl`adə yardım komitəsi" yaradıldı.Camaatın qəti tələbi ilə bu komitəyə rəhbərlik etmək bu sətirləri yazana tapşırıldı.Komitə qısa müddət ərzində böyuk tədbirlər həyata keçirdı.Orduya kömək xeyli artırıldı.Əhalidə müdafiə olunacağına ümid yarandı.Rayon əhalisinin ciddi tə`kidi ilə Kəlbəcərə göndərilən polkovnik/indi general Zaur Rzayev briqada komandiri və hərbi komendant tə`yin edildi.Bu tədbirlər camaatın qırılmaqda olan inamını xeyli möhkəmləndirdi.
Ermənistan Respublikası "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni Sərvətlərin qeyri-qanuni dövrüyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamışdır.
Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qutarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetrilmişdir.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2281   Tarix: 08 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

06.05.2024 482
.

ABŞ Qəzzaya havadan yardım etdi

ABŞ Qəzzaya havadan növbəti yardımı edib. BİG.AZ xəbər verir ki, təqribən 25 min yemək yardımı edilib. Qeyd edək ki, İsrail 7 aya yaxındır hücumlarını davam etdirir və humanitar yardım yük maşınlarının girməsinin qarşısını alır. Bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı X hesabında açıqlama verib

06.05.2024 188
.

Britaniyalı aktyor Bernard Hill öldü

"Üzüklərin Lord"unda Kral Teoden, "Titanik"də kapitan Edvard Smit kimi rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. Hillin agenti Lou Koulson aktyorun bu gün səhər vəfat etdiyini bildirib. 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəmini

06.05.2024 162
.

"ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir" - Politoloq

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Politoloq Turan Rzayev -a bildirib ki, ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir. Bu, tarixən də belə olub. İstə

06.05.2024 281
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

06.05.2024 518
.

Bakıda hamilə ambulansda doğuş etdi

Bakıda xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub. xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb. Məlumat

06.05.2024 424
.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

06.05.2024 435
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

06.05.2024 273
.

İsrailin Livanın cənubunda hava hücumu: 3 ölü

İsrail ordusunun Livanın cənubunda evə hava hücumu edib. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, xeyli dinc sakin yaralanıb. Bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat yayıb. İsrail döyüş təyyarələri ölkənin cənubundakı Meiş əl-Cəbəl qəsəbəsindəki evi hədəfə alıb. Hava hücumu zaman

06.05.2024 154