"Yol hərəkəti haqqında" qanuna ciddi dəyişikliklər ediləcək

"Yol hərəkəti haqqında" qanuna ciddi dəyişikliklər ediləcəkSürücülük vəsiqələrinin verilməsi isə bağlı yeniliklək olacaq

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin dekabrında imzaladığı "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" sərəncamla bağlı hazırlanmış qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Layihə, parlamentin aprelin 5-də keçirilən iclasının gündəliyinə salınıb. Milli Məclisdən verilən məlumata görə, Prezidentin sərəncamından irəli gələn dəyişikliklərlə bağlı İnzibati Xətalar Məcəlləsində, "Yol hərəkəti haqqında» qanunda və Cinayət Məcəlləsində dəyişikliklər edilməsi nəzərdə tutulur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov bildirib ki, sənəd komitədə müzakirə olunarkən maraqlı məqamlar ortaya çıxıb. Onun sözlərinə görə, "Yol hərəkəti haqqında" qanuna ediləcək dəyişikliklər və əlavələr əsasən sürücülük vəsiqələrinin verilmə müddəti ilə bağlıdır. Amma başqa mühim məsələlər də var:

"Cinayət Məcəlləsinə yeni maddə – 263-1-ci maddə əlavə ediləcək. Bundan başqa, sürücülük vəsiqəsinin verilmə müddəti ilə bağlı yeni müddəalar var. Burada sürücülük vəsiqəsinin verilməsi üçün müddətlər nəzərdə tutulur. Məsələn, 60-yaşa qədər vəsiqələr 10 il müddətinə veriləcək. 60 yaşdan 70 yaşa qədər və xəstə olan insanlar üçün isə fərqli yanaşmalar olacaq. 60 yaşdan sonra yalnız 70 yaşa qədər sürücülük vəsiqəsi veriləcək. 70 yaşdan sonra yalnız həkimin verdiyi rəyə əsasən müxtəlif müddətlərə sürücülük vəsiqəsi verilə bilər. Düşünürəm ki, bütün bu yanaşmaların hamısı haqlıdır və bunu müsbət qarşılayıram".

Avtoxuliqanlarla bağlı məsələ də yeni sənəddə öz əksini tapıb. Lakin burada qeyd olunan məsələ əvvəlki qanunda olduğu kimi saxlanılmaqla yanaşı, yeni əlavədə içkili və psixotrop maddələrin təsiri altında qəza törədilməsi məsələsi əks olunub:

"Bu da ondan ibarətdir ki, alkoqollu ikçilərin və psixotrop maddələrin təsiri altında avtoqəza törədildikdə sankiyalar sərtləşdirilir. Əvvəl normal halda qəza törədilməsi qanunda əks olunurdu. İndi göstərilir ki, içkili və naroktik maddələrin təsiri altında olarkən yol qəzası törədildikdə az ağır, ağır, 1 nəfərin ölümü və nəhayət, 2 və daha artıq şəxsin ölümünə səbəb oldunda sanksiyalar sərtləşdiriləcək".

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3157   Tarix: 05 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888