Azərbaycanda internetin inkişafına 132 milyon vəsait qoyulacaq

Azərbaycanda internetin inkişafına 132 milyon vəsait qoyulacaq Bu il Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin maliyyələşdirilməsinin həcmi 132 milyon dollar təşkil edəcək.

Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Rossiyskaya qazeta"ya müsahibəsində deyib. Nazirin sözlərinə görə, qeyd edilən məbləğ Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən ayrılıb. Bu il vacib təşəbbüslər, həyata keçirilməsi planlaşdırılmış layihələr sırasında "evə optika" layihəsi də var. Bu layihə ölkədə FTTH (fiber to the home) modeli üzrə optik infrastrukturun genişləndirilməsini nəzərdə tutur.

"ARDNF-nin maliyyə dəstəyilə həyata keçirilən layihə təqribən 500 milyon dollar həcmində qiymətləndirilir. Bu üçillik layihə yüksək rentabelli hesab edilir: ikinci ildən başlayaraq, onun ümumi dəyərinin 30-35 faizi təkrar investisiya qoyuluşları hesabına maliyyələşdiriləcək" , - Abbasov deyib.
Nazirin sözlərinə görə, layihənin yekun məqsədi ucqar kənd yaşayış məntəqələri daxil olmaqla bütün ölkə ərazisini 10-100 meqabit saniyə həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək.

Nazir deyib ki, yaxın perspektivdə Azərbaycanın təşəbbüsü ilə daha bir beynəlxalq layihənin həyata keçirilməsi gözlənilir. Söhbət Transavrasiya Superinformasiya Magistralının (TASIM) çəkilməsindən gedir. BMT Baş Assambleyasının iki xüsusi qətnaməsi ilə dəstəklənən TASIM layihəsi Honkonqu Frankfurt ilə birləşdirəcək fiberoptik magistralın çəkilməsini nəzərdə turur. Bununla da magistral geniş Avrasiya məkanını yüksək sürətli internetlə təmin edəcək.
Azərbaycanın belə beynəlxalq təşəbbüslərdə təcrübəsi var. Nümunə olaraq, Europe-Persia Express Gateway (EPEG) informasiya magistralının çəkilməsi üzrə layihəni göstərmək olar. Ötən ilin sonunda başa çatmış bu layihə Rusiya, İran və Oman ilə tərəfdaşlığı nəzərdə tutur.

"Artıq gələcək konsorsiumun tərəfdaşları - Azərbaycan, Qazaxıstan, Çin, Rusiya və Türkiyənin iri telekommunikasiya şirkətləri bu layihənin həyata keçirilməsinə hazırlıq işləri aparır. Təbii ki, onun yerinə yetirilməsi Azərbaycana Xəzəryanı regionun əsas informasiya qovşağı olmaq imkanı verəcək" , - nazir qeyd edib.
Nazirin sözlərinə görə, bu yaxınlarda təsdiq edilən "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası yaxın 10 il ərzində ümumi daxili məhsulun həcminin ikiqat atrırılmasından ibarətdir. Abbasov hesab edir ki, buna qeyri-neft sektorunun və İKT sahələrinin inkişafı hesabına nail olmaq nəzərdə tutulur.

"Bu məqsədə çatmaq qeyd edilən dövrdə İKT bazarının həcminin 4-4,5 dəfə artırılmasını nəzərdə tutur. Müqayisə üçün, əgər 2011-ci ildə İKT sektorunda gəlir 1,7 milyard dolar təşkil edirdisə, 2020-ci ilə bu göstərici 8 milyard dollara çatdırılmalıdır. Bu məqsədlə təkcə dövlət xəttilə 3,6 milyard dollar həcmində investisiya yatırmaq planlaşdırılır: investisiya qoyuluşlarının müvafiq həcmi beynəlxalq investorlar daxil olmaqla özəl sektoru təmin etməlidir", - Abbasov deyib.

Nazirin sözlərinə görə, beynəlxalq təşkilatlar Azərbaycanda İKT sahəsinin inkişaf perspektivləri istiqamətində olduqca nikbin kökləniblər. Onların proqnozlarına əsasən, sahələr üzrə islahatların davamı, xüsusilə potensial investorlar üçün preferensiyalar rejiminin yaradılması 2025-ci ilədək İKT sahəsində gəlirlərin səviyyəsini ölkə ÜDM-in 10 faizinədək çatdırmağa imkan verəcək. Sonuncu dünyanın inkişaf etmiş ölkələrində təklif edilən sahələrin gəlirliyinin səviyyəsinə uyğundur.

mənbə: ann.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1615   Tarix: 31 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

04.05.2024 231
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

04.05.2024 202
.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

04.05.2024 257
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 200
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

12:44 126
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

04.05.2024 332
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

04.05.2024 162
.

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsini

04.05.2024 204
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

10:00 288