Leyla Əliyeva müraciət etdi

Leyla Əliyeva müraciət etdiRomada Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun növbəti forumu başlayıb.Romada Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) növbəti forumu işə başlayıb. Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev bildirib ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın forum iştirakçılarına müraciəti oxunub.

Müraciətdə bildirilir ki, Azərbaycan hökumətinin dəstəyi ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində həyata keçirilən bu forum miqyasına görə ASAIF tədbirlərinin ən böyüyüdür. Əgər Strasburq, Budapeşt və Vyana forumlarında əsasən Avropada təhsil alan tələbələrə üstünlük verilirdisə, indi ASAIF dünyanın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı gəncləri Romaya gətirərək Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılmasına, Azərbaycanın gələcəyi ilə bağlı fikir mübadiləsinin aparılmasına müvəffəq olmuşdur. Bu baxımdan, forum iştirakçıları arasında Amerika və Uzaq Şərq, Asiya ölkələrində, Afrika və Latın Amerikasında təhsil alan tələbələri görmək təqdirəlayiq haldır.

Müraciətdə deyilir: "Ölkəmizin son illər ərzində dinamik sosial-iqtisadi inkişafı, həmçinin əldə etdiyi uğurlarda siz gənclərin rolu vardır. Prezident İlham Əliyevin gənclər siyasətində müəyyən etdiyi prinsiplər, dövlət başçısının Azərbaycan gəncliyinin biliyinə, bacarığına, gələcəyinə böyük inamı biz gənclərin önəmli rolunu, dövlətin gələcəyinə məsuliyyətini önə çəkməklə qarşımıza mühüm vəzifələr qoyur. Azərbaycan gəncliyi özünün aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində önəmli rol oynayır və bugünkü cəmiyyətimizin avanqard qüvvəsinə çevrilməkdədir".

Azərbaycanın gələcəyinin gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli mənəvi dəyərlərə sədaqətindən asılı olduğunu vurğulayan Leyla Əliyeva Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətinin bu gün təkcə ölkəmizin ərazisi ilə məhdudlaşmadığını, onun hüdudlarından kənarda da geniş yayıldığını diqqətə çatdırmışdır.

Müraciətdə vurğulanır ki, budəfəki forumda müzakirə olunacaq mövzular da təsadüfi seçilməmişdir. ASAIF onların daha səmərəli istiqamətlərini təyin edərək, konkret və məqsədyönlü fəaliyyətini davam etdirə biləcəkdir. Sevindirici haldır ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gənc öz doğma Vətəni ilə qürur duyur, milli maraqların qorunması naminə səyini əsirgəmir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ASAIF-ın Roma forumunun iştirakçılarına uğurlar arzulamış və görüşün nəticələrinin gənclərin ictimai fəaliyyətində onlara uğur gətirəcəyinə əminlik ifadə edib.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8362   Tarix: 29 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995