Şou-biznesimizin plastik əməliyyat keçirən simaları

Dünyada artıq köklü tarixi olan plastik əməliyyatlar Azərbaycana son illər ayaq basıb.

O da sirr deyil ki, plastik əməliyyatlara daha çox gündəmdə olan tanınmış simalar, səhnə insanları əl atırlar.
Çoxsaylı dünya ulduzlarının müxtəlif, ən çətin və gözlənilməz plastik əməliyyatlara getmələri də hər zaman maraq doğurub.
Bu dəfə plastik əməliyyat olunduqlarını min bir cəhdlə gizlədən, hətta çox hallarda plastik əməliyyat keçirdiklərini danan Azərbaycanın tanınmış simalarından danışacağıq.

Xalq artisti Brilliant Dadaşova plastik əməliyyat etdirmədiyini dəfələrlə vurğulasa da, etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, o tez-tez İstanbulda plastik cərrahların skalpeli altına düşür. Müğənni bu yaxınlarda verdiyi açıqlamada yalnız dodağına təbii piy vurdurduğunu desə də, onun sinəsinin, belinin, üzünün, hətta ayaqlarını birdən-birə formasının dəyişməsi hamının marağına səbəb olub. Ayaqlarında keçirilən əməliyyatdan sonra B. Dadaşova efirlərə tez-tez dar şalvarlarda çıxmağa başlayıb. Müğənninin yaxın ətrafından əldə etdiyimiz məlumata görə, onu Türkiyənin super-starı Ajda Pekkanın həkimi əməliyyat edir. İki il öncə B. Dadaşovanı əməliyyat edən plastik cərrah ölkədə kifayət qədər məşhur stilist Syamanın da üzündə əməliyyat aparıb. Özünü həm də idmanla formada saxlamağa çalışan müğənninin iki qabırğasının çıxarması barədə söz-söhbətlər də gəzir.
Şou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıXalq artisti Məleykə Əsədova da dəfələrlə plastik cərrahlara müraciət edib. Özü bunu gizlətsə də, həkimlərin əməyinin bəhrəsi onun burnunda, dodağında və üz dərisində hiss olunur. Hətta Məleykə Əsədova burun əməliyyatından sonra köhnə lentlərinin efirə verilməsini də qadağan edib. M. Əsədovanın həmkarı Sənubər İsgəndərli də botoks üsulu ilə üzündə və dodağında dəyişikliklər etdirib.

Şou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıHeç vaxt plastik cərrah skalpeli altına düşmədiyini və ən azından buna ehtiyacı olmadığını vurğulayan xalq artisti İlhamə Quliyeva üzərində müəyyən dəyişikliklər etdirib. Yəqin ki, yaşlı nəslin nümayəndələri İlhamə Quliyevanın əməliyyatdan əvvəlki burnunu yaxşı xatırlayırlar. Müğənni bir neçə dəfə Moskvada sinəsində və üzündə əməliyyat etdirib. İ. Quliyevanı Bakıda əməliyyat edən cərrahın adı isə Cəlaldır. Bu cərraha müraciət edən İ. Quliyeva ondan müxtəlif plastik əməliyyatları həyata keçirməyi istəyib.

Şou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıÖtən ilin sonunda növbəti uğurlu əməliyyatı ilə diqqət çəkən xanım müğənnilərdən biri də xalq artisti Nazpəri Dostəliyeva olub. Bu, müğənninin keçirdiyi ilk əməliyyat deyil. İki dəfə burnunun görünüşünü dəyişən müğənni daha sonra üzünü dartdırıb, dodağını silikon etdirib. Hətta onun ayaqlarında da cərrahiyyə əməliyyatı aparıldığı bildirilir. N. Dostəliyeva ilk əməliyyatı 2000-ci ilin ortalarında etdirib. Hətta müğənni bunu işıqlandırmaq istəyən mətbuat nümayəndələrini məhkəmə ilə də hədələyirdi. Onun yerli klinikaların birində yerli mütəxəssislər tərəfindən əməliyyat olunduğu bildirilir.

Dəhşətli avtomobil qəzasından sonra üzü tanınmaz vəziyyətə düşən Nuraya ikinci həyatı Sankt-Peterburqun məşhur cərrahı Nekrasov verib. Nekrasov Nuranın üzü ilə yanaşı, bədəninin bir çox yerində də uğurlu əməliyyat keçirib. Adıçəkilən müğənninin Nekrasovun yanına Aygün Kazımovanın köməkliyi ilə getdiyi bildirilir. Müğənni üçüncü dəfə ana olduqdan sonra qarın nahiyəsində kosmetik-korrektiv əməliyyat da keçirib.

Plastik cərrahiyyə əməliyyatını gizlədənlərlə yanaşı, bununla fəxr edənlər də var. Bədəninin müxtəlif yerlərində doqquz dəfə əməliyyat keçirən Rəqsanə İsmayılova bu addımı ilə yeddi dəfə cərrah masasına uzanmış xalq artisti Aygün Kazımovanı geridə qoyub. Rəqsanənin keçirdiyi əməliyyatların əksəriyyəti isə uğursuz olub. Müğənninin üzündəki qüsurlar bunu deməyə əsas verir.

Şou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıİlk dəfə əməliyyat keçirdiyini ictimaiyyətə elan edən, hətta bununla gündəmdə qalmağı bacaran xalq artisti Aygün Kazımova təkcə burnunu üç dəfə əməliyyat etdirib. Dəfələrlə sinəsinin ölçülərini dəyişib, göz formasına belə müdaxilə edib. Liposaksiya yolu ilə artıq piylərdən azad olan A. Kazımova uğurlu əməliyyatlarına görə rusiyalı cərrah Nekrasova borclu olduğunu hər dəfə xüsusi vurğulayır. O, dünyada yeganə müğənnidir ki, plastik cərrahiyyə əməliyyatını lentə aldırıb və bunu "Tez gəl" klipi altında tamaşaçılara təqdim edib.

Şou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıDigər həmkarlarından fərqli olaraq xalq artisti Nisə Qasımovanın cavanlaşmaq məqsədi ilə üzündə keçirdiyi əməliyyat pulsuz başa gəlib. Müğənni pulsuz əməliyyatın müqabilində klinikanı uzun müddət reklam edib.

Şou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıBu yaxınlarda növbəti dəfə plastik əməliyyat keçirənlər arasında Zöhrə Abdullayeva da var. Müğənni bir neçə müddət öncə üz dərisini dartdırıb, dodağını silikon, qarnını, ayaqlarının yuxarı hissəsini liposaksiya etdirib. Bu, müğənninin keçirdiyi ilk əməliyyat deyil. Vaxtilə Zöhrə xanım burnunun formasını da dəyişib.

Plastik cərrahiyə əməliyyatları hələ keçmiş dövrlərdən qadınlar üçün ən aktual məsələlərdən biri olub. Azərbaycanda ilk dəfə burnunda əməliyyat keçirmiş sənətçi Əminə Yusifqızı olub. Əminə xanımdan sonra hələ sovetlər dönəmində bu riskli addımı xalq artisti Flora Kərimova atıb. Hər iki xanım əməliyyatlarını Gürcüstanda etdirib. Araşdırma zamanı məlum olub ki, bu riskli addıma ilk olaraq imza atan hər iki sənətkar həm də qadınlar arasında Azərbaycanda avtomobil sürən ilk tanınmış simasıdır.

Şou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıPlastik cərrahiyyə əməliyyatlarının həyat üçün təhlükəli olması heç kimə sirr deyil. Bu əməliyyata girməzdən əvvəl hər bir pasiyent baş verə biləcək bədbəxt hadisəyə görə məsuliyyət daşıdığını öz imzası ilə təsdiqləyir. Mərhum müğənni Reyhan Müslümova da məhz plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişənlərdəndir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən müğənni artıq piylərdən azad olmaq məqsədi ilə liposaksiya etdirmək istəyib. Yerli xəstəxanaların birində baş tutan uğursuz əməliyyata görə cinayət işi açılsa da, müğənninin məsuliyyəti öz üzərinə götürdüyü barədə imzaladığı sənəd həkimi məsuliyyətdən qurtarıb.

Şou-biznes nümayəndələrinin keçirdiyi heç də bütün plastik əməliyyatlar uğurla nəticələnmir. Əsasən burunlarının formasını dəyişdirməyə çalışan müğənnilər dəfələrlə onları qane etməyən nəticələrlə üzləşiblər. Röya üç dəfə burun əməliyyatı keçirsə də, hələ də burnunda tikişlərin kobud izləri qalmaqdadır. Xuraman Şuşalı, Almaz Ələsgərli və Rəhim Rəhimlini də uğursuz burun əməliyyatı etdirmiş sənətçilər sırasına daxil etmək olar.

Şou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıDünya təcrübəsində olduğu kimi, Azərbaycan şou-biznesində də kişi müğənniləri arasında müxtəlif plastik əməliyyatlardan yararlananlar az deyil. Məsələn, uzun müddət əməliyyat olunduğunu gizlədən Nadir Qafarzadənin burnuna və dodağına əl gəzdirməsi göz qabağındadır. Müğənni dodağına silikonu ilk dəfə mərkəzi gözəllik salonlarının birində qoydurub, alnına botoks üsulu ilə vaksinlər vurdurub.

Şou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıXalq artisti Faiq Ağayev də hələ uzun illər bundan əvvəl burnunda əməliyyat etdirib. Müğənni növbəti dəfə sinə və qollarına silikon etdirmək üçün cərrah masasına uzanıb. Bu əməliyyatı boynundan atan F. Ağayev nədənsə əməliyyat mövzusunda danışmaqdan imtina edir. Unutmaq lazım deyil ki, idmanla üç həftə ərzində bu cür bədən quruluşuna malik olmaq qeyri-mümkündür. Xalq artistinin sonuncu əməliyyatı 2008-ci ilin yay aylarına təsadüf edir.

Şou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simalarıBir faktı da nəzərinizə çatdırmaq istərdik ki, son vaxtlar saçı tökülmüş kişi müğənnilər arasında saç əkdirmək dəb halını alıb. Sonuncu dəfə bu prosedurdan Cavanşir Məmmədov uğurla yararlanıb. Vasif Məhərrəmli, Elariz Məmmədoğlu da bu üsuldan istifadə edən kişi müğənnilər sırasındadırlar.

... Sözsüz ki, bu siyahını uzatmaq da olar. Ancaq günaşırı televiziya ekranlarında, şou-proqram və el şənliklərində tanınmışların simasını görən və bu simada baş verən dəyişiklərə şahid olan tamaşaçılara bütün bunlar sirr deyil. O səbəbdən də sizləri daha çox gizli saxlanılan plastik əməliyyatlarla bağlı məlumatlandırmaq istədik...

Şou-biznesimizin plastik əməliyyat keçirən simalarıŞou-biznesimizin plastik əməliyyat keçirən simaları


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 36287   Tarix: 23 aprel 2010  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

TOP MP3