Beynəlxalq teatr günü və Azərbaycan teatrı

Beynəlxalq teatr günü və Azərbaycan teatrı27 mart Beynəlxalq Teatr Günüdür

Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən, hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur.

Milli teatrının tarixi 1873-cü ildən başlanan Azərbaycanda da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir.
Azərbaycan teatr sənətinin çox qədim və zəngin tarixi vardır. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan verib. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olub. Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynayıb.

Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyalarının tamaşaları ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulub.
Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 700-dək aktyor çalışır.

Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı" bu gün uğurla həyata keçirilir.

Dövlət Proqramı çərçivəsində 2012-ci ilin sonlarında "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" adlı II Bakı Beynəlxalq teatr konfransının keçirilməsi də mühüm hadisə kimi dəyərləndirilməlidir. Konfransda dünyanın 35 ölkəsindən 80-dən çox teatr tənqidçisi, teatrın tarix və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər iştirak etmişlər. Bu tədbirin nəticəsi olaraq Azərbaycanın müxtəlif teatr institutları ilə əməkdaşlığı daha da genişlənib. Bütün bunlar qabaqcıl təcrübələrdən səmərəli istifadə etmək üçün böyük zəmin yaradıb. Məhz bu istiqamətdə işlərin davamı olaraq cari ildə paytaxtımızda gənc tamaşaçılar və kukla teatrlarının festivallarının keçirilməsi nəzərdə tutulub.

Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomim Teatrı binasının bir hissəsi bərpa edilərək tamaşaçıların və teatrsevərlərin ixtiyarına verilib.

Ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova, Serbiyada keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil ediblər. Ötən dövr ərzində Azərbaycana xarici ölkələrdən 11 teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunub.

Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 140-cı ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan teatrı qarşıdakı illərdə biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı alqışı qazanacaq və ölkə mədəniyyətinin inkişafına böyük töhfələr verəcəkdir.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2491   Tarix: 27 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

27.04.2024 476
.

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

Ermənistanda müqavilə ilə işləyən bir qrup hərbçi ordu sıralarında xidmətdən istefa verib. "Report" xəbər verir ki, bu barədə "Yerevan.today" məlumat yayıb. Bildirilib ki, onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar

27.04.2024 333
.

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağda

01:42 353
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

13:00 180
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

11:40 254
.

Azərbaycan Türkiyədən tütün alışını azaldıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 8 milyon 135 min ABŞ dolları dəyərində tütün ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 % azdır. Təkcə martda isə Azərbaycan Türkiyədən 4 milyon 156 min ABŞ dolları dəyərind

27.04.2024 224
.

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. "Report" xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Belə ki, bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

00:53 271
.

Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək

Rusiyanın daşqınlara məruz qalan Orenburq vilayətində 1,7 mindən çox ev söküləcək. Bu barədə yerli hökumət nümayəndələri xəbər veriblər. Bildirilib ki, Mənzil Qiymətləndirmə Komissiyası rayon üzrə ümumilikdə 5007 evə baxış keçirib. "Bunlardan 3201-i əsaslı təmir olunacaq, 1745-i təhlükəli hesa

27.04.2024 245
.

Ukrayna kəşfiyyatı Rusiyanın RLS-ni vurub

Ukrayna Baş Kəşfiyyat İdarəsi və hərbçilər Rusiyanın "Podlyot" radiolokasiya stansiyasını (RLS) aşkarlayaraq vurublar. "Report" xəbər verir ki, məlumatı "Nexta" yayıb. Bildirilib ki, belə RLS-in qiyməti beş milyon dollardır

27.04.2024 275