Sizə nə demək istədiklərini başa düşün... (Maraqlı)

Sizə nə demək istədiklərini başa düşün... (Maraqlı)İşsiz bir gənc məşhur iş adamı Henri Fordla görüşmək istəyirdi.

Buna görə də Fordun sahib olduğu şirkətə getdi. Ancaq hər şey o istədiyi kimi olmadı. Və bu görüş ancaq 8 ay sonra baş tutdu. 8 ay sonra gənc artıq Henri Fordun qəbul otağında idi. Bir azdan katibə gəldi və: "Cənab Ford sizi xidməti avtomobilinin yanında gözləyir", - dedi. Gənc tələsik aşağı düşdü. Doğrudan da, Ford onu xidməti avtomobilinin yanında gözləyirdi. Ford arxada, gənc isə qarşıda oturdu. Bir azdan avtomobil yola düşdü. Avtomobil sürətlə irəliləyir, ancaq heç kim danışmırdı...

Bir azdan şəhərin nəhəng avtomobil salonlarından birinin qarşısında dayandılar. Salonun sahibləri qonaqları hörmətlə qarşıladılar. Qısa bir söhbətdən sonra Ford və gənc salondan ayrıldılar. Eyni hadisə ikinci salonda da baş verdi. Sonra üçüncü, sonra dördüncü, sonra beşinci...

İş yerinə qayıtmaq üçün avtomobilə minəndə gənc bütün gücünü topladı və: "Cənab Ford, mənimlə iş barədə danışmayacaqsınız?" - deyə soruşdu. Ancaq bu sual Fordun xoşuna gəlmədi. Sürücüdən avtomobili saxlamağı tələb etdi və gənci avtomobildən düşürdükdən sonra sürətlə oradan uzaqlaşdı. İndi o, şəhərdən çox-çox uzaqda, tək-tənha qalmışdı. Üstəlik, cibində bir qəpik də yox idi. Nə qədər götür-qoy etməyə çalışsa da, Fordun bu hərəkətinə bir məna verə bilmirdi. Evə çatanda artıq bütün düşüncələri alt-üst olmuşdu...

Aradan bir neçə gün keçdi. Ancaq bir sual onu heç cür rahat buraxmırdı: "Ford onunla nə üçün belə davranmışdı?" Ya da "Ford bununla ona nə demək istəyirdi?" Günlərlə baş sındırdıqdan sonra, nəhayət, axtardığını tapdı...

Ertəsi gün ən yaxşı paltarlarını geyindi və Fordla getdikləri ilk avtomobil salonuna üz tutdu.

Salonun sahibləri onu böyük hörmətlə qarşıladılar. Sanki qarşılarında gənc bir adam yox, Henri Fordun özü var idi. Artıq hər şey ona aydın idi. Daha sonra gənc Henri Fordla gəzdikləri o biri salonlara da getdi. Və hamısından da eyni şeyi soruşdu: "Yeni bir avtomobil salonu açmaq istəyirəm, ancaq kifayət qədər sərmayəm yoxdur. Bu işdə mənə kömək edə bilərsinizmi?"

Hamısı da eyni cavabı verdilər: "Əlbəttə ki... İstədiyiniz avtomobili götürün, pulunu yeni avtomobili götürməyə gələndə ödəyin..." Və qısa bir vaxtda gənc şəhərin ən varlı iş adamlarından biri oldu...

Aradan bir neçə il keçmişdi. Artıq Henri Forda təşəkkür etmək vaxtı idi. "Ford Kompani"nin baş ofisinə gedib, qəbul üçün müraciət etdi. Bir azdan katibə gəldi və: "Buyurun, cənab Ford sizi gözləyir", - dedi.

Gənc təəccübdən nə deyəcəyini bilmədi. Çünki ilk qəbul üçün nə az, nə çox, düz 8 ay gözləmişdi...

Ford gənci iş otağının qapısında qarşıladı. Və bunları dedi: "Eyni yerdə avtomobildən düşürdüyüm nə ilk adam idiniz, nə də son adam oldunuz. Ancaq aralarında yalnız siz mənim nə demək istədiyimi başa düşdünüz. O gündən sizi böyük heyranlıqla izləyirəm. Bundan sonrakı iş həyatınızda uğurlar arzulayıram"...

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1583   Tarix: 22 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292