Məmurlara Lifan yaraşırmı?

Məmurlara Lifan yaraşırmı? İqtisadçının fikrincə, məmurların yerli avtomobillərdən istifadə etməsi üçün zavodun keyfiyyəti artırmasına ehtiyac var
Millət vəkili Qüdrət Həsənquliyev parlamentin iclasında məmurlar üçün Naxçıvanda istehsal olunan minik avtomobillərinin alınmasını təklif edib. O, qeyd edib ki, dövlət ehtiyatları üçün Naxçıvanda istehsal edilən minik avtomobillərini almaq olar. Millət vəkili Naxçıvanı minik, Gəncəni yük avtomobilləri istehsalı mərkəzinə çevirə bilməyin mümkünlüyünü də deyib: "Ən azı, orta məmurlar üçün Naxçıvanda istehsal ediləm minik avtomobilləri alına bilər".

Keyfiyyətli və ucuz avtomobillər

İqtisadçı Vüqar Bayramov isə hesab edir ki, məmurlara ölkədə istehsal olunan minik avtomobillərinin alınması indiki halda real görünmür: "Amma məmurların yerli məhsullardan istifadə etməsinə ehtiyac var. Çünki məmurun yerli istehsaldan istifadə etməsi digər vətəndaşlara bir mesajdır. Bu zaman həmin məhsullara tələbat artar və praktiki olaraq ölkə daxilində istifadə edilmə səviyyəsi yüksələr".

Naxçıvanda istehsal olunan minik avtomobillərinin hələlik özünü təsdiqləmədiyini deyən iqtisadçı bildirdi ki, yerli minik avtomobillərindən istifadə təhlükəsizlik qaydaları, keyfiyyətin yaxşılaşması baxımından müəyyən zaman tələb edir: "Azərbaycanın avtomobilqayırma, xüsusən minik avtomobillərinin istehsalı üzrə ənənəsi yoxdur. Buna görə də ölkəmizin xaricdə istehsal edilən avtomobillərlə rəqabət aparması mümkün deyil. Bu o zaman mümkün ola bilər ki, dövlət inzibati metodlardan istifadə etsin, amma bazar iqtisadiyyatı dövründə bu metoddan istifadə düzgün deyil".

V.Bayramov məmurların yerli avtomobillərdən istifadə etməsi üçün avtomobil istehsal edən zavodun keyfiyyəti artırmasına ehtiyac olduğunu dedi. İqtisadçı bildirdi ki, Azərbaycanın da keyfiyyətli avtomobil istehsalı etməsi mümkündür: "Əgər bu gün bizim bazarda İranın istehsalı olan avtomobil varsa və Azərbaycan texnologiyanın tətbiqi baxımdan sözügedən ölkədən öndə gedirsə, o zaman nə üçün Azərbaycanda istehsal edilən avtomobillər keyfiyyətli olmasın? Keyfiyyətli və qiyməti ucuz avtomobillər bazara çıxacaqsa, o zaman vətəndaşların yerli istehsala tələbatı olacaq. Ümumiyyətlə, yerli avtomobilləri yalnız aztəminatlı ailələr üçün hesablamaq doğru deyil. Orta təbəqə və yüksək təbəqənin də alıcı kimi bu avtomobillərdən istifadə etməsini nəzərə almaq lazımdır. Yalnız bu halda ölkə daxilində yerli minik avtomobillərinə tələbat formalaşacaq".

Avtomobil zavodu o yerdə tikilir ki...

Müsahibimiz hesab edir ki, Naxçıvanda istehsal edilən minik avtomobillərinin keyfiyyətini artırmaq üçün beynəlxalq aləmdə tanınmış şirkətlərdən biri ilə əməkdaşlıq edilməsi və onların təcrübəsinin Naxçıvanda tətbiqi yaxşı nəticə verə bilər: "Ümumilikdə götürdükdə isə, Azərbaycanda minik avtomobillərinin istehsalı və yerli bazarın formalaşması ilə bağlı müəyyən çətinliklər var. Bu da Azərbaycanın özündən asılı olan məsələ deyil. Beynəlxalq təcrübəyə əsasən, avtomobil zavodları o yerdə tikilir ki, həmin ölkənin, yaxud həmin regionun əhalisi 15 milyon nəfərdən çox olsun. Əks halda, avtomobil istehsalı rentabelli olmur. Azərbaycanın əhalisi 9 milyon nəfər olduğu üçün həmin standartlara uyğun deyil. Ermənistanla konfliktin olması isə regiona bütövlükdə bazar kimi baxılmasına imkan vermir. Amma dediyim kimi, hər hansı tanınmış şirkətlə əməkdaşlıq etmək yaxşı olardı. Bu, yerli avtomobillərə həm inamın formalaşmasına, həm də bazara keyfiyyətli avtomobillər çıxarılmasına imkan verər".

V.Bayramov hesab edir ki, Gəncədə keyfiyyətli yük avtomobillərinin istehsal edilməsi daha realdır: "Amma Gəncə Avtomobil Zavodunda da menecment problemi var. Sözügedən zavod bir neçə şirkətlə, hətta Belarus şirkəti ilə də əməkdaşlığa razılaşdı. Amma təəssüf ki, istehsal etdikləri avtomobilləri bazara çıxarmaq baxımından problemlə qarşılaşdılar. Burada önəmli məqam menecment işinin yaxşılaşdırılmasıdır. Bu, baş tutarsa, o zaman Gəncə yük avtomobillərinin ölkə daxilində çox ciddi və böyük bazarı formalaşa bilər".

Zavodlarımızın gücü

Qeyd edək ki, Naxçıvan avtoobil Zavodunda 5 modeldə "NAZ Lifan" markalı minik avtomobilləri istehsal edilir. İllik istehsal gücü 4-5 min ədəd minik avtomobili olan Naxçıvan Avtomobil Zavodu Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Zavodda həm mexaniki, həm də avtomat sürət qutusu ilə işləyən avtomobillər istehsal edilir. Avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması şərtdir. Ötən 3 il müddətində 1582 ədəd "NAZ Lifan" markalı minik avtomobili istehsal olunub, bunlardan 1362 ədədi satılıb. Hazırda Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Neftçala şəhərlərində "NAZ Lifan" markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.

1986-cı ildə əsası qoyulmuş Gəncə avtomobil zavodu isə layihəyə əsasən, ilə 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırılmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisi yarımcıq qaldı. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşdü. Bu il zavodda 1680 texnikanın istehsalı nəzərdə tutulub. Ötən il ərzində isə zavodda 599 "Belarus" markalı traktor, 161 ədəd "MAZ" avtomobili yığılıb. Ötən il 5 qartəmizləyən, 5 "ESU" markalı asfalt kəsən, 6 ədəd "DEM" markalı ekskavator, 37 ədəd qoşqu yığılaraq istifadəyə verilib.

mənbə: gun.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6270   Tarix: 21 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233