Meyvələrin sirli söhbəti

Meyvələrin sirli söhbətiMeyvə insanlar üçün dadlı qidadan əlavə, orqanizmin sağlamlığını təmin edən əhəmiyyətli vasitələrdəndir. Onlardan bir çoxu A,B,C vitaminlərinin mənbəyi , bəziləri də xərçəng və digər xəstəliklər əleyhinə təsiredici funksiyalara malikdir. Həkimlərin məsləhətinə görə, hər bir insan gündə ən az bir alma və ya digər oxşar xüsusiyyətli meyvə yeməlidir. Çünki meyvə insan orqanizminin dostu sayılır. Hər bir meyvənin özünəməxsus xeyirli cəhəti var. Onların orqanizmə xeyirlərindən bəziləri aşağıdakı kimidir:

Alma


Meyvələrin sirli söhbətiSinirləri və əzələləri qüvvətləndirir, fiziki və zehni yorğunluğu azaldır. Dərini gözəlləşdirir. Az kalorili olduğu üçün kökəlmənin qarşısını alır, yüksək təzyiqə müsbət təsir göstərir. İki dilim almanı gözünüzün altına qoyun və almadakı meyvə turşusunun qara halqanı azaltmasını gözləyin. Alma həmçinin, böyrəkləri təmizləyir, həzmi rahatlaşdırır.

Üzüm

Meyvələrin sirli söhbətiQırmızı vı ağ üzüm yeyən insanlarda əhval-ruhiyyə həmişə yüksək olur. Üzümdə birbaşa qana qarışan 20% şəkər var. Fiziki və zehni əməklə məşğul olanlar üçün ən yaxşı dərmandır. Qanı artırır, buna səbəb, üzümün tərkibindəki dəmirdir. Üzünüzə üzüm suyu sürtüb 10 dəqiqədən sonra yusanız, üzünüz təravətlənəcək. Üzüm böyrəklərin işini tənzimləyir, ürək döyüntüsünü nizamlayır. Həmçinin, qaraciyəri təmizləyir. Qara üzüm isə yeni hüceyrələrin əmələ gəlməsini sürətləndirir.

Ərik

Meyvələrin sirli söhbətiŞirəsində çoxlu miqdarda dəmir və kalsium olduğundan uşaqlar və hamilə qadınlar üçün xeyirlidir. Gündə 150 qram ərik şirəsi içməklə gündəlik karotinə olan tələbatı ödəmək olar. Tərkibində magnezium olduğundan ərik yüksək arterial qan təzyiqini aşağı sala bilir. Hipertoniyalı xəstələr üçün ərik əvəzsiz meyvədir. Ərik qan əmələ gətirəndir. Dəriyə və saça müsbət təsir göstərir. Xərçəngin qarşısının alınmasına kömək edir.

Kivi

Meyvələrin sirli söhbəti1 ədəd kividə olan C vitamini bir ədəd portağalda olan C vitaminindən 2 dəfə çoxdur. 100 qram təzə kividə 250-380 mq C vitamini olur. Əgər siz gündə 1 ədəd kivi yesəniz, C vitamininə olan tələbat ödənmiş olar. Kivi, həzmi asanlaşdırır və qəbzliyin qarşısını alır.

Əncir

Meyvələrin sirli söhbətiBağırsaqların işini sürətləndirir.

Banan

Meyvələrin sirli söhbətiÜrəyə və əzələlərə faydalıdır. Yorğunluğu aradan qaldırır.

Vişnə


Meyvələrin sirli söhbətiMineral və vitamin anbarıdır. Tünd rəngli vişnələr, açıq rənglilərə nisbətən, daha çox mineral ehtiyatına malikdir.

Portağal


Meyvələrin sirli söhbətiSoyuqdəymənin, qripin, ürək xəstəliklərinin qarşısını alır.

Qarpız

Meyvələrin sirli söhbətiQabığındakı sink insan orqanizmi üçün vacib olan bir çox funksiyaları yerinə yetirir. Eyni zamanda, böyrəyi təmizləyir.

Armud


Meyvələrin sirli söhbətiÜrək-damar xəstəliklərinin qarşısını alır, aşağı qan təzyiqli insanlara xeyirlidir.

Çiyələk

Meyvələrin sirli söhbətiSiqaret tüstüsünün təsirlərini azaldır. Siqaret çəkilən otaqdakı insanlar gün ərzində ən azı iki gilə çiyələk qəbul etməlidirlər.

Kök


Meyvələrin sirli söhbətiƏlavə enerji mənbəyi yaradır. Qaraciyərin öd ifraz etməsini sürətləndirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 12266   Tarix: 31 mart 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942