Qar adamı-Yeti tarixdə
Plutarxın yazdığına görə, tiran hökmdar Dionis ordusu üçün bir neçə satir yəni, qar adamı göndərmişdi.
Mopassanın "Dəhşət" hekayəsində qar adamı ilə rastlaşmaqdan söhbət açılır. Bu hadisəni ona rus yazıçısı Turgenev danışmışdı. Gənc yaşlarında yayda ova çıxan Turgenev meşədən kənarda, kiçik bir göldə çimirdi. Birdən çiyini arxasında kiminsə olduğunu hiss edir. Geri çevriləndə isə iri gözləri olan, qırışlı, böyük bir sifət görür. Vəhşi qadını xatırladırdı, amma meymun deyildi. O, qəribə səslər çıxarmağa başlayanda, Turgenev yerində dondu. Qorxuya güc gələn yazıçı arxasına baxmadan sahilə üzdü. Tez paltarını və silahını götürüb, meşəyə doğru qaçan Turgenev vəhşinin arxasınca gəldiyini görüb, ağacın dalında gizlənərək, tüfənfi ona tərəf tuşladı. Yalnız bundan sonra vəhşi istiqamətini dəyişərək gözdən itib.
XIX əsr abxaziya sənədlərində göstərilib ki, abxazlar arasında Zana adlı dişi Yeti yaşayırdı və o, insanlara uyuşmuşdu, hətta bir neçə uşaq da dünyaya gətirmişdi.
Rus zooloqu Satunin 1899-cu ildə Talış dağlarında qulyabani gördüyünü yazıb.
XIX əsrin 20-ci illərində orta Asiyada bir neçə Yetinin tutulub zindana salındığı və sonradan güllənləndiyi barədə qeydlər var.
1661-ci ildə Polşa kralı II Yan Kazmirə qeyri-adi hədiyyə gətirdilər. Bu, qəribə canlı idi. 13 yaşlı, bədəni tüklü, danışmaq əvəzinə qəribə səslər çıxaran vəhşini Kral saxlamaq qərarına gəldi. Kralın arvadı onu əhlilləşdirib həyət işləri görməyə alışdırmışdı.
Yunan müəllifi Ktesiy öz şerlərində V əsrdə Hindistanda, Himalayda yaşayan insanabənəz canlılardan bəhs edir.
Dahi Nizami Gəncəvi "İsgəndərnamə" poemasında bu qəribə varlıqlara bütöv bir hissə həsr edib. İsgəndərin ruslarla döyüşündə rusların ordusunda çox nəhəng bədəni tüklə örtülü, ayaqları zəncirli, əllərində dəmirdən böyük bir toppuz olan qəribə döyüşçülərin olduğunu təsvir edib.
Qar admını gözləri ilə görmüş ilk avropalı-ingilis hərbçisi Hovard Beridir. 1921-ci ildə o. Everest ekspedisiyasına rəhbərlik edirdi. 7 min metrlik yüksəklikdə alpinistlər qrup şəklində qəribə varlıqlar gördülər. Həmin yerə yaxınlaşanda isə qarın üzərində insan ləpirindən 3 dəfə böyük ayaq izləri var idi.
İngilis Kral institutunun fotoqrafı Tombadi xüsusi tapşırıqla Zemu buzlağında qar adamını izləyib, şəkillərini çəkməli idi. O, deyir: "Heç şübhəniz olmasın ki, onun bədən forması insan bədəninə çox bənzəyir. Ağ qarın fonunda onun qara görkəmi aydın sezilir. Zənnim məni aldatmırsa, onun əynində geyim və ya başqa bir şey yox idi. Çox sürətlə ağacların arasında qaçıb gizlənir. Onu fotoaparatla çəkmək mümkün deyil. Şəkildə ancaq qara kölgə düşür."
1936-cı ildə Kaulbekin rəhbərliyi ilə ekspedisiya Himalay yamaclarında sirrli ayaq izləri görmüşdü. Bir ildən sonra həmin yerdə F.Smit Yetinin şəklini çəkməyə müvəffəq oldu. Himalayda Yeti ilə son görüş haqqda faktlar 1980-cı illərdə qeydə alınıb.
Şimali Kaliforniyanın yerli hindu sakini öz gözləri ilə göl kənarında dişi biqfutun 2 balasına necə üzmək və balıq tutmaq öyrətdiyini görübmüş.
1967-ci ildə biqfut ovuna iki amerikalı çıxdı: kovboy Kocer Padqerson və onun hindu dostu Bob, Blaff meşələrində günlərlə pusqudaydılar. Birdən onlar çayın o biri tərəfində dişi biqfutun qaçdığını görürlər. Kinokamera bu möcüzəli görüntünü lentə aldı. Sonra onlar irəli gedib, onun ayaq ləpirlərini də çəkdilər. Qorxudan tir-tir əsən əllərlə çəkilən bu rəngli görünrülər bütün dünyaya səs saldı. Bundan sonra ekspertlərin çoxu Qar adamının mövcudluğuna inandı.
2003-cü ildə Altayda alpinistlər qrupunun rəhbəri Sergey Semyonov Çuye dağlarında tüklə örtülmüş pəncə görür. Pəncənin yaxınlığında onurğa və qabırğa sümükləri vardı.Bu qalıqların ayıya məxsus olması ehtimalı özünü doğrultmadı. Tibb Universitetində sümüklərin iki ayağı üstə gəzən canlıya məxsusluğu sübut olundu. Dağlıq Altayın yerli əhalisi isə heç buna təəccüblənmədi də. Onlar tüklü, ucaboylu, möhkəm əzələli varlığı çox görmüşdülər. Ölçüsü 45 olan ayaq izlərini isə ovçular əzbər tanıyırdılar.

BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










