Ölkəyə telefon və kompüter gətirənlərin nəzərinə
Kompüter və telefon texnologiyası günü-gündən inkişaf etməkdədir. Gün ərzində insanların ən mühüm işlərinin bu texnologiyalar vasitəsilə həyata keçirildiyini nəzərə alsaq ən gəlirli biznes sahəsinin də adı çəkilən malların alış-satışı ilə bağlı olduğunu deyə bilərik.
Elə bu səbəbdəndir ki, son zamanlar xarici ölkələrdən kompüter və sonuncu model telefon markalarının ölkə ərazisinə gətirilməsi çoxalıb. Lakin vətəndaşların bu malları gətirərkən gömrükdə müəyyən çətinliklərlə qarşılaşdıqlarını bildirirlər. FaktXeber.com olaraq vətəndaşları narahat edən suallarla bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitənin qaynar xəttindən suallarımızı cavablandırdılar.
İstənilən şəxsin ölkə ərazisinə gətirdiyi mallardan hansı hallarda gömrük rüsumu tutulur?
İstənilən şəxs dedikdə fiziki və hüquqi şəxslər nəzərdə tutulur. Həmin şəxslər qanunla qadağan edilmiş mallar istisna edilməklə ölkə ərazisinə istədiyi malı gətirmək hüququ var.
Fiziki şəxslər üçün istehsal və kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirmək qaydaları var. Bu məsələ Nazirlər Kabinetinin 105 nömrəli qərarı ilə öz təsdiqini tapıb. Qərara əsasən fiziki şəxslər özləri bilavasitə sərhədi keçdikdə çəkisi 50 kq və dəyəri min dollar ekvivalent dəyərinə malik olan malı keçirdikdə dövlət rüsumuna cəlb edilmir.
Onlayn formada həyata keçirilən sifarişlər zamanı isə gətirilən malların çəkisi 20 kq və qiyməti 200 dollar ekvivalenti keçirmirsə gömrük rüsumu tutulmur. Eyni halda gətirilən mallarla bağlı əsas şərt kommersiya və istehsalat məqsədinin olmamasıdır.
Bəs gətirilən malların kommersiya və istehsalat məqsədli olub-olmaması necə müəyyən edilir?
Bunu gömrük orqanları müəyyənləşdirir. O, da həmin qərar da təyin edilmiş müddəalar əsasında formalaşır. Belə ki, hər hansı bir şəxsin gömrükdən gətirdiyi malların çeşidindən və ölkə ərazisinə keçirilmə tezliyindən asılı olaraq kommersiya məqsədli olub-olmaması müəyyən edilir. Əgər kommersiya məqsədi daşımırsa və deyilən kriteriyaları aşmırsa hər hansı gömrük ödənişinə cəlb olunmur.
Bəs gömrük rüsumu necə hesablanır? Yəni hansı qiymətdən sonra rüsum tutulur?
Hər bir malın 10 rəqəmli kodu olur. Həmin kod malın xarici iqtisadi nomenklaturası adlanır. Dövlət gömrük komitəsinin www.customs.gov.az saytında nomenqlatura bölməsi var. Həmin bölməyə daxil olaraq istənilən malın 10 rəqəmli kodunu daxil edib həmin maldan neçə faiz həcmində rüsum tutulmasını və ya əlavə gəlir vergisinə cəlb olunub-olunmamasını müəyyənləşdirmək mümkündür.
mənbə: faktxeber.com
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 7062 Tarix: 16 mart 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109