Bu iki xanım Nədən həyat dedilər (Foto)

Qənirə Paşayeva və Aygün Səmədzadə birgə albomlarının təqdimatını "Qadınlara qarşı zorakılığa YOX deyək!" çağırışı ilə etdilər.Sözləri millət vəkili Qənirə Paşayevaya, musiqiləri Azərbaycanın əməkdar incəsənət xadimi Aygün Səmədzadəyə məxsus "Nədən həyat" albomunun təqdimatı keçirildi. ANS PRESS-in məlumatına görə, bütün qadınları 8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edən millət vəkili Qənirə Paşayeva bu təqdimatın "Qadınlara qarşı zorakılığa YOX deyək!" çağırışı altında keçirilməsinin və bir xeyriyyə aksiyası olmasının xüsusi önəm daşıdığını dedi: "Biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi bir cəmiyyət olaraq daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq."

Dünyanın hər yerində bu kimi halların olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanın da sivil, inkişaf edən ölkələrdən biri olaraq bu mənfi hallara qarşı mübarizə aparan ölkələrdən biri olduğunu, bu istiqamətdə qanunların qəbul olunduğunu və işlərin getdikcə daha da sürətləndiyini deyərək cəmiyyətin hər bir üzvünün, hər bir vətəndaşın da bu kimi mənfi hallara qarşı mübarizədə üzərinə böyük rol düşdüyünü deyib.

"Ailələrimizdə böyüyən uşaqlar bu ruhda tərbiyə edilməlidir. Uşaqlarımız qadına qarşı zorakılıq ən böyük insan haqları pozuntusudur deyə tərbiyə edilməlidir. Kişilər öz ailələrindən, evlərindən başlamalıdır bu nəcib işə - həyat yoldaşlarına qarşı bu cür hallara yol verməməklə... Biz hamımız öz ətrafımızdan başlamalıyıq. Ailələrdən başlamalıyıq... Bağçalardan, məktəblərdən başlamalıyıq maariflənirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə. Biz ətrafımızda baş verən bu cür mənfi hallara qarşı laqeyid və duyarsız olmamalıyıq və hər yerdə bu kimi hallara qarşı öz münasibətimizi bildirməliyik", - deyə millət vəkili qeyd edib.

Millət vəkili Qənirə Paşayeva "Nədən Həyat" albomundan əldə olunan gəlirin zorakılığa məruz qalmış qadınlar üçün sığınacaq mərkəzlərinə bağışlanacağını və bununla köməyə ehtiyacı olan bir sıra qadınlara yardımçı olacaqlarından məmnunluq duyduğunu dilə gətirdi.

Görkəmli bəstəkar Aygün Səmədzadə bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etdi və təqdimatın qadınlara qarşı zorakılığa Yox deyək! çağırışı altında keçirilməsinin və bir xeyriyyə aksiyası olmasının təqdirəlayiq olduğunu bildirdi və bununla köməyi ehtiyacı olan qadınlara kömək etmək imkanına malik olduğundan məmnunluq duyduğunu ifadə etdi.

Tədbirdə iştirak edən millət vəkili, akademik Ziyad Səmədzadə, professor, filologiya elmləri doktoru Qəzənfər Paşayev bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ilə təbrik etdilər və bu cür tədbirlərin xeyriyyə məqsədilə keçirilməsinin vacibliyini qeyd etdilər.

Əməkdar artistlər Eyyub Yaqubov, Lalə Məmmədova, gənc sənətçilər Ayaz Qasımov, Nurlan Növrəsli, Vüsal Hacıyev bütün xanımları 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etdilər və alboma daxil olan mahnıları ifa etdilər.
Təqdimatda ziyalılar, ictimai xadimlər, KİV nümayəndələri iştirak edirdi.

mənbə: anspress.com

Bu iki xanım Nədən həyat dedilər (Foto)Bu iki xanım Nədən həyat dedilər (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5101   Tarix: 10 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ərimi bu xanımlara qısqanıram, gözü qaça bilər..." - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:. "Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə

04.05.2024 630
.

"Kasıb ölmək sənin səhvindir"

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə müzakirə yaradıb. OLAY yazır ki, o, ailə həyatından və maddi durumundan danışan imkansız gəncin müsahibəsini paylaşaraq sərt sözlər qeyd edib:. "Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədə

01.05.2024 1076
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 474
.

Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏ

Azərbaycanlı məşhur aktrisa Aysel Nazim Türkiyədə filmə çəkilib. O, bir çox məşhurların çəkildiyi "Çingene Kızı" adlı filmdə baş rolu ifa edib. Film 10 mayda Türkiyədə, 15 mayda isə Azərbaycanda təqdim olunacaq. Qeyd edək ki, filmdə türkiyəli məşhurlar İnan Ulaş Torun, Altan Erkekli, Orha

04.05.2024 345
.

"Çılgın Bediş"in ulduzunun oğlu cinsiyyət dəyişdirir

"Çılgın Bediş" serialının ulduzu Çiçek Dilligilin musiqiçi Bora Öztoprakla evliliyindən olan oğlu Ardahan cinsiyyət dəyişdirir. OLAY yazır ki, bununla bağlı Ardahan instaqramda foto paylaşıb. O, oğlan halında olan bütün şəkilləri hesabından silib. Yeni görüntülərini izləyiciləri ilə bölüşüb

04.05.2024 336
.

"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək. İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən"

04.05.2024 435
.

Aygün Kazımovanın sahildə çobanla maraqlı dialoqu - Video

Xalq artisti Aygün Kazımova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az-ın məlumatına görə, Pop kraliça sahildə dincəldiyi anları izləyiciləri ilə bölüşüb. Görüntülərdə sahildə dayanan çobanın Aygün Kazımovanı tanıması və ona yaxınlaşması əks olunub. Onlar arasında maraqlı dialoq keçib

02.05.2024 7304
.

Bu da Ülviranın modelə bənzəyən qızı - Gözəlliyi ilə HEYRAN EDİR - FOTO

Aparıcı Ülvira Qarayeva sosial media hesabında paylaşım edib. xəbər verir ki, sənətçi "instagram" hesabında qızı Zeynəbin fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşım izləyicilərin marağına səbəb olub. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır

04.05.2024 591
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 1112