İndoneziya parlamenti Xocalı soyqırımının tanınması məsələsini müzakirə edəcək

İndoneziya parlamenti Xocalı soyqırımının tanınması məsələsini müzakirə edəcəkErmənistanın Azərbaycana qarşı təcavüzü, xüsusilə də Xocalı soyqırımı haqqında qarşı tərəfə geniş məlumat verilib.
Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev İndoneziya Parlamentinin Birinci Komissiyasının sədri Mahfuz Sıddıq ilə görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü, habelə bu təcavüz əsnasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər, xüsusilə də Xocalı soyqırımı haqqında qarşı tərəfə geniş məlumat verib.

Səfir 2012-ci ilin yanvar ayında İƏT ölkələrinin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində baş tutmuş konfransında Xocalı soyqırımının üzv ölkələrin parlamentləri tərəfindən tanınmasına dair qəbul olunmuş qətnamənin yerli dildə tərcüməsini qarşı tərəfə təqdim edib.

O, həmin konfransa ev sahibliyi və sədrlik etmiş İndoneziya parlamentinin qeyd olunan qətnamənin icrasının təminatçısı şəklində çıxış etməsini və bu qətnaməni icra etməklə bütün İƏT ölkələrinə nümunə olmasını istədiyini bildirib.

M. Sıddıq öz növbədə Azərbaycanın Papua məsələsində İndoneziyaya hər zaman dəstək nümayiş etdirdiyini bildirərək, indi sıranın İndoneziyada olduğunu və Xocalı soyqırımının İndoneziya parlamenti tərəfindən tanınması üçün əlindən gələn bütün köməklikləri göstərəcəyini qeyd edib. İndoneziya parlamentinin Birinci Komissiyasının sədri Azərbaycana dəstək göstərəcəklərini və Xocalı soyqırımının parlamentdə müzakirəyə çıxarılacağını vurğulayıb və bunun üçün hazırlanmış müraciətin Komissiya üzvləri tərəfindən imzalanacağını bildirib.

M. Sıddıq prosesin bir hissəsi olaraq, yaxın günlərdə İndoneziya parlamentində Azərbaycan səfirliyin iştirakı ilə Xocalı soyqırımı haqqında ictimai müzakirələrin keçiriləcəyini, sərgi və təqdimatlar təşkil olunacağını və sonda Xocalı soyqırımı haqqında video nümayiş olunacağını qeyd edib.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1686   Tarix: 07 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Keşlə"də vəziyyət GƏRGİNDİR:Baş məşqçi və futbolçu arasında QALMAQAL

"Keşlə"nin futbolçusu Aleksandr Kriştovao ilə komandanın baş məşqçisi Yunis Hüseynov arasında qalmaqal baş verib. xəbər verir ki, hər iki şəxs "Report"a açıqlamasında bir-birini yalan danışmaqda günahlandırıb. Klubun düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı ittihamları rədd edə

21.09.2020 1308
.

Bərbərxana və gözəllik salonları yenidən bağlanır

Xəbər verdiyimiz kimi, iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq. "Qafqazinfo"nun məlumatına görə, məhdudiyyətləri tətbiq olunduğu müddət ərzində bərbərxana və gözəllik salonları bağlanacaq. Bun

18.06.2020 2779
.

Zaurla Günaydan SƏMİMİ GÖRÜNTÜLƏR - VİDEO

Məşhur aparıcı cütlük Zaur və Günay Baxşəliyevlərdən xəbər var. xəbər verir ki, Günay instaqram hesabında yeni görüntülərini paylaşıb. Görüntülərdə onun həyat yoldaşı aparıcı Zaur da yer alıb. Paylaşım izləyicilərin marağına səbəb olub. Sözügedən görüntüləri təqdim edirik:

20.06.2021 2265
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

Röya hamilədir? - YENİ FOTOSU şübhələndirdi

Müğənni Röya Ayxanadan xəbər var. xəbər verir ki, Xalq artisti "İnstagram"səhifəsində etdiyi paylaşımı ilə diqqət çəkib. O, yenicə doğulmuş uşaq ayaqlarının fotosunu paylaşaraq "dəyməyin keyfimə" yazıb. Bununla da xalq artisti sevdiklərinin qəlbinə şühbə toxumu səpib

22.09.2020 34279
.

Hot Shapers Neotex - Arıqlama jileti

Məhsul haqqında. Bu, sizə arıqlamağa kömək edən innovativ vasit' - Hot Shapers' arıqlamaq üçün jilet. Neotex, xətti və daxili temperaturu artıran, "ağıllı" parça texnologiyasının tətbiqi ilə hazırlanıb.Sizin gündəlik işlər ilə məşğul olaraq bədəninizin tər tökmək vasitəsiylə artı

31.07.2021 296
.

Nadir Qafarzadə "AYTƏNLƏ ÜZ-ÜZƏ" - VİDEO

ın "AYTƏNLƏ ÜZ-ÜZƏ " verilişində qonaq olan müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib. Verilişdə bəzi məqamlara toxunan sənətçi göz yaşlarını saxlaya bilməyib. AYTƏN SAKİTQIZI

14.10.2020 2248
.

Bu aktrisanı Ebru Gündeşə BƏNZƏTDİLƏR - FOTO

Türkiyənin sevilən aktrisası Hazar Ergüçlüdən yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, sosial mediada aktrisanın keçmiş fotosu yayılıb. İzləyicilər həmin fotoda Hazarın çox dəyişdiyini deyiblər. Hətta onlar arasında aktrisanı ifaçı Ebru Gündəşə bənzədən də olub. Fidan Bayramova

18.09.2020 3764
.

Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - İNFOQRAFİKA

Bir ay ərzində Ermənistanın hərbi texnika və sursat itkisinin həcmi 2,7 milyard ABŞ dollarından çox olub. xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu Ermənistanın nəzərdə tutulan müdafi

27.10.2020 1567