Dünyanın ən xoşbəxt ölkələrinin reytinqi açıqlandı

Dünyanın ən xoşbəxt ölkələrinin reytinqi açıqlandı«New Economic Foundation» mərkəzinin tədqiqatçıları 2012-ci dünyanın ən xoşbəxt ölkələri reytinqini hazırlayıb.

Azərbaycan sözügedən siyahıda yer almış 151 ölkə arasında 80-ci yerdə qərarlaşıb.

«APA-Economics»in məlumatına görə, «New Economic Foundation» mərkəzinin tədqiqatçıları xoşbəxtlik düsturu fikirləşib – onlar yaşayış keyfiyyətini ömrün davamlılığına vurub və əldə olunmuş rəqəmi ölkədə ekoloji nəticələr haqqında olan məlumata bölüb. İlkin olaraq, mərkəzin nümayəndələri hər bir ölkədə əhali arasında sorğu keçirib ki, respondentlər öz həyat keyfiyyətlərini 1-dən 10-dək qiymətləndirib. Düsturun digər göstəricilərini isə mərkəz rəsmi orqanlardan əldə edib.

Nəticədə, reytinqin birinci yerində Kosta-Rika qərarlaşıb. Bu ölkədə ümumi xoşbəxtlik indeksi 64-ə, uzun ömürlüyün orta göstəricisi 79,3-ə, həyat keyfiyyəti isə 7,3-ə bərabər olub. Siyahıda ikinci yeri Vyetnam (müvafiq olaraq 60,4, 75,2 və 5,8), üçüncü yeri isə Kolumbiya (59,8, 73,7, 6,4) tutub. İlk beşliyi Beliz (59,3, 76,1 6,5) və Salvador (58,9, 72,2, 6,7) tamamlayır. Reytinqin top-onluğuna həmçinin, Yamayka (58,5, 73,1, 6,2), Panama (57,8, 76,1, 7,3), Nikaraqua (57,1, 74, 5,7), Venesuela (56,9, 74,4, 7,5) və Qvatemala (56,9, 71,2, 6,3) daxildir.

Azərbaycan bu siyahıda 80-ci yeri tutub. Ölkədə ümumi xoşbəxtlik indeksi 40,9, uzun ömürlüyün orta göstəricisi 70,7, həyat keyfiyyəti isə 4,2 ball təşkil edib.

Maraqlısı odur ki, inkişaf etmiş ölkələrin əksəriyyəti siyahının sonunda qərarlaşıb. Buna səbəb bu ölkələrdə ekoloji nəticələrin qənaətbəxş olmamasıdır. Məsələn, ABŞ reytinqdə 105-ci (37,3, 78,5, 7,2), Rusiya 122-ci (34,5, 68,8, 5,5), Birləşmiş Ərəb Əmirlikləri 130-cu (31,8, 76,5, 7,2), Qətər isə 149-cu yerdə (25,2, 78,4, 6,6) yeri tutub.

Keçmiş SSRİ ölkələrinə gəldikdə, ən xoşbəxt ölkə Qırğızıstan hesab olunub. Belə Ki, Qırğızıstan reytinqdə 38-ci yerdə (49,1, 67,7, 5) qərarlaşıb. Moldova 40-cı yeri (48, 69,3, 5,6), Tacikistan 43-cü yeri (47,8, 67,5, 4,4), Ermənistan 53-cü yeri (46, 74,2, 4,4), Özbəkistan 54-cü yeri (46; 68,3; 5,1), Gürcüstan 55-ci yeri (46; 73,7; 4,1), Türkmənistan 95-ci yeri (39,1; 65; 6,6), Ukrayna 100-cü yeri (37,6; 68,5; 5,1), Belarus 102-ci yeri (37,4; 70,3; 5,5), Estoniya 117-ci yeri (34,9; 75,8; 5,1), Latviya 118-ci (34,9; 73,3; 4,7) Qazaxıstan 119-cu yeri (34,7; 67; 5,5), Litva isə 120-ci yeri (34,5; 72,2; 6,1) tutub.

Qeyd edək ki, Braziliya siyahıda 21-ci, Norveç 29-cu, Hindistan 32-ci, İsveçrə 34-cü, Böyük Britaniya 41-ci, Türkiyə 44-cü, Yaponiya 45-ci, Almaniya 46-cı, Avstriya 48-ci, İtaliya 51-ci, İsveç 52-ci, Çin 60-cı, İspaniya 62-ci, Niderland 67-ci, İran 77-ci, Sinqapur 90-cı, Portuqaliya 97-ci yerdə qərarlaşıb.

Reytinqi 150 və 151-ci yerlərlə Çad və Botsvana tamamlayır.

mənbə: bakuinfo.Az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3266   Tarix: 03 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 491
.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 538
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

11:39 260
.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə

11:10 283
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 340
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

03.05.2024 416
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

14:42 31
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 535
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

16:00 0