Tələbələrə güzəştli kartlar verildi

Tələbələrə güzəştli kartlar verildiBu gün Gənclər və İdman Naziri Azad Rəhimov Bakı Ali Neft Məktəbində (BANF) olub.

BANF-də tələbələrlə və müəllimlərlə görüşü açan rektor Elmar Qasımov tələbə qəbulu göstəricilərinin reytinq cədvəlinə görə Ali Məktəbin 2012-ci ildə ali məktəblər arasında mütləq lider olduğu, tədris prosesinin Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində ingilis dilində ən müasir texnologiyaların tətbiqi ilə aparıldığını, tələbələrin təhsildə, müəllimlərin isə tədrisdə motivasiyasını artırmaq üçün kompleks tədbirlərin həyata keçirildiyini, tədris prosesinin istehsalatla sıx əlaqədə olduğunu, biliklərin qiymətləndirilməsinin partnyor-universitet tərəfindən həyata keçirilməsi hesabına tam şəffaf və obyektiv mühitin yaradıldığını, məzunlara 2 diplom veriləcəyini, ali məktəbin binasında ən müasir tələblərə cavab verən infrastrukturun olmasını qeyd edib.

Rektor tələbə gənclərin idarəetmədə iştirakı üçün tam demokratik şəraitin yaradıldığı, tələbələrin müxtəlif idman növləri üzrə yarışlar təşkil etməsi, ümumillli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər çərçivəsində futbol turnirinin başlanması, Ali Məktəbin hazırda inşa edilən şəhərciyində ən müasir beynəlxalq standartlara cavab verən idman kompleksinin yaradıldığı haqqında qonağa məlumat verib.

Rektor Bakı Ali Neft Məktəbində mütəxəssis hazırlığının təşkilini Azərbaycan prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı təsdiq etdiyi Dövlət proqramının real təzahürü kimi qiymətləndirib, 2013-2014-cü tədris ilində "Neft-qaz mühəndisliyi" ixtisası üzrə 50, "Kimya mühəndisliyi" ixtisası üzrə 50 və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə 20 tələbənin qəbul ediləcəyini, Dövlət bayrağı meydanı yaxınlığındakı ərazidə hazırda inşa edilən Ali Məktəb şəhərciyinin ərazisində dünya standartlarına cavab verən idman kompleksi istismara verildikdən sonra gənclərin əqli və fiziki cəhətdən daha sağlam inkişafı üçün imkanların artacağını qeyd edib.

Gənclər və idman naziri Azad Rəhimov Bakı Ali Neft Məktəbinin kollektivini ali təhsil müəssisəsinin uğurla fəaliyyətə başlaması münasibətilə təbrik edib, gənclərin, xüsusən tələbə gənclərin dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, incəsənətin və idmanın inkişafında əhəmiyyətli rol oynadığını, azərbaycanlı idmançıların Avropa və dünya çempionatlarındavə Olimpiya oyunlarında qazandıqları uğurların ölkənin dünyadakı nüfuzunun yüksəlməsinə xidmət etdiyini vurğulamış, dövlətin gənclərlə bağlı və idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasətin, ölkənin bütün regionlarında ən yüksək standartlara cavab verən idman komplekslərinin istismara verilməsinin müasir Azərbaycanın insan potensialının özəyi olan gənclərin harmonik inkişafı və həyatda özlərini təsdiq etmələri üçün hər cür şərait yaratdığını qeyd edib, hər bir gənci bu imkanlardan bəhrələnməyə çağırıb.
Nazir tələbə gənclərə təqdim ediləcək güzəştli Azərbaycan Tələbə Kartlarının onların sosial-mədəni tələbatlarının ödənilməsinə xidmət edəcəyini qeyd edib, Bakı Ali Neft Məktəbinin tələbələrinə güzəştli tələbə kartları təqdim etmiş və onların çoxsaylı suallarını cavablandırıb.

Tələbələr qonağa Bakı Ali Neft Məktəbinə təşrif buyurduğuna görə minnətdarlıqlarını bildiriblər.
Sonda rektor Elmar Qasımov Azad Rəhimova Bakı Ali Neft Məktəbinin "Fəxri qonağı" diplomunu təqdim edib.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3641   Tarix: 01 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18.05.2024 162
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

18.05.2024 527
.

ABŞ və İranın dolayı məsləhətləşmələri: Omanda nələr danışılıb?

ABŞ və İran Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün bu həftə Omanda "birbaşa olmayan danışıqlar" aparıblar. Məlumata görə, ABŞ tərəfdən məsləhətləşmələrdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzr

18.05.2024 98
.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

18.05.2024 345
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

18.05.2024 474
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175
.

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycanın milli məhsullarının dequstasiyası keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbirin təşkilatçıları qismində "Azərbaycan" pavilyonunun rəhbərliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaları

18.05.2024 131
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562