Bakı metrosunda problemlər nə vaxt həll oluncaq?

Bakı metrosunda problemlər nə vaxt həll oluncaq?Son vaxtlar paytaxt sakinlərini ən çox düşündürən və narahat edən Bakı Metropolitenində sərnişin sıxlığıdır. Bu problem yaxın gələcəkdə öz həllini tapacaq. Bu barədə metropolitenin mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər. Verilən məlumata görə, əsas işlərdən biri layihəsi 1980-cı ildə qoyulan Bakı Metropoliteninin yeni texnoloji korpusun inşasıdır. 3 blokdan ibarət 9-mərtəbəli bina yeni və müasir avadanlıqlarla təchiz olunacaq. Həmin avadanlıqlar Amerikadan, İngiltərədən, Kanadadan və digər ölkələrdən gətirilib. Binada vahid idarəetmə sistemi yaradılacaq. Məhz həmin sistem vasitəsilə qatarların hərəkət qrafiki və digər əməliyyatlar aparılacaq.

Digər problemlərdən biri isə Bakı Metropoliteninin quruluşu ilə bağlıdır. Metropoliten tikilən zaman 1 milyon 500 min nəfərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuşdu. Lakin sonradan paytaxt əhalisinin artımı nəticəsində metroda da sərnişin sıxlığı müşahidə olunmağa başladı. Həm qatarların arasındakı interval, həm platformaların balaca və qatarların 5 vaqondan ibarət olması müəyyən problemlər yaratdı. Hələlik bu istiqamətdə Bakı Metropolitenində heç bir tədbir görülmür. Lakin yeni yaradılacaq bənövşəyi xətlərdə bu problem aradan qaldırılacaq. Həmin xətt üzrə "Avtovağzal" stansiyasından "Həzi Aslanov-2" stansiyası istiqamətində stansiyalarda platformalar daha uzun olacaq. Həmin istiqamətlərdə hərəkət edəcək qatarların vaqonları 7 ədəd təşkil edəcək.

Bakı Metropolitenindən verilən məlumata görə, qatarların intervalı ilə bağlı dəyişiklər də ediləcək. Bunun üçün isə ilk növbədə metroda mövcud problemlər aradan qaldırılmalıdır. Əsas problemlərdən biri isə ilk öncə "28 may" metrostansiyasındakı iki xəttin bir-birindən ayrılmasıdır. Artıq bu istiqamətdə müəyyən işlər görülüb.

Belə ki, Bakı Metrosunun "28 may" stansiyasının yenidən qurulması – "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması Layihəsi üzrə İlkin Podrat Müqaviləsi bağlanılıb. Anlaşma Memorandumu Bakı Metropoliten rəisi Tağı Əhmədov, Akkord-Bouygues Birgə Müəssisəsi adından "Akkord" Korporasiyasının Direktorlar Şurasının sədri Xaqani Quluzadə və Fransanın Bouygues Travaux Publics şirkəti adından İcraçı Direktor Jan-Denis Arnal tərəfindən imzalanıb. İşlərə yaxın vaxtlarda başlanılacaq. Bu zaman ola bilsin ki, "28 may" stansiyası ilə "Nizami" stansiyası arasında gediş-gəliş dayandırılsın. Belə olan halda qatarlar "Həzi Aslanov" stansiyasından "28 may" stansiyasına qədər və "Azadlıq Prospekti" stansiyasından "Elmlər Akademiyası" stansiyasında qədər işləyə bilər.

Digər problemlrədən biri isə "İçəri Şəhər" stansiyasında yalnız 1 platformanın işləməsidir. Həmin stansiyada dönmə olmadığı üçün qatarlar gəldiyi istiqamətdən geri qayıdır. Bu da müəyyən vaxt itkisinə səbəb olur. Bakı Metropolitenindən verilən məlumata görə, hələlik bu problemin həll olunmasında heç bir məlumat yoxdur.

Metrodakı digər problemlərdən biri isə "28 may" stansiyasından "Gənclik" stansiyası arasındakı yollarda döngələrin çox olmasıdır. Məhz bu səbəbdən həmin istiqamətdə qatarların sürəti azalır. Bu problemin də həlli hələlik açıq qalan məsələlərdən biridir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2867   Tarix: 21 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putin səlahiyyət müddəti başa çatan Nazirlər Kabineti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kremldə mayın 7-nə planlaşdırılan andiçmə mərasiminə hazırlaşır və günün ortasında konstitusiyaya uyğun olaraq istefaya gedən hökumətlə görüşəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. "Putin hökumət üzvləri ilə görüşməyi planlaşdırır

06.05.2024 208
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

06.05.2024 853
.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

06.05.2024 332
.

Putin sabah and içəcək

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində qalib gəldikdən sonra sabah and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq. xəbər verir ki, Rusiyada mart ayında keçirilən prezident seçkilərində 87,28 faiz səs toplayan Putin, mayın 7-də Kreml sarayında keçiriləcək mərasimdə an

06.05.2024 300
.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 369
.

Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR - FOTO

Bakının Xətai rayonu Gəncə prospektində yerləşən "Şəms" şadlıq evinin söküntüsünə hazırlıq gedir. Sakinlərin -a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Məlumat üçün bildirək ki, "Şəms" şadlıq evinin bir müddət önc

06.05.2024 1110
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

12:52 147
.

Meyxanaçı ilə aparıcının toyudur

Aparıcı Nübar Əbilin toyudur. Axşam.az xəbər verir ki, o, bu haqda özü məlumat yayıb. Aparıcı toy dəvətnaməsini paylaşaraq mayın 25-də ailə qurcağını bildirib. Nübar meyxanaçı və ssenarist Pərviz Haşımovla ailə qurur. Qeyd edək ki, N.Əbil hazırda AzTV-də aparıcılıq edir. P.Həşimov "Qız atası"

11:48 424
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

06.05.2024 303