Bu gün beynəlxalq ana dili günüdür

Bu gün beynəlxalq ana dili günüdür21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulmayan aksiomadır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər bəxş olunmuş bu nemətin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana dili günü hamını bu cinayətə qarşı birləşməyə səsləyir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Və əgər nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.... Və bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm" deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. ...Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs Ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr tarixdə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" və "Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında" sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7084   Tarix: 21 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-də miqrantlara dair sərt qadağalar qüvvəyə minib

ABŞ-də müvəqqəti yaşamaq hüququ verən bir sıra proqramlar çərçivəsində miqrantların, o cümlədən Ukrayna vətəndaşlarının bu ölkəyə girişi dayandırılıb. xəbər verir ki, bu barədə "The New York Times" nəşri ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə istinadən xəbər verib. Qeyd olunub ki, rəsmi qurumlar

25.01.2025 168
.

Yunanıstan qanunvericiləri səsvermənin ilk turunda yeni prezident seçə bilməyiblər

Yunan qanunvericiləri səsvermənin ilk turunda yeni prezident seçə bilməyiblər. Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir. Namizədlərdən heç biri ölkənin prezident seçilmək üçün tələb olunan 200 səsi qazana bilməyib. Parlament üzvləri dövlət başçısını açıq səsvermə yolu il

25.01.2025 149
.

SON DƏQİQƏ! Xəzərdə zəlzələ oldu

Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Yeraltı təkan yerli vaxtla saat 17:22-də qeydə alınıb. Zəlzələ 66 kilometr dərinlikdə baş verib

25.01.2025 258
.

Həftəsonu səfərə çıxanların NƏZƏRİNƏ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib. BİG.AZ xəbər verir ki, müraciətdə deyilir:. "Həftəsonu əhalinin təsərrüfat, yaxud istirahət məqsədilə hərəkətliliyinin artması avtomobil yollarında nəqliyyatın intensivliyinə əhəmiyyətl

25.01.2025 228
.

Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı

Xalq artisti Miri Yusifin prodüseri, televiziya aparıcısı Emin Əfəndini hədələyən şəxs saxlanılıb. -a istinadən xəbər verir ki, Emin Əfəndini hədələyərək hesabına 100 manat pul ödətmiş Bakı şəhər sakini 199-cu il təvəllüdlü Əli Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində araşdırmala

25.01.2025 247
.

Rusiyada sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq qəza edib

Rusiyanın Xabarovsk diyarında havaya qalxmağa hazırlaşan sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq ətrafdakı ağaclıq əraziyə daxil olub. xəbər verir ki, qəza keçirən təyyarənin görüntülərini "Mash" "Telegram" kanalı dərc edib. Qeyd olunur ki, Nelkan-Xabarovsk reysi ilə uça

25.01.2025 307
.

Çinin dağlıq ərazisində naməlum sivilizasiyanın izləri tapıldı

Çin arxeoloqları tərəfindən Tsinhay-Sintsyan platosunun mərkəzində yerləşən gölün sahilində qədim Neolit ​​dövrünə aid dağlıq yaşayış məskəninin qalıqları aşkar edilib. xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb. Arxeoloqlar qədim Neolit ​​dövrünə aid yaşayış məskəninin qalıqların

25.01.2025 165
.

Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib

2024-cü ilin dekabrın 31-də Sumqayıtda ehtiyatsızlıq nəticəsində yanan 63 yaşlı qadın bu gün xəstəxanada ölüb. BİG.AZ "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin Kottec qəsəbəsində qeydə alınıb. Belə ki, 1962-ci il təvəllüdlü Sahibə Hüseyn qızı Hüseynova evdə manqal qalayarkən ehtiyatsızlı

25.01.2025 244
.

Donald Tramp: "Los-Ancelesə sanki "bomba düşüb"

"Meşə yanğınlarından sonra Los-Ancelesə sanki "bomba düşüb". "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kaliforniyada təbii fəlakət bölgəsinə səfəri zamanı deyib. D.Tramp şəhərin yanğından zərərçəkmiş ərazilərinə baş çəkib və yerl

25.01.2025 135
.

TOP MP3