Qadınlar hansı maşınları sevir? (Fotolar)

Zərif cinsin nümayəndələri əsasən iri həcmli yolsuzluq avtomobillərinə üstünlük verirlər
Son 5 ildə avtomobil alıcıları arasında qadınların sayı xeyli artıb. Daha sərbəst və müstəqil olmağa can atan qadınlar avtomobilə çox meyl edirlər. ANS PRESS bu dəfə "Moto Moto"ya istinadla qadınların hansı yolsuzluq avtomobilini bəyəndiyini öyrənməyə çalışdıq. Respondentlər arasında çoxluğu avtomobili olan qadınlar təşkil edir.

Təəccüblü olsa da, qadınlar əsasən iri həcmli yolsuzluq avtomobillərinə üstünlük verirlər.

1-BMW X5.
Rəyi soruşulan qadınların əksəriyyəti «BMW X5» yolsuzluq avtomobilini seçir. 1999-cu ildə ilk dəfə istehsal edilən avtomobil 2000-ci ildən satışa çıxıb. 3 litr həcmli , 260 at güclü benzin mühərriklə təchiz edilən avtomobil 100 km/saat sürəti 8.3 saniyəyə əldə edir. 4.8 litrlik, 367 at güclü mühərriklə təchiz edilmiş modellər isə 100 km/saat sürəti 6.5 saniyəyə yığır.
Qadınlar hansı maşınları sevir? (Fotolar)2.Toyota Prado.
Avtomobil həvəskarı qadınlar əsasən ağ rəngli «Prado»lara üstünlük verirlər.
İlk model 1987-ci ildə satışa çıxıb. Üç qapılı və beş qapılı modifikasiyalarda istehsal edilən Prado Avropa bazarında «Land Cruiser» kimi tanınır. Buna səbəb isə, bir çox Avropa ölkəsində Prado sözünün geyim markası Prada və saat markası Rado ilə assosasiya yaratmasıdır. Bakıda Toyota Pradonun bir neçə modifikasiyası üstün tutulur.
Qadınlar hansı maşınları sevir? (Fotolar)3. Range Rover Sport
Son bir neçə ildə Bakı küçələrində «Range Rover Sport» avtomobillərinin sükanı arxasında qadın sürücüləri görmək adi hala çevrilib. Avtomobil Britaniyanın «Land Rover» şirkəti tərəfindən ilk dəfə 2005-ci ildə istehsal edilib. 2010-cu ildən satışa çıxan avtomobil əsasən 510 at güclü, 5 litrlik V8 tipli mühərriklə təchiz edilib. 6 pilləli sürət qutusu olan avtomobil 100 km/saat sürəti 6.2 saniyəyə əldə edir.
Qadınlar hansı maşınları sevir? (Fotolar)4. Porsche Cayenne.
Qadınların xoşladığı maşınlar arasında Almaniya istehsalı avtomobillər daha çoxdur. «Porşe» şirkəti tərəfindən 2002-ci ildən istehsal edilən 5 yerlik orta ölçülü idman krossoveridir. Avtomobil Fransa Qvianası paytaxtının şərəfinə «Cayenne» adlandırılıb.
Qadınlar hansı maşınları sevir? (Fotolar)5 Hummer.
Əsasən qırmızı rəngli «Hummer» avtomobili xoşlayan qadınlar bu avtomobilin əslində əvvəllər hərbi məqsədlər üçün istehsal edildiyini bilmirlər.
Hummer avtomobilləri Amerika silahlı qüvvələrinin «HMMWV M998» markalı hərbi maşınının bazasında istehsal edilib. Avtomobil üzərində bir neçə dəyişiklik edən dizaynerlər 1992-ci ildə yeni «H1» modeli istehsal etdilər.
Qadınlar hansı maşınları sevir? (Fotolar)6. Hyundai İX35
Son iki ildə qadınlar arasında ən çox müraciət edilən yolsuzluq avtomobillərindən biridir. Əsasən ağ rəngə üstünlük verilir. İlk dəfə Almaniyada keçirilən beynəlxalq avtomobil sərgisində ictimaiyyətə təqdim edilib. Avropada «Hyundai İx 35» adlanan avtomobil «Hyundai Tucson» yolsuzluq avtomobilinin əvəzinə istehsal edilib.
Qadınlar hansı maşınları sevir? (Fotolar)7. Kia Sportage
Kia Sportage yolsuzluq avtomobilinin yeni modelləri də Bakıda qadın sürücülər arasında populyardır. Əsasən ağ və narıncı rənglər üstünlük təşkil edir. Adıçəkilən avtomobil «Hyundai İx 35» modeli ilə eyni bazada yığılıb. Koreya, Slovakiya və Rusiyada istehsal edilir.
Qadınlar hansı maşınları sevir? (Fotolar)8. Mercedes ML
Alman avtomobili həvəskarı qadınlar daha çox qara rəngli «ML» markasına üstünlük verilir. ML ilk dəfə Şimali Amerika bazarı üçün istehsal edilib. 1999-cu ildən Avropa bazarına 272 at güclü «Mercedes ML» modelləri ixrac olunmağa başladı. 2001-ci ildə modeldə yeniliklər edilərək texnologiyanın son nəaliyyətlərindən istifadə edildi.
Qadınlar hansı maşınları sevir? (Fotolar)9.VW Touareg.
2002-ci ildən istehsal edilən «VW Touareg» modeli Bratislavada yerləşən zavod tərəfindən yığılır. VW tarixində «Volkswagen Tur 82» (Kubelwagen) modelindən sonra ikinci yolsuzluq avtomobili sayılan Touaregin yenilənmiş versiyası 2006-cı ildə keçirilən Paris avtoşousunda təqdim edilib. Yeni model ABS, kruiz idarəetmə kimi yeni sistemlərlə təchiz edilib və 8 pilləli sürət qutusuna sahibdir.
Qadınlar hansı maşınları sevir? (Fotolar)10. Mitsubishi Outlander
Qadınların xoşladığı yolsuzluq avtomobilləri arasında «Mitsubishi Outlander» markası da var. Son illər bu modelə olan tələbat öncəki illərə nisbətən artıb. «Outlander» modeli ilk dəfə 2003-cü ildə istehsal edilib. 2007-ci ildə yenilənib. 2010-cu ildə bir daha yenilənən model 2 və 2.4 litr həcmli, 147 və 170 at güclü mühərriklərlə təklif edilir.
90 faiz qadınlar «Bəlkə avtomobil sürməyi öyrənmək lazımdır» sualını özünə tez-tez verir. Bu qadınlar avtomobili alıb o dəqiqə sükan arxasına keçir. Yalnız 10 faiz qadın «Mən avtomobil sürməyi mütləq öyrənməliyəm» fikrini əsas tutur. Bu səbəbdən də cəmi 10 faiz qadın öz məqsədinə çatır. Bu qadınlar isə, avtomobil sürməyi öyrəndikdən sonra maşın alır.
Qadınlar hansı maşınları sevir? (Fotolar)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 11979   Tarix: 16 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 143
.

Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?

Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin

15:03 210
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 122
.

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"

17.12.2025 402
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 166
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 305
.

Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir

"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk

15:19 148
.

Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq

Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər

12:51 158
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

10:35 208
.

TOP MP3