Magistr səviyyəsinə ərizə qəbulu başlayır!

Magistr səviyyəsinə ərizə qəbulu başlayır!Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan etmişdir. Elanın tam mətni "Magistr" xüsusi buraxılışının 2-ci sayında nəşr edilmişdir.

Nəşrdə aşağıdakı materiallar öz əksini tapmışdır:
2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul elanı;
Magistraturaya ərizə verən bakalavr üçün təlimat, "Bakalavrın elektron ərizəsi"nin doldurulma qaydası və "Bakalavrın elektron ərizəsi" formasının nümunəsi;
Ümumi intellekt səviyyəsini ( məntiqi təfəkkürü), informatika və xarici dili (ingilis dili, alman dili, fransız dili, rus dili, ərəb dili, fars dili) bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri və onların düzgün cavabları.

Qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu
– Bakalavr TQDK-nın mü­va­fiq internet səhifəsi­nə (tqdk.gov.az/erizemag) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur. Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar (ətraflı məlumat tqdk.gov.az/erizemag səhifəsindəki aktual keçid­lərdə verilmişdir).
– Bundan sonra bakalavr tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib "Bakalavrın elektron ərizəsi" formasını təsdiq etdirir. Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən "Elektron imza" sertifikatını əldə etmiş bakalavrlar həmin sertifikatdan istifadə etməklə "Bakalavrın elektron ərizəsi" formasını Sənəd Qəbulu Komissiyasına müraciət etmədən özləri təsdiq edə bilərlər.

Bakalavrlar "Bakalavrın elektron ərizəsi" formasını 2013-cü il fevralın 11-dən 21-dək olan müddətdə doldurur və ərizələrini 2013-cü il fevralın 12-dən 22-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək olan müddətdə təsdiq etdirirlər.

Cari ilin məzunları "Bakalavrın elektron ərizəsi" formasını bitirdikləri ali təhsil müəssisəsində yara­dılmış SQK-da təsdiq etdirirlər.

Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları "Bakalavrın elektron ərizəsi" formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində təsdiq etdirirlər.

Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları "Bakalavrın elektron ərizəsi" formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "Bakalavrın elektron ərizəsi" formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.

"Bakalavrın elektron ərizəsi" formasının təsdiqi üçün TQDK tərəfindən yara­dılmış bütün Sənəd Qəbulu Komissiyalarının siyahısı və tələb olunan sənədlər "Magistr" jurnalının 2-ci sayında dərc olunub.

Bu bölmədə "Bakalavrın elektron ərizəsi" formasının nümunəsi ilə yanaşı, onun doldurulma qaydası da verilmişdir.

Qəbul imtahanı - Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.

Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın birinci mərhələsi 2013-cü il martın 3-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviy­yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq.

Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar. Həmin bakalavrlar "Magistr" jurnalının 2013-cü il 4-cü sayında dərc ediləcək elanda göstərilən müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər ("İxtisas­laş­ma seçimi cədvəli" və qəbul proqramları "Magistr" jurnalının 2013-cü il tarixli 3-cü sayında veriləcəkdir).

­ Test tapşırığı nümunələri - Xüsusi buraxılışda ümumi intellekt səviyyəsi ( məntiqi təfəkkür), informatika və xarici dili (ingilis dili, alman dili, fransız dili, rus dili, ərəb dili və fars dilini) bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim olunur. Magistraturaya qəbul imtahanına hazırlaşan bakalavrlar bu test tapşırıqları vasitəsilə birinci mərhələ üzrə imtahanda onlara təqdim olunacaq sualların modeli ilə yaxından tanış olmaq, həmçinin öz hazırlıq səviyyələrini yoxlamaq imkanı qazanacaqlar.

İlk dəfə olaraq imtahanın birinci mərhələsi üzrə 2013-cü il fevralın 17-də sınaq imtahanları keçiriləcəkdir. Bu gündən sınaq imtahanlarına internet vasitəsi ilə qeydiyyat başlamışdır.

Magistraturaya ərizə vermək istəyən bakalavrlar elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək üçün Azercell və NAR Mobile nömrələrindən 7725 nömrəsinə boş SMS göndərməlidirlər.

Magistraturaya fevralın 17-də keçiriləcək sınaq imtahanına yazılmaq istəyənlər isə Azercell və NAR Mobile nömrələrindən 7735 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq.

Bundan başqa həmin kartları Netmoney və Golden Pay universal ödəmə kartları vasitəsilə ödəniş etməklə də almaq olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4542   Tarix: 06 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914