Kimi varlı, kimi kasıb - bəxtimiz budur?

Kimi varlı, kimi kasıb - bəxtimiz budur?Tale bəzi insanların üzünə gülər, bəzilərinin yanından belə keçməz. Bəzi insanlar var-dövlət içində yaşayarkən, bəzi insanlar kasıblıqla dolanar. Kimi yüksək vəzifələrdə, kimi isə ali təhsilli olduğu halda qul bazarlarında iş gözləyir. Nədir bunun sirri, niyə insanların bəzisi şanslı ikən, bəzilərinin şans üzünə heç gülmür?

Amerikalı psixoloq Riçard Vaysman ömrünün bir hissəsini, demək olar ki, bu suala cavab axtarmaqla keçirib. Psixoloqun məqsədi insanların niyə iki qrupa - şanslı və ya şanssıza bölündüyünü öyrənməkdən ibarət olub. Uzun müddət təcrübələr aparan R.Vaysman belə qərara gəlib ki, insanlar şanslı və ya şanssız olmalarının səbəblərini özləri də bilmirlər. Bu səbəbdən qeyri-iradi edilən hərəkətlər bəziləri üçün şanslı olur, uğur gətirir, bəzilərinə isə uğursuzluq.

Uzun illər davam edən təcrübələrdən sonra psixoloq belə nəticəyə gəlir ki, şanssız insanlar şanslılara nisbətən daha gərgin və narahat olurlar. Elə bu səbəbdən də qarşılarına çıxan fürsətləri görmür, əldən qaçırırlar. Yəni, səbrsiz, narahat, inamsız, həyəcanlı insanlar çox zaman həyatın necə keçdiyini hiss etmir, daim "onsuz da, bəxtim yoxdur", - deyə yaşayırlar. Şanslı insanlar isə əksinə, daha rahat və açıqdılar. Bu səbəbdən də hər şeyi görüb, başa düşüb, istifadə etmək bacarığına malikdirlər.

R.Vaysmanın araşdırmalarına əsasən insanlar üzərində təcrübə keçən psixoloq Zamin Ramilov deyir ki, şanslı insanlar 4 prinsip əsasında şanslı ola bilirlər. Bunun üçün ilk növbədə daxili səslərə qulaq asıb, uğurlu qərar verməyi bacarmaq lazımdır: "Müsbət düşüncə insana uğurun yollarını açır. Çünki müsbət fikirləşən insanlar öz fikirlərini reallaşdıra bilirlər. Elastik davrandıqları üçün pis şansı yaxşı şansa çevirmək bacarığına malikdirlər. Bu səbəbdən insan şanslı olmaq istəyirsə, ilk növbədə həyat qarşısında elastik olmalıdır. Əgər hər hansı pis bir hadisə ilə qarşılaşıbsa, onu yaxşıya çevirməyi bacarmalıdır. Təcrübələr nəticəsində aydın olur ki, insan uzun müddətli şanslı olduğu haqqında düşünüb, özünü inandırmağı bacarsa, mütləq şansın qapıları onun üzünə açılacaq".

Psixoloq məsləhət görür ki, həyatda şanslı olmaq üçün öz daxili səsinizi dinləyin. Çünki daxildən gələn səs ruhun səsidir və doğrudur. Bundan başqa, yeni təcrübələrə açıq olmaq, hər zaman yaşadığınız mühitdən çıxmaq, ətrafınızı dəyişmək sizə şansın yollarını açacaq: "İnsan yatmamışdan öncə hər axşam gün içində yaşadığı yaxşı gedən işləri düşünməli, gözlədiyi hadisələrin uğurlu olacağına özünü inandırmalıdır. Əgər bir telefon zəngini alacaqsınızsa və yaxud önəmli bir insanla görüşəcəksinizsə, fikirlərinizi uğura yönləndirin. Unutmayın, şans insan düşüncəsinin reallaşmasıdır".

Əgər hər bir işdə müvəffəqiyyətli olmuş insanlar şanslı olduqlarını boynuna almırlarsa, onlar yalnız özlərini aldadırlar. Şans şanslı olduğunuza inanmaqdır. Həyatda da hər şey şansa bağlıdır.

Həmsöhbətimizin fikrincə, şans hazırlıqlı olan bir insanın fürsətlə qarşılaşmasıdır. Əsas olan isə insana bağlıdır. Çünki insan şansı özünə özü yaradır.

Şans üzərində çalışan Vaysmanın fikrincə, şanslı olmaq üçün 4 qanun var. Təsadüflərlə bağlı fürsətləri artırmaq, daxili səsi dinləmək, gələcəyin yaxşı olacağını düşünmək, pis şansı yaxşıya çevirmək. Professor hesab edir ki, şanslı insan gələcəklə bağlı xəyalları reallaşdırıb xəyallarını məqsədə çevirə bilir. Çünki o müvəffəqiyyət ehtimalının az olacağını bilə-bilə məqsədinə çatmaq üçün səy göstərir və müvəffəqiyyətsizliyə müqavimət göstərir. Belə insanlar pis şansın yaxşı tərəflərini görməyi bacarırlar. Şanlı insanlar başlarına gələn bədbəxt hadisələrin mütləq yaxşı nəticələnəcəyinə əmin olan insanlardır. Şans insanla anadangəlmə doğulmur, bunu insan özü yaradır.

Əgər şanslı olmaq, daim işlərinizin uğurlu getməsini istəyirsinizsə, geri addım atmayın. Nə olursa olsun, şanslı olduğunuzu düşünün. Bu, sizə uğur gətirəcək, işləriniz qaydasına düşəcək və siz də şanslı insanlar sırasında olacaqsınız.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2502   Tarix: 10 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925