Bakı metrosundakı yeni qatarların qapıları əyildi

Bakı metrosundakı yeni qatarların qapıları əyildiQatarlar sərnişin sıxlığından "üzüağ" çıxa bilmədi.

Son günlər Bakı Metropolitenində qatarların hərəkətində yubanmalar müşahidə olunur. Yubanmalar əsasən də sərnişinlərin gur olduğu vaxtlarda baş verir. Bu da isə sonda sərnişin sıxlığı ilə nəticələnir. Elə bu səbəbdən də, saat 09:00-dan saat 13:00-a qədər, eləcə də, 18:50-dən saat 21:00-a qədər metronun "20 yanvar", "Elmlər Akademiyası", "28 may", "Xalqlar Dostluğu", "Neftçilər" metrostansiyalarında qatarlara minmək insana əsl fəlakət kimi görünür. Həmin saatlarda "Dərnəgül"-"Həzi Aslanov" istiqamətində əksər stansiyalarda qaratlarda basabas olur. Vəziyyət o yerə çatır ki, nəzarətçilər, polislər sərnişinləri qatarlara itəliyib salır. Qatarlarda gedərkən isə nəfəs almaq mümkün olmur.

Bəzən isə "Həzi Aslanov" stansiyasında qatara minərkən xəttin "Dərnəgül" stansiyası istiqamətinə getdiyi yazılır. Lakin sonradan həmin istiqamət yarıyolda dəyişdirilir.

Maraqlısı odur ki, bu acınacaqlı vəziyyət getdikcə pisləşir. Bu halın həlli istiqamətində isə heç bir tədbirlər görülmür. Bu fikrə Bakı Metropolitenin Hərəkət xidmətinin rəisi Hidayət Məmmədovun açıqlamasını nəzərdən keçirtdikdən sonra gəlmək olar. Çünki metropoliten rəsmisinin sözlərinə görə, hazırda metrodada heç bir sərnişin sıxlığı müşahidə olunmur.

"Əksinə metroda sərnişin azalması müşahidə olunur. Sərnişinlər tam rahat şəkildə metrodan istifadə edirlər. Heç bir basabasdan söhbət belə gedə bilməz", - deyən H.Məmmədov görünür ya qatarlara xüsusi mühafizə altında minir, ya da, sərnişinlərin sıx olduğu vaxtlarda metroda olmur.

Metroda qatarlar arasında intervala gəlincə, H.Məmmədov bunun müəyyən vaxtlar ərzində dəyişdiyini deyir. PİK saatlarında qatarlar arasında interval 2 dəqiqə, sonra isə 3-5 dəqiqə olur. Axşamlar, sərnişinlərin çox az olduğu bir vaxtda isə interval hətta 8-10 dəqiqə olur.

Hidayət Məmmədov Bakı Metropolitenində mövcud problemlərlə əlaqədar digər suallarımıza cavab verməkdən imtina etdi.

Qurumun mətbuat xidmətindən bildirdilər ki, Bakı Metropolitenində sərnişin sıxlığının qarşısını almaq məqsədilə atılan addımlardan biri, yeni vaqonların gətirilməsi də işə yaramayıb.

Sınaq üçün xəttə buraxılan 5 vaqonun aqibəti də acınacaqlı olub. Az bir müddət istismardan sonra yeni vaqonların qapıları əyilib. Qeyd edək ki, ümumiyyətlə 1 milyon 500 min insanın istifadəsi üçün nəzərdə tutulan Bakı Metropoliteni indi 4 milyondan çox əhaliyə xidmət göstərir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7756   Tarix: 29 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21.04.2024 563
.

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Azərbaycanın bəzi rayonlarında olan kənd adları insanlarda maraq doğurur. Onlardan bəziləri insanlarda gülüş doğurur, bəzi toponimlərin adı isə başa düşülmür. Onlara misal olaraq İnəkboğan, Mırtı, Potu, Tövlə, Ətyeməzli, Soğanverdilər, Qızqayıtdı kimi kəndlərin adını çəkmək olar. Daha ətraflı Xəzər TV-ni

28.04.2024 408
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 396
.

Bakıda ilanların sayı artıb? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə ilanların çoxalması iddiası ilə bağlı videolara rast gəlinir. Sosial şəbəkədə paylaşılan və paytaxtda çəkilən videoların birində avtomobilin yan şüşəsindən ilanın sallandığı görünür. Videonu lentə alan şəxs avtomobillə Zirədən Yasamala gəldiyini və mənzil başına çatand

27.04.2024 389
.

Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq?

Alla Puqaçovanın qəsrini aldığını iddia edən rusiyalı Stas Bareski burada xarici agentlər siyahısına daxil edilən sənət adamları, artistlər üçün özəl həbsxana açmaq qərarına gəlib. O, bu planları barədə -ya müsahibəsində deyib. "Mən qəsrdə meyitxana (morq) ideyasından əl çəkməmişəm. Sadəcə istərdi

27.04.2024 412
.

Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO

Siyəzən sakini Cavid Yəhyayev tullantılardan sənət əsərləri hazırlayır. 2012-ci ildən bu işlə məşğul olan sənətkar istifadə etdiyi metalları adətən avtomobil təmiri sexlərindən, eləcə də metal qəbulu məntəqələrindən topladığını deyir:. "Əvvəllər avtomobil təkərlərindən fiqurlar hazırlayırdım. Artı

16:10 119
.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21.04.2024 806
.

14 yaşlı qızını 100 minə satan ailə canlı yayımda SAXLANILDI - FOTO

Türkiyənin ATV- kanalında yayımlanan "Esra Erol" verilişində azyaşlı gəlin qalmaqalı üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqrama 14 yaşlı qızlarını axtarmağa çıxan ailə qızın əmisi oğlu Cuma tərəfindən qaçırıldığını iddia ediblər. Lakin itkin düşdüyü üçün axtarışda ola

27.04.2024 459
.

II Albert ailəsi ilə bağlı şayiələrə son qoydu

Monako şahzadəsi II Albert və şahzadə Şarlin doqquz yaşlı əkizlər Jak və Qabriella ilə birlikdə Hamburqda "Monako dünyası" sərgisinin açılışında iştirak ediblər. Axşam.az xəbər verir ki, monarxların gəlişi Almaniyanın ən məşhur turistik yerlərindən biri olan Miniatür Möcüzələr ölkəsi muzeyind

27.04.2024 285