Azərbaycanlı Məmmədov Ermənistanda oynamaq üçün Aslanyan oldu

Azərbaycanlı Məmmədov Ermənistanda oynamaq üçün Aslanyan olduAzərbaycanlı Məmmədov Ermənistanda oynamaq üçün Aslanyan oldu

Hollandiyanın "Emmen" futbol klubunun yarımmüdafiəçisi Norayr Məmmədov Ermənistan yığmasında çıxış etmək üçün öz soyadını dəyişib. Azerisport.com xəbər verir ki, uzun müddətdir ki, Hollandiyada yaşayan azərbaycanlı və erməninin oğlu Ermənistan Futbol Federasiyasından dəvət aldıqdan sonra bu addımı atıb.

"Mən Ermənistan milli yığmasından dəvət aldım. Ermənistanın yığmasında iştirak etmək mənim arzumdur" – deyə, o bildirib.

Məmmədov Azərbaycanla sərhəddə yerləşən Qaraunc kəndində dünyaya gəlib. 80-ci illərin sonunda bu kəndin əhalisinin əksəriyyətini məhz azərbaycanlılar təşkil etsə də, Qarabağ müharibəsinin başlamasından sonra onlar buradan deportasiya ediliblər. Məmmədovların ailəsi isə Hollandiyaya "deportasiya" olunub.

"Bəli, mən dəvət aldım. Sənədlərlə bağlı bütün məsələlər artıq həllini tapıb. Fevralın 3-də Fransaya yola düşəcəm və burada Ermənistan yığmasının futbolçularına qatılacam. Aslanyan soyadını ona görə seçdim ki, bu mənim həyat yoldaşımın soyadıdır. O, Avropada yaşayan ermənidir. Burada tanış olmuşuq" – deyə, Məmmədov bildirib.

Qeyd edək ki, artıq Ermənistan yığmasına başqa Azərbaycan köklü futbolçu – Araz Özbiliz dəvət alıb. Ermənistan komandasının hücumunda isə Bakıda doğulmuş Yura Movsisyan oynayır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 5125   Tarix: 24 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiyalı dünya çempionu vəfat edib

Şosse velosipedi üzrə dünya çempionu Natalya Melyoxina vəfat edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Velosiped İdmanı Federasiyası məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. Natalya Melyoxina 1989-cu ildə komanda yarışında dünya çempionu olub. O, həmçini

30.03.2024 347
.

Mourinyo: "65 yaşıma qədər işləmək istəyirəm"

"Çelsi", "Portu", "Real Madrid", "İnter", "Roma" kimi klubları çalışdırmış Joze Mourinyo yeni açıqlama ilə diqqət mərkəzinə gəlib. 61 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirmək fikrində olmadığını vurğulayıb. "Mənim hazırda 61 yaşım var və 6

23.04.2024 306
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 347
.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21.04.2024 291
.

Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yaxşı nəticəni əldə edib. "Report"un məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb

00:54 283
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 339
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 440
.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

07.04.2024 333
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21.04.2024 252