Dünyanın ən varlı klubları

Dünyanın ən varlı klublarıDünyanın ən bahalı klublarının yeni siyahısı açıqlanıb. Fanat.az xəbər verir ki, "Real" və "Barselona" növbəti dəfə siyahının zirvəsində qərarlaşıb.

İllik gəliri 512,6 milyon avro olan "Real" ardıcıl 8-ci dəfə dünyanın ən varlı klubu olub. "Real"ı 483 milyon avro ilə "Barselona" izləyir. Yeri gəlmişkən, bu iki ispan nəhəngindən başqa illik gəliri 400 milyondan çox olan klub yoxdu.

Hesabalamaları aparan "Deloitte" rəsmilərindən Dan Yones "Real"ın fantastik bir göstəriciyə imza atdığını bildirib: "Real" bir ildə 500 milyon avrodan artıq gəlir əldə etməklə diqqəti çəkdi. İspaniya klubu fantastik bir göstəriciyə imza atdı".

Hər sahədə olduğu kimi "Real"la burda da rəqabət aparan "Barselona" gəlirləri ilə "Kral Klubu"na çata bilməməsə də, 2011-ci ilə nisbətən irəliyə doğu addım atıb. Bir il əvvəlki hesablamalara əsasən 7 faiz artıma nail olan Kataloniya klubu büdcəsinə 32,3 milyon avro artıq vəsait daxil edə bilib.

Çempionlar Liqasının ötən mövsümündə qrupdan çıxa bilməyən "Mançester Yunayted" məhz bu səbəbdən ötən il "Real" və "Barselona"ya mane ola bilməyib. İngiltərə klubu ili 395,9 milyon gəlirlə başa vuraraq, ən varlı klublar siyahısında 3-cü olub.

Ardıcıl beşinci ildə "zəngilər"in siyahısının ilk altılığı dəyişməz qalıb. Belə ki, "Real", "Barselona", "Mançester Yunayted"lə yanaşı, "Bavariya", "Çelsi" və "Arsenal" ilk altılıq "sakinləridi". Dan Yones bu durumu belə izah edib: "İlk altılığın dəyişməz qalması bu klubların böyük azarkeş kütləsinə və güclü gəlir mənbələrinə sahib olmasıdı. Onlar həm də daxiili və xarici bazarda effektli iş qururlar".

İlk 20-likdə yalnız Avropanın "Böyük beşlik" adlanan çempionatlarının (İngiltərə, İspaniya, İtaliya, Fransa, Almaniya) təmsilçiləri yer alıb. İngiltərə Premyer Liqasından 7, İtaliya A Seriyasından 5, Almaniya Bundesliqasından 4, İspaniya La Liqası və Fransa Liqa 1-dən isə 2 komanda 20-liyə düşə bilib.

"Deloitte"nin başqa bir rəsmisi Mark Roberts mövcud siyahını belə dəyərləndirib: "İspaniyada zirvədəki iki komanda ilə digərləri arasındakı uçurum ilgincliyini qoruyur. "İspanya’da zirvedeki iki takımla diğerleri arasındaki uçurum hep ilginçtir. Maliyyə baxımından bu durumun sabitləşdirilməsi üçün daha ədalətli bir "hovuz sistemi" formalaşdırmaqdı. Ancaq bu şəkildə rəqabət arta bilər".

İlk 10-luq "Böyük beşlik"in 4 ölkəsindən formalaşıb – İspaniya, İngiltərə, Almaniya və İtaliya. Fransanın 20-likdəki təmsilçiləri – "Marsel" və "Lion" 16-17-ci yerləri tutur.

7-ci yerdəki "Mançester Siti", 11-ci "Borussiya" (Dortmund) və 15-ci "Napoli" bu mövsüm ən böyük sıçrayışa nail olan komandalardı. Bu üç klub siyahıda 5 pillə birdən irəliləyib.

"Deloitte" rəsmilərindən Austin Houlihan "Mançester Siti"nin irəliləyişini belə izah edib: "Siti"nin Premyer Liqa çempionluğunu qazanması ilə birlikdə Çempionlar Liqasında mübarizə etməsi gəlirlərinin 285.6 milyon avroya qalxmasına səbəb oldu".

Qeyd etdiyimiz kimi İngiltərə Premyer Liqası siyahıda ən çox klubla təmsil olunan çempionatdı və bu durumun yaxın zamanlarla dəyişməsi gözlənilmir. Mark Roberts bununla bağlı bunları deyib: "Premyer Liqada ilk 20-likdə ən çox təmsilçisi olan turnirdi. Yeni yayım anlaşmasına əsasən klublar 20-30 milyon əlavə gəlir əldə edəcək. Bu isə gələcəkdə siyahıya daha çox ingilis klubunun düşməsinə şərait yaradır. Bu günə qədər ən yaxşı halda siyahıda 8 klubla təmsil olunublar, amma qarşıdakı illərdə bu say arta bilər".

İtaliyanın gələcəyi ilə bağlı isə ümidverici fikirlər səsləndilirmir. Mark Roberts infrastruktunu futbolun məşhurluğu ilə ayaqlaşmadığı İtaliyada yetərli addımların atılmadığını bildirib: "İtalyan klubların maliyyə böhranında olmasının səbəblərindən biri də matç günü gəlirlərinin azlığına bağlıdı. "Yuventus" yeni stadionundan faydalandı və bilet gəlirlərini 20 milyon artırdı. Milan və Roma klubları üçün isə stadionlar yetərli deyil. Digər ölkələrin komandaları ilə matç günü gəlirləri baxımından rəqabət apara bilmirlər. İtaliya yayım haqqlarını kollektiv şəkildə satmaqla önəmli bir addım atdı. Amma bu yetərli deyil".

20 komandanın bir ildə əldə etdiyi ümumi gəlir öncəki ilə nisbətən 10 faiz artıb və 4,8 milyard avroya bərabər olub. Dan Yones bununla bağlı bunları deyir: "20 klubun ümumi gəliri 1996-1997 mövsümündən bəri 4 dəfə artıb. Bu 20 komandadan 8-i bu il enişə keçsə də, bunun səbəbi Avropa arenalarındakı uğursuz çıxışlarıdı".
Türkiyədən ilk 20-liyə ən çox yaxınlaşan komanda "Qalatasaray" olub. 95,1 milyon avro illik gəlir əldə edən "Cim-Bom" 30-cu sırada qərarlaşıb.

Dünyanın ən varlı klubları


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 8012   Tarix: 24 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769