Renault modellərinə sərfəli şərtlər təqdim edir (fotolar)

Dünyanın ən aparıcı avtomobil istehsalçısı və Formula-1 yarışlarının ən sürətli bolidinin mühərrik təchizatçısı olan Renault brendinin dünyaca məşhur modellərini indi daha əlverişli şərtlərlə Renault Azərbaycanın Satış Mərkəzindən əldə etmək mümkündür. Belə ki, brendin uğurunu təmin edən ən yaxşı xüsusiyyətləri özündə cəmləşdirən, yüksək keyfiyyət və etibarlılığı ilə fərqlənən funksional sedan Renault Logan və etibarlı və möhkəmliyi ilə emosionallıq və səmərəyə üstünlük verənlərin etimadını qazanmış ailə hetçbeki Renault Sandero avtomobillərini əldə etmək üçün bank və sığorta xərci daxil olmaqla cəmi 1950 manat ilkin ödəniş kifayət edir.

Renault Logan etibarlılıq və yüksək təhlükəsizlik səviyyəsini əks etdirən, müasir bir sedandır. Avtomobil ABS və EBD sistemləri ilə təchiz olunub. Loganın bütün komplektasiyaları təhlükəsizlik yastıqları ilə təmin edilib. Hündürlüyə görə nizamlanan sükan sürücü komfortunun səviyyəsinin artırılmasına imkan yaradır.

Loganin 1,6 litrlik mühərriki 103 at gücü istehsal edir. Avtomobil həm avtomotik həm də mexaniki sürət qutusu ilə müştərilərə təklif olunur.

Renault Logan fransız nişanına xas olan yüksək səviyyəli keyfiyyət, təhlükəsizlik və etibarlılığı ilə seçilən ailəvi sedandır. Bu avtomobil istehlakçılara mükəmməl qiymət/texniki təchizat nisbəti, son dərəcə həcmli salon və baqaj bölümü təklif edir. Avtomobilin kuzovu müasir təhlükəsizlik tələblərinə uyğundur və korroziyaya qarşı sarsılmaz xüsusiyyətlərə malikdir.

Renault Sandero günümüzdə müasir avtomobillərə olan başlıca tələblərə tam cavab verir. Əlverişli qiymətə geniş və etibarlı hetçbek axtaran, gənc və fəal insanlar üçün ideal avtomobildir. Sandero dinamiklik və etibarlılıq əks etdirən cazibədar görkəmli müasir hetçbekdir. Gözəl təsir bağışlayan fənərlər, radiator barmaqlığı və ön bamper kuzov dizaynı ilə harmoniya təşkil edir. Yan xətlər "yüksələn dalğa" yaradaraq bütövlülük təəssüratı yaradır. Avtomobilin interyeri də müasirdir. Yeni cihaz paneli xırdalıqlara qədər düşünülüb. Sanderonun asqı sisteminin xüsusiyyətləri elə seçilib ki, idarəetmənin sərrast və düz olmadığı yol səthində rahat yerə yapışmanı təmin etsin. Sandero hündür klirensə (155 mm) və kuzovun müdafiə örtüyünə malikdir. Bu müxtəlif örtüklü yollarda, həm şəhərdə, həm şəhər kənarında rahat hərəkəti təmin edir. Sandero-nun konstruksiyası etibarlı və möhkəmdir. Elektrik sistemin etibarlılığı və elektron cihazların işlənməsinə böyük önəm verilib. Renault Azərbaycan bütün modellərinə 3 il və ya 100.000 km zəmanət verir.

Renault modellərinə sərfəli şərtlər təqdim edir (fotolar)Renault modellərinə sərfəli şərtlər təqdim edir (fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1491   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304