Küçə həyatına məhkum uşaqlar

Küçə həyatına məhkum uşaqlarKüçə uşaqlarının ailə vəziyyəti barədə məlumatların təhlili sübut edir ki, məhz ailə problemləri küçə uşaqlarının yaranmasına şərait yaradır. Bundan əlavə, valideynlərin işsizliyi, digər maliyyə problemləri də uşaqların qayğıdan kənarda qalmasına, ailələrinə dəstək məqsədi ilə işləmələrinə və dilənmələrinə səbəb olur.

Dövlət Statistika Komitəsi küçə həyatına məhkum uşaqlarla bağlı maraqlı araşdırma aparıb və bu mövzuda sorğu keçirib. Belə bir araşdırmanın aparılmasında məqsəd küçə uşaqlarının qarşılaşdıqları problemlər, onların küçədə işləmələrinin səbəbləri, məşğul olduqları əmək növləri, eləcə də məruz qaldıqları təhlükələr barədə ətraflı məlumat əldə etməkdir. Araşdırmaların nəticəsi göstərir ki, uşaqların küçə həyatına məhkum olma səbəblərindən biri də onların ailələrində yaranan maliyyə problemidir. Statistikanın nəticələrinə görə, hər iki valideyni olan 126 uşağın cəmi 9 faizinin həm atası, həm də anası işləyir. Valideynlərinin biri və ya hər ikisi olan uşaqların 75 faizinin təkcə anası və ya atası işləyir, hər beş uşaqdan birinin heç bir valideyni işləmir. Sorğuya cəlb olunan hər 2 uşaqdan birinin ailəsi öz yaşayış yerini 1988-ci ildən, yəni Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı dövrdən sonra dəyişib ki, bu da ölkədə küçə həyatına məhkum uşaqların formalaşmasına təsir edən amillərdən biridir.

Küçə həyatına məhkum uşaqlarla aparılan söhbətlərdən belə bir nəticəyə gəlmək olar ki, onlar belə yaşamaq istəmirlər. Oğlanların böyük hissəsi hərbçi, peşəkar idmançı olmaq, texnika (cihazlarla, maşınlarla, kompyuterlərlə) və ya insanlarla işləmək (müəllim, satıcı olmaq) istədiklərini bildirib. Hər üç oğlandan biri və hər beş qızdan biri gələcəkdə istədiklərinə nail olacağına inanır. Eyni zamanda hər dörd oğlandan və dörd qızdan biri arzularının həyata keçəcəyinə inanmadığını söyləyib.

Küçə uşaqları küçələri tərk etmək istəyirlər

Araşdırmaların nəticəsi göstərir ki, küçə uşaqlarının mövcudluğunun səbəblərindən biri də onların ailələrində yaranan maliyyə problemidir. Statistikanın nəticələrinə görə, hər iki valideyni olan 126 uşağın cəmi 9 faizinin həm atası, həm də anası işləyir. Valideynlərinin biri və ya hər ikisi olan uşaqların 75 faizinin təkcə anası və ya atası işləyir, hər beş uşaqdan birinin heç bir valideyni işləmir. Uşaqların 40 faizinin ailəsi Bakı şəhərindən kənarda yaşayır.

Küçə uşaqları mövzusu hamımızın yaralı yerimizdir. Hər halda, onların heç biri bu həyatı könüllü seçməyib. Axtarsanız, araşdırsanız, hər birinin öz faciəli həyat dramı var. Etiraf edək ki, son illər dövlətimiz bu sahəyə xüsusi diqqət göstərir. Yəqin elə bunun nəticəsidir ki, daha əvvəlki kimi kütləvi şəkildə küçə uşaqları küçələrdə, tində-bucaqda əl-ayağımıza dolaşmırlar. Onların təhsilə cəlb olunmaları, internat müəssisələrinə yerləşdirilmələri diqqət mərkəzindədir. Yaxın gələcəkdə bu işlərin əhatə dairəsinin daha da genişlənəcəyini və onların cəmiyyətdən təcrid olunmalarının qarşısının tam alınacağını düşünmək olar. Dövlət Statistika Komitəsi küçə uşaqları ilə bağlı maraqlı araşdırma aparıb və bu mövzuda sorğu keçirib. Belə bir araşdırmanın aparılmasında məqsəd küçə uşaqlarının qarşılaşdıqları problemlər, onların küçədə işləmələrinin səbəbləri, məşğul olduqları əmək növləri, eləcə də məruz qaldıqları təhlükələr barədə ətraflı məlumat əldə etməkdir. Sorğuya cəlb olunanların təxminən yarısı 15-17 yaşlı uşaqlardır. Məlum olub ki, bu təbəqəyə daxil olan uşaqların təxminən yarısının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi yoxdur. Hər on uşaqdan biri bu sənədlərə malik olmadığını, 40 faizi isə, ümumiyyətlə, onların mövcudluğu barədə heç nə bilmədiyini söyləyib. Araşdırmanın nəticələrinə görə, sorğuda iştirak edənlərin yarıdan bir qədər çoxu Bakı şəhərinə digər şəhər və rayonlardan, ya da xarici ölkələrdən gəlib. Bakı şəhərinin sakini olmayan küçə uşaqlarının hər beş nəfərindən biri paytaxtda 2-3 il, hər iki nəfərindən biri 4-7 il, hər dörd nəfərindən biri isə 7 ildən artıq yaşadığını bildirib.

Sorğu keçirilən dövrdə uşaqların 35 faizi məktəbdə təhsil aldığını və hər gün məktəbə getdiyini bildirib. Uşaqların 19 faizi və ya hər 7 oğlandan biri və hər 3 qızdan biri məktəbə getmədiyini söyləyib.

Küçə uşaqlarının ailə vəziyyəti barədə məlumatların təhlili sübut edir ki, məhz ailə problemləri küçə uşaqlarının yaranmasına şərait yaradır. Sorğuya cəlb edilən uşaqların 94 faizi ailəsinin olduğunu söyləyib. Bununla belə, uşaqların 61 faizinin hər iki valideyni, təxminən üçdə birinin natamam ailəsi, yəni təkcə anası və ya atası, digərlərinin isə yalnız yaxın qohumları olub.

Valideyni işləməyən uşaqlar...

Araşdırmaların nəticəsi göstərir ki, küçə uşaqlarının mövcudluğunun səbəblərindən biri də onların ailələrində yaranan maliyyə problemidir. Statistikanın nəticələrinə görə, hər iki valideyni olan 126 uşağın cəmi 9 faizinin həm atası, həm də anası işləyir. Valideynlərinin biri və ya hər ikisi olan uşaqların 75 faizinin təkcə anası və ya atası işləyir, hər beş uşaqdan birinin heç bir valideyni işləmir. Uşaqların 40 faizinin ailəsi Bakı şəhərindən kənarda yaşayır. Hər üç oğlandan birinin və qızların 70 faizinin ailəsi ölkənin regionlarında, əsasən də Yevlax, Bərdə, Ağdaş və Ağsu rayonlarında yaşayır. Sorğuya cəlb olunan hər 2 uşaqdan birinin ailəsi öz yaşayış yerini 1988-ci ildən, yəni Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı dövrdən sonra dəyişib ki, bu da ölkədə küçə uşaqlarının formalaşmasına təsir edən amillərdən biridir.

Küçə uşaqlarının 52 faizi öz ailələri ilə birgə qalır və ya onlarla əlaqəni kəsməyiblər. Uşaqların 39 faizi qohumlarının və 8 faizi dostlarının yanında yaşayır.

Küçə uşaqlarının gecələdikləri ünvanlar

Sorğuda iştirak edən uşaqların 57 faizi ailələri və ya qohumları ilə birgə kirayədə yaşayır. Bununla belə, oğlan və qızların yaşayış şəraiti bir-birindən xeyli fərqlənir. Qızların 75 faizi, oğlanların isə 53 faizi kirayədə, müvafiq olaraq, 7 və 36 faizi ayrıca evlərdə (mənzillərdə), 16 və 7 faizi yataqxanalarda məskunlaşıb.

Ailələri olan küçə uşaqlarının böyük əksəriyyəti valideynlərinin və ya qohumlarının yanında yaşamağa üstünlük verir. Belə ki, ailəsi olan küçə uşaqlarının 85 faizi, o cümlədən qızların 93 faizi, oğlanların isə 83 faizi həmişə öz ailəsinin və ya qohumlarının yanında gecələdiyini bildirib.

Mövsümi və ya daimi olaraq evindən kənarda yaşayan uşaqların hər dörd nəfərindən üçü bunu pul qazanıb ailələrinə kömək etmək üçün etdiyini bildirib. Sorğuda iştirak edən küçə uşaqlarının 80 faizi öz ailələrinin və ya qohumlarının yanında, 14 faizi fəaliyyəti dayandırılmış zavod və fabriklərin binalarında və ya tanışlarının yanında, 6 faizi isə mənzillərin zirzəmilərində, çardaqlarında və istifadədə olunmayan köhnə evlərdə gecələdiklərini söyləyiblər. Qış aylarında küçə uşaqları daha çox öz ailələri, qohumları və ya tanışları ilə birgə yaşamağa çalışırlar.

Ailə üzvləri tərəfindən işləməyə məcbur edilənlər

Məlum olub ki, sorğuya cəlb olunan bütün küçə uşaqlarının gəlir mənbəyi var. Şüşə qabları və metal tullantıları yığıb təhvil verməyi və dilənməyi əmək fəaliyyətinin bir növü hesab etsək, o zaman sorğu olunan bütün küçə uşaqlarını işləyənlər kateqoriyasına aid etmək olar. Küçələrdəki uşaqların yarısı maşın yumaq (25 faiz) və dilənmək (25 faiz) yolu ilə pul qazanır.

Uşaqlar bir qayda olaraq, 10-11 yaşlarında küçədə işləməyə başlayırlar. Oğlan uşaqları qızlara nisbətən daha erkən yaşlardan işləməyə başlayıblar. Oğlanlar əsasən 10 yaşından, qızların isə 11 yaşından əmək fəaliyyətinə başladıqlarını bildiriblər.

Uşaqların əksəriyyəti öz ailələrinə maliyyə cəhətdən kömək göstərmək üçün işlədiyini qeyd edib. Lakin onların arasında ailə üzvləri tərəfindən işləməyə məcbur edilənlər də var.

Əksər hallarda uşaqlar yerinə yetirdikləri işləri özləri tapıb. Lakin təxminən hər dörd uşaqdan biri valideynlərinin, hər on uşaqdan biri isə yaşca böyük olan qohumlarının və ailə tanışlarının köməyi ilə işlə təmin olunublar. Oğlan və eləcə də qızların hər beş nəfərindən dördü hər gün orta hesabla 3-5 manat pul qazandığını qeyd edib. Oğlanların 3 faizində, qızların isə 12 faizində gündəlik gəlir 1-2 manat, müvafiq olaraq, 15 və 9 faizində 6-10 manat təşkil edib.

Küçə uşaqlarının həyat tərzi onların sağlamlığına təsir edir.

Oğlanların cəmi 3 faizi tamamilə sağlam olduğunu, qızların isə heç biri özünü tam sağlam hesab etmədiyini bildirib. Hər on uşaqdan doqquzu İnsanın İmmunçatışmazlıq Virusu (İİV), Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) və cinsi yolla keçən xəstəliklər barədə məlumatlara malik olmadığını bildirib. Qızların yarıdan çoxu, oğlanların isə üçdə iki hissəsi lazımi səviyyədə qidalanmadığını qeyd edib.

Uşaqların üçdə bir hissəsindən çoxu qazandığı pulları hədə-qorxu altında heç kimə vermədiyini, hər səkkiz nəfərdən biri isə valideynlərinə və ya qohumlarına verdiyini bildirib.

Onlar küçələri tərk etmək istəyirlər

Küçə uşaqları ilə aparılan söhbətlərdən belə bir nəticəyə gəlmək olar ki, onlar yaşamaq və oxumaq üçün əlverişli şərait təklif olunarsa, küçə həyatından və işindən imtina edəcəklərini və küçələri tərk etmək istədiklərini bildiriblər. Oğlanların 69 və qızların 61 faizi təhsil və ya təcrübə vasitəsilə hər hansı bir peşə növünü öyrənmək istədiyini bildirib.

Oğlanların böyük hissəsi hərbçi, peşəkar idmançı olmaq, texnika (cihazlarla, maşınlarla, kompyuterlərlə) və ya insanlarla işləmək (müəllim, satıcı olmaq) istədiklərini bildirib. Hər beş qızdan ikisi müəllim və ya satıcı olmaq, hər beş qızdan biri isə yaradıcılıqla məşğul olmaq (rəssam, musiqiçi, jurnalist olmaq) istədiyini qeyd edib.

Hər üç oğlandan biri və hər beş qızdan biri gələcəkdə istədiklərinə nail olacağına inanır. Eyni zamanda hər dörd oğlandan və dörd qızdan biri arzularının həyata keçəcəyinə inanmadığını söyləyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3202   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001