Röyanın "ölmüş" dostu danışdı

Röyanın "ölmüş" dostu danışdı"Bir jurnalist necə də insanın ölümünü həvəslə yazarmış. Bizim jurnalistlər insan həyatını sıfır sayır."

Bu sözlər 11 gün əvvəl ölüm xəbəri yayılan gənc iş adamı Azad İsayevə məxsusdur.

12.01.2013 tarixində yerli mətbuatda müğənni Röyanın məşhur "Son görüş" mahnısının sözlərinin müəllifi, iş adamı, hazırda Türkiyənin İstanbul şəhərində yaşayan Azad İsayevin ağır yol qəzasın nəticəsində öldüyü xəbərləri yer aldı.

Məlumata görə, A.İsayev 11 yanvarda axşam saatlarında şəxsi avtomobilini idarə edərkən qəza törədib və ağır bədən xəsarətləriylə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, iş adamı həyatını itirib. Düzdür, iş adamının ölümü öz təsdiqini tapmasa da, qarşı tərəfdən heç bir açıqlama gəlmədi.

Səsi-sorağı çıxmayan Azad İsayev baş verənlərə öz "Twitter" səhifəsində reaksiya verdi. Söz yazarı bu ifadələrlə öz etirazını bildirib: "Bir jurnalist necə də insanın ölümünü həvəslə yazarmış. Bizim jurnalistlər insan həyatını sıfır sayır. Bir insanın ölümünü necə qələmə almaq olar? Bax bunu anlamıram. Amma yenə də... "

Bir tərəfdən də Azad İsayevin, "Bu gün həyata yenidən gəldim. Şükürlər olsun yaradana." twitləri onun həqiqətən də avtomobil qəzası keçirdiyindən xəbər verirdi. Kiçik araşdırmamız nəticəsində bəlli oldu ki, Azərbaycan mətbuatı populyar nəğməkar-şairin ölüm xəbərlərini yazdığı zaman, o, keçirdiyi ağır avtomobil qəzasından sonra bir neçə gün İstanbul xəstəxalanarının birində koma vəziyyətində idi. Qəzanın baş verməsinə səbəb həmin ərəfədə İstanbulda güclü qar yağması olub.

Azad İsayev hazırda özünü yaxşı hiss etdiyini deyib və barəsində gəzən şayiələrə inanmamağımızı tövsiyə edib. "Bəzi jurnalistlər ölüm xəbərini yazar, amma sağlamlıq xəbərini yazmaqda maraqlı olmurlar", -deyə öz təəssüfünü bildirdi.

Xatırladaq ki, Azad İsayev 2012-ci ilin iyul ayından Azərbaycanı birdəfəlik tərk etmişdi. Populyar mahnıların söz müəllifi ailəsi ilə birlikdə İstanbulda yaşayırdı. Azərbaycanda olduğu kimi, İstanbulda da beynəlxalq yükdaşımalar şirkətində direktor vəzifəsində işləyib.

Vaxtilə Röya ilə möhkəm dostluq münasibətlərində olan iş adamı, Elnurun "Səni xatırladır", Şeron qrupunun "Sevmirəm daha", Zamiqin "Sonunu bilə-bilə", Elçin Şirinin "Sən demə", Röyanın "Sevgiyə bax", "Son görüş" ,"Ağla" və digər mahnıların müəllifi olub.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8829   Tarix: 24 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580