Zənci qadınla qucaqlaşıb öpüşdüm (Fotolar)

Sizi çox nadir hallarda efirlərdə görürük. Bu qədər az-az görünməyinizə səbəb nədir?

- 25 ildir ki, səhnədəyəm.Artıq dincəlmək istəyirəm. Fikirləşirəm ki, səhnəni gənclərə buraxmaq lazımdır. Hətta kanallar dəvət edəndə də getməmək istəyirəm. Verilişlərə çıxmağa tərəddüd edirəm. Həm də mənim böyük oğlum universitetdə oxuyur, ortancıl ali məktəbə hazırlaşır. Kiçik oğlum isə iki dəfə respublika çempionu olub. Ailə və sənət bir yerdə uyğunlaşmır. Ailəli insanın maqazin verilişlərinə çıxması düzgün deyil: filankəsin paltarı belə oldu, filankəsin avtomobili elə oldu. Bu tip mövzularla gündəmdə olmaq mənə yaraşmaz.

- Yeni ili necə qarşıladınız?
- Həmişəki kimi iş başında oldum. Bu, mənim üçün bir şərəfdir. Amma ailəmə də vaxt ayırdım. Bağda küknar ağacı bəzədik, evimizə qonaq dəvət etdik.

- Bizə yeni illə bağlı maraqlı hansı xatirənizi danışa bilərsiniz?

- Bir dəfə yeni ili İsveçrədə qarşıladım. Orada insanlar yığışır, yeni il girən kimi qucaqlaşıb, öpüşürdü. Saat 12-ni vuranda hamı qucaqlaşdı, ətrafda bir zənci qadın və mən var idim. Biz də qeyri-ixtiyari qucaqlaşdıq, öpüşdük. Bunu heç zaman unuda bilmirəm (gülür)

- Bu il İlqar Xəyalı hansı layihələrdə görəcəyik?

- 2013-cü il üçün çoxlu planlarım var. Özüm bəstələdiyim "Son dəfə ayrılaq" adlı mahnı hazırlayıram. Bu mahnı üçün özümə tərəf müqavili axtarıram. Çünki çox çətin bəstədir. Duet ortağım ya Səbinə Babayeva, ya Samira olacaq. Çünki onların səsi bu bəstəyə çox uyğundur. Növbəti mahnı isə "Əgər bir gün mənə dönmək istəsən" adlanacaq. Söz vermişəm bu il çox aktiv olacağam, verilişlərə qatılacağam.

- Niyə bütün mahnılarınız ayrılıqdan, keçmiş sevgidən bəhs edir?

- İlqar Xəyal romantik müğənnidir. Həmişə sevgiyə aid mahnılar oxumuşam. Bu, mənim tərzimdir.

- İllərdir sizi eyni imicdə görürük. Heç qocalmırsınız...

- Mən sovet dövrünün yetirməsiyəm. Həmişə yeməyimə fikir verirəm. İndi bizim gənclərin qidalanmasını görəndə onlara yazığım gəlir. Gündə cəmi bir dəfə yemək yeyirəm. Hər gün yüngül atletika, üzmək və velosiped sürməklə məşğul oluram. Qurmanam, dadlı yeməkləri sevirəm, amma qədərində. Əgər bir boşqab yeyib, doymadımsa, ikinciyə əl atmaram.

- Hansı gənc müğənniləri bəyənirsiniz?

- Tünzalə Ağayevanı, Səbinə Babayevanı, Elnur Hüseynovu, Samir Cavadovu bəyənirəm. Gözəl muğam ifaçılarımız var. Amma çox müğənnilər də var ki, bilmirsən nə oxuyur. Buna görə də əksəriyyətini sevmirəm. Amma etiraf edək ki, bizim müğənnilər dünya ulduzlarından da istedadlıdır. Bizimkilər hər dildə mahnı oxuyurlar, hər ritmi bilirlər. Xaricilər isə ancaq öz dillərində ifa edə bilirlər.

Zənci qadınla qucaqlaşıb öpüşdüm (Fotolar)Zənci qadınla qucaqlaşıb öpüşdüm (Fotolar)Zənci qadınla qucaqlaşıb öpüşdüm (Fotolar)Zənci qadınla qucaqlaşıb öpüşdüm (Fotolar)Zənci qadınla qucaqlaşıb öpüşdüm (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3389   Tarix: 19 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167