"Smart-kart" tipli sayğaclardan necə istifadə etməli?
Smart-kart" tipli sayğaclar yalnız müvafiq standartlara cavab verən qaz xətlərinin üzərində quraşdırılır. Yeni tipli sayğacların istismar qaydaları istehlakçılar üçün xüsusi maraq kəsb edir.
Sayğaclar mənzillərdə quraşdırıldıqdan sonra abonentlər yerli Qaz İstismarı sahələrinə müraciət edərək ödəmə kartını heç bir ödəniş etmədən ala bilirlər. Ödəmə kartı itirildikdə, zədələndikdə və s. səbəblərdən yararsız olduqda "Azəriqaz" İstehsalat Birliyinin bank hesabına 5 (beş) manat məbləğində vəsait ödəməklə yerli Qaz İstismarı Sahəsindən yeni kart əldə etmək olar. Abonentin balansına yüklənmiş vəsait bitdikdə sayğacın ekranında "bağlanmış klapan" simvolu əks olunur və qaz təchizatı dayanır. Lakin bu halda belə hər bir sayğacda abonentin istifadəsi üçün 10 kubmetr (1 manat məbləğində) qaz miqdarında kredit olur. Həmin kredit bitdikdə abonent mütləq şəkildə kartına pul yatıraraq sayğaca daxil edir, 1 manat məbləğində artıq istifadə edilmiş kredit avtomatik olaraq abonentin hesabından çıxılır və yenidən kredit şəklində sayğaca yüklənir.
Bir faktı da vurğulamaq lazımdır ki, mexaniki sayğac "smart-kart" tipli sayğacla əvəz olunduqda təbii qazdan istifadəyə görə qalıq borcu abonent tərəfindən bank (poçt) vasitəsilə onun müvafiq koduna dərhal ödənilməlidir. Vəsaitin tam ödənişi mümkün olmadıqda, yerli Qaz İstismarı Sahəsi ilə abonent arasında təsdiq edilmiş protokol əsasında qalıq borcun ödənilməsi qaydası haqqında abonentin xüsusi səhifəsində qeyd aparılır. Hər dəfə abonentin karta yüklədiyi pulun miqdarından (borcun məbləğindən və yaranma səbəbindən asılı olaraq) 30-50 faizinin çıxılması onun borcunun azalması və sonda borcun tam ödənişinə qədər avtomatik olaraq təmin edilir.
Ehtiyatsız davranma, qaz xəttində sızmanın olması, mənzildə istifadə edilən cihazların sərfiyyatının sayğacın texniki parametrlərinə uyğun gəlməməsi, hər hansı bir müdaxilə, qeyri-qanuni qoşulma kimi hallar baş verdikdə sayğac koda düşür, klapanı dərhal qapanır və bu barədə məlumat müvafiq qaydada bazaya ötürülür. Koda düşərək bağlanan sayğacı abonentin hər hansı bir yolla işə salması mümkün deyil. Bu zaman sayğac işlək vəziyyətə yalnız xüsusi servis kartı vasitəsilə gətirilir. Servis kartı hər bir Qaz İstismar Sahəsinin ərazi xidmətlərindədir.
Ümumiyyətlə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılar (əhali kateqoriyasına aid olan abonent) üçün "Azəriqaz" İstehsalat Birliyinin, hüquqi şəxs olan istehlakçılar üçün isə onların öz vəsaitləri hesabına həyata keçirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 9997 Tarix: 10 yanvar 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir
ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın
11:14 156 Süni intellektli çatbot qətldə ittiham olunur
ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta
10:53 163 "Qala Sığorta" yanan BMW-yə sığorta ödəməyəcək: "Sürücü tamaşa edib..."
Bu ilin iyul ayında Goranboy rayonu, Qazanbulaq qəsəbəsində 77-LC-074 dövlət nömrə nişanlı "BMW 535i" markalı avtomobilin yanmasına görə "Qala Sığorta" Açıq Səhimdar Cəmiyyəti (ASC) sığorta ödənişi etməyəcək. Qaynarinfo-nun məlumatına görə, bu barədə məhkəmə qərar verib. 1995-ci təvəllüdl
17:26 83 Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi
Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira
11:05 222 Müəllimin sinif otağında ölməsinin təfərrüatı... (VİDEO)
Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib. Sevda müəllimi illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərin
10:11 336 Yeni il hədiyyələri alarkən diqqətli olun!
Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulları
16:51 96 Rusiyanın həqiqətəndə Ukraynadan sonrakı hədəfi Avropadır? - POLİTOLOQDAN AÇIQLAMA
Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Avropada təhlükəsizliklə bağlı ən qaranlıq ssenariləri gündəmə gətirib. Yaşlı Avropa liderləri və aparıcı Qərb paytaxtları artıq uzun müddətdir eyni fikri təkrarlayır: Rusiyanın Ukraynadan sonrakı hədəfi Avropadır. Almaniya və Böyük Britaniya rəhbərliyi dəfələrl
10:42 280 Qida təhlükəsizliyi pozuntularına görə cərimələr
"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini
14:34 149 "Hazırda "bomj" kimi bir həyat yaşayıram..."
"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas
17:20 101