Zidan: Mourinyo "Real"ı tərk etməlidir

Zidan: Mourinyo Joze Mouriyo səlahiyyətlərinin öhdəsindən gələ bilmirsə, qovulmalıdır. Necə ki, 2008-ci ildə "Çelsi"də işlədiyi vaxt belə etmişdilər və onun gedişindən sonra komanda Çempionlar Liqasının finalına yüksəlmişdi.

Qol.Az-ın "El Pais"ə istinadən verdiyi məlumata görə, bunu İspaniyanın "Real" (Madrid) klubunun idman direktoru Zinəddin Zidan deyib.

O qeyd edib ki, Mourinyoya ən gözəl əvəzləyici italiyalı Marçello Lippi ola bilər. "Real"ın əfsanəvi futbolçusu klub prezidenti Florentino Peresə belə bir təkliflə müraciət edib. Hazırda "kral klubu" İspaniya çempionatında lider "Barselona"dan 16 xal geridədir.

Peres xəbərdardır ki, futbolçular portuqaliyalı baş məşqçinin mümkün qədər tez getməsini istəyirlər. Zidanın fikrincə, Lippi komandadakı böhranın öhdəsindən mümkün qədər tez gələ bilər. Fransalı ulduz qocaman baş məşqçini mövsümün axırınadək gətirməyi, sonra isə onunla tam müqavilə bağlamağı məqsədəuyğun sayır. Hazırda Lippi dünyanın ən ödənişli baş məşqçisidir və Çinin "Quanqju" komandasına rəhbərlik edir. Lakin "Real"dan təklif alsa, o, çətin ki, imtina etsin.

Qeyd edək ki, hazırda klub daxilində ab-hava da yaxşı deyil. Joze Mourinyo La Liqanın ötən turunda "Malaqa" ilə oyun zamanı kapitan qapıçı İker Kasilyası ehtiyatda saxlayıb. Bəzi məlumatlara görə, Kasilyas Mourinyonu tənqid etdiyi üçün baş məşqçinin qəzəbinə tuş gəlib. Oyun isə "Malaqa"nın qələbəsi ilə yekunlaşıb – 3:2.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2866   Tarix: 28 dekabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12.04.2024 1967
.

"Barselona"nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

"Barselona" klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb. Bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat verib. Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub. İspaniyalı müdafiəç

11.04.2024 527
.

"Barselona" iki futbolçusu ilə bağlı qərar verib

İspaniyanın "Barselona" klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliks in taleyinə aydınlıq gəlib. "Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Barsa" rəhbərliyi Kanselonun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəli müqavil

27.04.2024 257
.

Mourinyo: "65 yaşıma qədər işləmək istəyirəm"

"Çelsi", "Portu", "Real Madrid", "İnter", "Roma" kimi klubları çalışdırmış Joze Mourinyo yeni açıqlama ilə diqqət mərkəzinə gəlib. 61 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirmək fikrində olmadığını vurğulayıb. "Mənim hazırda 61 yaşım var və 6

23.04.2024 339
.

Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO

Fransanın paytaxtı Paris şəhərində 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Ənənəvi tədbir Yunanıstanın qədim şəhəri Olimpiada gerçəkləşib. İlk məşəl daşıyan fransalı, 2004-cü ildə üzgüçülük üzrə Olimpiya çempionu Laure Manadu olub. Qeyd edək ki, Fransada təşkil ediləcə

16.04.2024 325
.

"Real"ın əsas qapıçısının komanda ilə məşqlərə başlayacağı vaxt bəlli olub

İspaniyanın "Real" klubunun əsas qapıçısı Tibo Kurtua aprelin sonunda komanda ilə məşqlərə başlayacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belçika millisinin üzvü açıqlama verib. Qeyd edək ki, Tibo Kurtua zədə ucbatından 2023/2024 mövsümündə heç bir oyund

06.04.2024 290
.

"Qurban Qurbanov instaqram nədir, onu da bilmir"

"Qurban Qurbanovun göstərdiyi nəticələr elə nəticələrdir ki, onu qarşımıza hədəf kimi qoymuruq. İstər Türkiyə, istər Rusiya, Niderland, istərsə də, Belçika məşqçiləri olsun, onlar bu uğuru təkrarlaya bilməzlər". "Qafqazinfo" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşa

04.04.2024 620
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 477
.

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatd

28.04.2024 201