Uşaq stresdə, neyləyək?

Uşaq stresdə, neyləyək?Onların psixiki durumunun stabilləşdirilməsində terapiyaların rolu əvəzsizdir.
"Qızımın 5 yaşı var. Bir il öncə həyat yoldaşımdan ayrıldığım üçün qızım atası ilə gec-gec görüşür. Elə bu dövrdən uşaqda müxtəlif problemlər yaranıb. Gecələr rahat yatmır, öz-özünə danışır. Qapalı olub. Bəzən çağırıram, məni eşitmir", - deyən Leyla Əyyubova bildirir ki, qızını bir neçə dəfə psixoloqa da aparıb. Xidmətdən qane olmayan ana qızı üçün nə edəcəyini bilmir.

Bədbəxt hadisələr, qəzalar, gündəlik həyatın çətinlikləri çox zaman insanların stressə düşməsi ilə nəticələnir. Bu hadisələr uşaqlara daha çox təsir etdiyindən, belə hallar yaşayan uşaqların cəmiyyətə inteqrasiyası, uyğunlaşması zaman alır və valideyn üçün çətin bir prosesə çevrilir. Valideyn uşağı yaşadığı cəmiyyətə uyğunlaşdırmağa çətinlik çəkir, ya da bunu hansı formalarda gerçəkləşdirmənin yollarını bilmir.

Uşaqların cəmiyyətə inteqrasiyası, onun yaradıcılıq qabiliyyətinin inkişafı, düşüncələrinin genişlənməsi, ətraf aləmlə qarşılıqlı əlaqənin təkmilləşməsi üçün bir neçə terapiya növləri var. Bura nağıl terapiyası, kukla terapiyası və sine-terapiya aiddir.

Dünyanın əksər psixoloqları uşaqlarla işləyərkən ən çox nağıl terapiyasına üstünlük verirlər. Onların fikrincə, nağılların mətni istər uşaqlarda, istərsə də böyüklərdə intensiv emosional rezonans yaradır.

Psixoloq Arzu Şirinovanın sözlərinə görə, nağıllar uşaqları gərgin emosional vəziyyətə psixoloji cəhətdən hazırlayır, onları fizioloji və emosional streslərdən uzaqlaşdırır, uşağa öz fiziki aktivliyini simvolik şəkildə qəbul etdirir. "Nağıl terapiyası zamanı nağıllardan məcaz kimi istifadə edilir. Uşağa nağıl danışıldıqdan sonra şəkillər vasitəsilə müzakirə edilir və başa salınır. Psixoloq uşağın nağıldakı obrazlar haqqındakı fikirlərini öyrənir, ona nağıllardakı ibrətamiz vəziyyətləri başa salır. Nağıl uşaq tərəfindən olmuş hadisə kimi qəbul edildiyi üçün uşaq oradakı vəziyyətləri daha tez qavrayır. Müxtəlif süjetli nağıllar uşağı cəmiyyətə hazırlayır. Uşaq nağıl vasitəsi ilə həyatı başa düşməyə başlayır. Nağıllarda xeyirin qələbə çalması uşaqda psixoloji müdafiəni təmin edir. Nağılda nə baş verirsə-versin, hər şey yaxşılıqla qurtarır. Qəhrəmanların üzərinə düşən sınaqlar onlara daha ağıllı, xeyirxah, güclü və müdrik olmaqda kömək edir. Beləliklə, uşaq başa düşür ki, insan həyatında baş verən hər bir şey onun daxili inkişafına istiqamət verir".

Digər terapiya - sine-terapiya isə insanlarda olan bir çox psixoloji problemleri və travmaları aradan qaldırmaq üçün istifadə edilir. Belə ki, aparılan araşdırmalar nəticəsində bir sıra psixoloji travmaların müalicəsində, aradan qaldırılmasında sine-terapiyanın əhəmiyyətinin olduğu müəyyənləşib. Bu terapiya üsulundan istifadə zamanı fərddə uzunmüddətli davam edən psixoloji travma və gərginlikləri aradan qaldırmaq mümkündür. Bu zaman istifadə edilən video filmlər həmin fərdlərin əylənərək tərbiyə və müalicə olunmasına köməklik edir.

Psixoloq hesab edir ki, əsasən sine-terapiya sosial fobiyadan çətinlik çəkən insanlara, "rədd etmə-inanmama", "üzüntü -yas" hallarında, çox əsəbi və aqressiv olan insanlara tətbiq edilir. Lakin, əlbəttə ki, bu terapiya fərqli cəmiyyətlərdə, fərqli mədəniyyətlərdə fərqli şəkildə tətbiq edilə, bir çox psixoloji problemərin həllində istifadə oluna bilər. "Bu terapiyadan sonra, bütün problemlər xəstənin gözündə kiçilir və o daha rahat olur. Səbəb isə terapiya zamanı fərdlə filmdəki aktyor və ya aktrisanın arasında emosional bağlılıq yaranması, fərdin öz problemini həmin ssenaridə görüb danışmaq istəyi, problemini həmin aktyor kimi aradan qaldırma istəyi müşahidə olunur ki, bu da xəstənin müalicəsində birbaşa irəliliyiş olmasına gətirib çıxarır".

Həmsöhbətimiz bildirir ki, sine-terapiya zamanı xəstələrin problemlərinə uyğun filmlər seçilməlidir. Onun fikrincə, kişilər mənəvi baxımdan sərt olduqları, onların inanma hissi daha gec yarandığı üçün bu terapiya qadınlar, uşaqlar və yaşlı insanlara daha çox təsir edir. A.Şirinovanın sözlərinə görə, sineterapiyanın ən önəmli tərəfi daha tez təsir etməsidir.

Uşaqların psixiki durumunun stabilləşdirilməsində istifadə edilən digər terapiya isə kukla terapiyadır. Kukla terapiya metodu, uşağın cizgi filmində, nağıldakı sevimli qəhrəmanı və sevimli oyuncağı ilə uyğunlaşması prosesləri əsasında öz təsdiqini tapmışdır. "Uşaqların böyüklərlə ünsiyyəti və böyüklərin problemini daha tez dərk etməsi üçün kuklaterapiya daha çox önəmlidir. Kukla terapiyadan şəxsiyyətlərarası konfliktlərin çözülməsi, sosial adaptasiyanın yaxşılaşması, qorxu, pəltəklik, davranış pozğunluğu olan adamlarla korreksiya işi zamanı, həmçinin emosional travmalı uşaqlarla iş zamanı geniş istifadə olunur. Sevimli oyuncaqların "iştirakı ilə" tamaşalar qoyulur. Bu tamaşalarda əsas süjet xətti kimi uşaqları travmalayan süjetlər seçilir, qorxulu hadisələr və onlarla müvəffəqiyyətli mübarizə əks etdirilir. Süjetin hansı tərəfə dönməsi hüdudunda uşağın emosional gərginliyi dəyişilir, bəzən maksimum həddə çatır".

Psixoloq bildirir ki, kukla terapiyada müxtəlif kuklalardan istifadə oluna bilər. Bunu istər valideyn, istərsə də həkim psixoloqun köməyi ilə etmək mümkündür.

Bu terapiya növləri insanları düşdüyü ən ağır hallardan çıxarmağa yardım edir. "İnsan beyni də yorula bilir. Yaşadığımız həyatın çətinlikləri insanı yorur. Bu səbəbdən bəzən insanlar sanki keyiyir, hiss etmir, eşitmir, elə bil xəyallarda olur. İnsanları belə problemlərdən ən çox terapiya yolu ilə çıxarmaq mümkündür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3613   Tarix: 24 dekabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121