Uşağı atanın saxlaması mümkündürmü?
Uşaq başqasının yanında qalsa belə digər bir şəxs ananı əvəz edə bilmir. Ana işləyirsə, bu iş analıq vəzifələrinin yerinə yetirilməsinə mane olmamalıdır. İşləyən analar iş rejimini elə qurmalıdırlar ki, gün ərzində bir neçə saat uşaqlarının yanında ola bilsinlər. Təəssüf ki, bəzi analar dolanışıq xərclərinin ağırlığından bütün günü işləməyə məcburdurlar. Onlar hiss və istəklərinə uyğun dayə seçməlidirlər. Ana üçün ən müqəddəs vəzifə övladının tərbiyəsidir. Bir müddət dayənin tərbiyə etdiyi uşaq yenidən ananın nəzarəti altına keçirsə, ana öz tərbiyə üsuluna üstünlük verməlidir.
Maraqlıdır ki, uşaqlar haqqında yazılan əksər kitablarda atanın rolu qeyd olunmur. Beləcə, ata unudulur, onun uşağa münasibətdə funksiyaları məhdudlaşdırılır. Hansı ki, atanın ailədə böyük rolu var. Ata da ana kimi ailədən ləzzət duyur. Yeni bir varlığa həyat vermək həyatın ən böyük təcrübələrindəndir. Atanın övlada təsir etmək, onu qorumaq, onun cəmiyyətdə yer tutmasına yardım göstərmək imkanları var. Övladın ataya məhəbbəti ata üçün misilsiz ləzzətdir.
Əksər atalar övladlarının xoş münasibətini müşahidə etdikdə rahatlıq tapırlar. Bu xüsusiyyət ata olmağın yalnız bir üstün cəhətidir. İnsan ata olmaqla öz uşaqlıq xatirələrini təkrarlamaq imkanı qazanır. Övladlar atalıq ləzzətini təcrübədən keçirmək üçün kişiyə verilmiş fürsətdir. Buna görə övladlara təşəkkür etmək lazımdır. Əfsus ki, bəzi atalar bu fürsətdən yetərincə faydalanmırlar.
Bu xoşagəlməz hal bu günkü mədəniyyətimizdən doğur. Cəmiyyətimizdə atalıq vəzifələrinə əhəmiyyət verilmir. Amma həyəcan təbili çalmağın vaxtıdır. Ana məhəbbətini dəyərli bildiyimiz kimi, ata məhəbbətini də dəyərli bilməliyik. Uşaqlar atanın məhəbbətindən, onun qucağında oynamaqdan, öpüşlərindən ləzzət alırlar.
Bütün cəmiyyətdə sözün əsil mənasında övlad atadan təcrid edilib. Guya, uşaq saxlamaq kişinin şəxsiyyətinə nöqsan gətirir. Əlbəttə ki, bu münasibət cəfəngiyyatdır. Hər bir ata övladına nəvaziş göstərməlidir. Hətta yaxşı ata azacıq ananı xatırladır.
Sözsüz ki, atanın vaxtı məhdud olduğu üçün o öz övladına lazımı qədər vaxt ayıra bilmir. Amma atanın az da olsa övladına ayırdığı vaxt çox dəyərlidir. Hətta az vaxt daha da şirin ola bilər.
Uşaq atası ilə təklikdə qalmaqdan ləzzət alır. Atanın öz övladlarını bir yerə yığıb onları gəzintiyə aparması böyük sevinc doğurur. Ümumiyyətlə, uşaqda öz valideynlərini ayrı-ayrılıqda tanımağa maraq var.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2165 Tarix: 08 yanvar 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018 Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549