İnsan cəsədindən düzəldilən almaz - Şok (Foto)

Böyük Britaniyanın "Phoenix Memorial Diamonds " ("Feniks Xatirə Almazı") şirkəti yaxınlarını itirən və onların adını əbədiləşdirmək istəyənlərə əcaib "ölümsüzlük iksiri" təklif edir.

Daha doğrusu, əziz insanların nəşlərini almaza çevirməyə səsləyir. Əcaib təklifdir, deyilmi? Amma bunu etmək asandır. İlk öncə cəsəd xüsusi peçdə yandırılaraq külə çevrilir. Daha sonra Rusiyada hazırlanmış xüsusi texnologiya əsasında insan külü duz və digər lazımsız qeyri-üzvi maddələrdən təmizlənir, nəticədə karbon qalır. Karbon isə 4-8 həftə boyu yüksək temperatur və təzyiqin təsiri altında almaza çevrilir.

Müştərinin maliyyə imkanından asılı olaraq İngilis şirkəti 0, 25 – 2 karatlıq almaz düzəldə bilir. Belə ki, 80 kiloqramlıq ölüdən 1 karat çəkisində və yarım santimetr diametrində almaz hazırlamaq mümkündür. Sarı almazın düzəldilməsinə təxminən 100 qram kül və ya 35-40 qram insan tükü lazımdır (qiyməti: hər karata görə 5 250 İngilis funt sterlinqi). Mavi daşın hazırlanmasına 500 qram kül, yaxud 100 qram saç tələb olunur (qiyməti: hər karata görə 10 750 İngilis funt sterlinqi).

Belə almazların saxlanılması üçün də maraqlı üsullar təklif olunur: qiymətli daşlar nadir və bahalı ağac növündən düzəldilən mücrüdə, yaxud qranit altlığın üzərində qoruna bilər. Beləliklə, ən əziz mərhumu "qolbaq, kolye, üzük şəklində" hər zaman yanında "daşımaq" mümkündür. Nə deyək? Bəşər övladının fantaziyası ölümsüzlük axtarışında sərhəd tanımır...

Qəribəsi budur ki, Qərbdə belə təklifə tələbat günü-gündən artır. Bu işlə məşğul olan Algordanza ("Xatirə") adlı İsveçrə şirkətinin gənc rəhbərləri Rinaldo Villi və Vayt Brimer bildirirlər ki, ay ərzində onlara 60 müştəri müraciət edir. Nəticədə, şirkət 13 ölkədə nümayəndəlik açıb. Son zamanlar yaxın qonşumuz olan Rusiyada da bu cür şirkətlər fəaliyyət göstərməyə başlayıb.

P.S. "Phoenix Memorial Diamonds " İngilis şirkətinin adındakı Feniks sözü təsadüfən seçilməyib. Əfsanəyə görə, Feniks yanaraq kül olan və yenidən dirilən quş olub...

İnsan cəsədindən düzəldilən almaz - Şok (Foto)İnsan cəsədindən düzəldilən almaz - Şok (Foto)İnsan cəsədindən düzəldilən almaz - Şok (Foto)İnsan cəsədindən düzəldilən almaz - Şok (Foto)İnsan cəsədindən düzəldilən almaz - Şok (Foto)İnsan cəsədindən düzəldilən almaz - Şok (Foto)İnsan cəsədindən düzəldilən almaz - Şok (Foto)İnsan cəsədindən düzəldilən almaz - Şok (Foto)İnsan cəsədindən düzəldilən almaz - Şok (Foto)İnsan cəsədindən düzəldilən almaz - Şok (Foto)İnsan cəsədindən düzəldilən almaz - Şok (Foto)İnsan cəsədindən düzəldilən almaz - Şok (Foto)İnsan cəsədindən düzəldilən almaz - Şok (Foto)Menbe:Publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6337   Tarix: 05 dekabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660