Devid Bekhem vida ərəfəsində sirrini açıqladı

Devid Bekhem vida ərəfəsində sirrini açıqladı Devid Behkem 6 ildi formasını geyindiyi "Los Anceles Qalaksi" ilə vidalaşıb. Fanat.az xəbər verir ki, ötən axşam "Houston Dinamo"ya qarşı oynayan inglis ulduz ABŞ karyerasını başa vurub.

2007-ci ildən çıxış etdiyi ABŞ-da 103 oyun keçirən futbolçu 18 qol vurub və 40 məhsuldar ötüromə verib. Bekhem ABŞ-dakı oyun oyunundan öncə "SNN Türk"ün suallarını cavablandırıb.

Ulduz futbolçu bir il sonra karyerasını bitirəcəyini deyib: "Los Anceles Qalaksi" ilə 6 il gözəl zaman keçirdim. Amerikada futbolun inkişafı üçün böyük işlər gördüyümə inanıram. Bundan sonra daha bir il başqa çempionatda oynamağı və bu təcrübəni yaşadıqdan sonra karyeramı bitirməyi düşünürəm. Müxtəlif çempionatlardan təkliflər var. Onların arasından mənə və ailəmə uyğun olanını seçəcəyəm".

Bekhem ABŞ-ın MLS liqasından klub satın alacağı ilə bağlı xəbərlərə münasibət bildirib: "Bunu düşünürəm. MLS liqasına yeni 6 klub çıxacaq. Amma indidən konkret bir şey demək olmaz. Qərarımı yaxın zamanlarda açıqlayacağam".

"Necə olur ki, Bekhem 37 yaşında olmasına rəğmən həldə də futbol dünyasının ən böyük fenomeni olmağı başarır" sualına ingilis futbolçunun cavabı belə olub: "Bunu öncəliklə ailəmə və nizam-intizamlı yaşamıma borcluyam. Bizim işimizdə motivasiya, mənəvi dəstək, sakitlik çox önəmlidi. Bu məsələdə həyat yoldaşım Viktoriyaya və uşaqlarıma nə qədər təşəkkür etsəm azdı. Bu günə qədər özümü inkişaf etdirmək üçün çox çalışdım. Məşqlərdən sonra həmişə əlavə olaraq öz üzərimdə işlədim. Təbii ki, uğurumda futbola başladığım gündən bu günə qədərki məşqçilərimin də böyük əməyi var".

Bundan sonra da Amerikadakı həyatını davam etdirib-etdirməyəcəyi ilə bağlı suala isə Bekhem belə cavab verib: "Amerikanı çox sevirik. Xüsusən də Los Ancelesi. Çox gözəl şəhərdi. Uşaqlarımız bura öyrəşib, məktəbləri burdadı. Hər halda uzun illər burda qalacağıq".

Source: Fanat.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3488   Tarix: 02 dekabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rövşən Nəcəf: "Neftçi" - "Qarabağ" oyununda heç bir komandaya azarkeşlik etməyəcəyəm"

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf "Neftçi" və "Qarabağ" komandaları arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda heç bir komandaya azarkeşlik etməyəcəyini söyləyib. "Report" xəbər verir ki, funksioner bu barədə mətbuat konfransınd

02.04.2024 380
.

Avropa Oyunları bu ölkədə keçiriləcək

2027-ci ildə Avropa Oyunları Türkiyənin İstanbul şəhərində keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu özü də bununla bağlı açıqlama verib. Ətraflı. Qeyd edək ki, 2027-ci ildə Avropa Oyunlarının İstanbuld

27.03.2024 470
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13.04.2024 283
.

Messinin "İnter Mayami"yə transferinin sirri üzə çıxdı: müqavilənin yeni detalları

Lionel Messi çox tanış bir bənddən istifadə edərək David Bekhem ilə "İnter Mayami"nin ortaq sahibi ola bilər. xarici KİV-ə istinadən bildirir ki, Messi karyerasına 2023-cü ildə Fransa çempionu PSJ-dən ayrıldıqdan və Səudiyyə Ərəbistanına keçiddən imtina etdikdən sonra ABŞ-ın "İnter Mayami"

08.04.2024 940
.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

07.04.2024 333
.

"Real"ın əsas qapıçısının komanda ilə məşqlərə başlayacağı vaxt bəlli olub

İspaniyanın "Real" klubunun əsas qapıçısı Tibo Kurtua aprelin sonunda komanda ilə məşqlərə başlayacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belçika millisinin üzvü açıqlama verib. Qeyd edək ki, Tibo Kurtua zədə ucbatından 2023/2024 mövsümündə heç bir oyund

06.04.2024 282
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 265
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 347
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14.04.2024 259