Lətifələr

Lətifələr1. Bir dəfə Çaplindən soruşurlar:
- Öləndən sonra harada olmağınızı arzurladınız - Cənnətdə və ya Cəhənnəmdə?
Aktyor deyir:
- İqlim Cəhətdən,əlbəttə cənnət yaxşıdır.O ki, qaldı yaxşı cəmiyyətə,şəksiz cəhənnəm yaxşıdır.

Lətifələr2. Bir şəxsi mühakimə edirlər.Hakim soruşur:
- Boynunuza alırsınız ki,qonşunuzun klarnetini oğurlamısınız?
- Bəli boynuma alıram.Oğurlamışam.
- Siz klarnet çalansınız?
- Ömrümdə əlimə almamışam.
- Bəs o klarneti nə üçün oğurlamısınız?
- Məsələ burasındadır ki,mənim qonşum da heç klarnet çalmağı bilmir,ancaq səhərdən axşama kimi çalır.

Lətifələr3. Ərlə Arvad Sözləşirlər.Arvad deyir:
- Mən Əminəm ki,o dünyada cənnətdə arvadlar kişilərdən ayrı olurlar.
Əri cavab verir:
-Əlbəttə,elə olmasaydı,ora cənnət olmazdı ki!

Lətifələr4. Bir oğlan bir qıza vurulub atasına yazır:
"Əziz ata,mənə 10 şilinq göndər,sevgilimlə birlikdə şəklimizi çəkdirib sənə göndərim".
Ata yazır:
"5 şilinq göndərirəm.Qızın şəklini çəkdir göndər,səni mən onsuzda yaxşı tanıyıram.

Lətifələr5. - Arvadın Mahnı oxuyanda sən nə üçün həmişə çıxıb eyvanda dayanırsan?
- Deyirəm qapı qonşu elə fikirləşər ki,mən onu döyüb-öldürürəm.

Lətifələr6. Nevrapatoloq yanına gəlmiş xəstədən soruşur:
- Sizdə belə bir vəziyyət olurmu ki,səs eşidəsiniz,amma kimin və haradan danışdığını başa düşməyəsiniz?
- Doktor lap tez-tez olur.
- Bəli Ağırdır!Belə Hallar nə vaxt baş verir?
-Telefonla danışanda.

Lətifələr7. Ser,sizin qızınız mənim xoşuma gəlir.Necə edək ki,onunla tez-tez görüşə bilim?
- Məsləhətim budur:mənə 3 funt borc verin,sonra düz bir il pulunuzun dalınca gəlib gedin.

Lətifələr8. Oğlan qışqırır:
- Ana,tez gəl,nərdivanı aşırmışam!
- Atan bilsə gör başına nə oyun açar...
Oğlan cavab verir:
- Atam bilir,o,çılçıraqdan asılı qalıb.

Lətifələr9. Misal var deyirlər ki,"söz külək kimi bir şeydir,hər yana əsir".
Bir kişi buna etiraz edib deyir:
- Düz deyil,o misal elə olsaydı mənim arvadımın dili bütün dəyirmanları işlətməyə kifayət edərdi.

Lətifələr10. Pedro Həkimə gedir.Həkim soruşur:
- Hə indi necə yatırsınız?Məsləhətimə əməl edib yuxuya getmək üçün sayırsınızmı?
- Bəli həkim.Düz 18456-ya kimi saydım.
- Hə,necə,yuxuladınızmı?
Xəstə deyir:
- Nə yuxlamağı,işə getmək vaxtı idi.

Lətifələr11. Diş həkiminin qəbuluna əsə-əsə bir nəfər daxil olur.Həkim xəstənin dişinə baxıb deyir:
-Gərək çəkilsin.
Xəstə daha da bərk əsməyə başlayır.
Həkim bir qədəh araq töküb verir xəstəyə.
- Hə için,möhkəm olun!
Xəstə içir və əsməkdə davam edir.Həkim bir qədəhdə tökür,içirir xəstəyə,sonra üçüncüsünü də,dördüncüsünü də.Gördükdə ki,xəstə daha əsmir,həkim soruşur:
-Hə ,nə oldu?Daha qorxmursunuz ki?
Xəstə deyir:
-Ay Hay!Qorxmuram da sözdü!İndi bir kişinin hünəri var mənim dişimə əl vursun.

Lətifələr12. Kəndlilər dövlətlin əkin sahəsində işləyirdilər.Bir qaraçı yaxınlaşıb deyir:
- ALLAH köməyiniz olsun.
- Çox sağ ol.Bəlkə bizimlə işləyəsən?
Qaraçı deyir:
- Dırmığım yoxdur.Qoyun durum yanınızda,varlı elə biləcək ki,mən də işləmişəm,mənə də pul verəcək.
Elə də oldu - varlı hamıya pul payladı,sonra evinə dəvət etdi.O,soruşdu:
- Kim yeyəcək?
Qaraçı dedi:
- Mən.
- Kim içki içəcək?
Qaraçı dedi:
- Mən.
Sonra varlı soruşdu:
- Sabah məhsul yığımında kim işləyəcək?
Qaraçı üzünü kəndlilərə tutub dedi:
- Dillənin də,elə "mən,mən"deyirəm,ayıbdır axı!

Lətifələr


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6376   Tarix: 18 dekabr 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364