İranlı kinematoqraflar Azərbaycanda teleserial çəkir(Foto)

Azərbaycanda iki iri miqyaslı və peşəkar yaradıcı heyətin iştirakı ilə hazırlanan teleserial çəkilir. Filmlərin hazılanması üçün İranın məşhur kinematoqrafçıları – Babək Şirinsifət, Mehdi Pərizad və digərləri Azərbaycana dəvət olunub.

"Aydın" və "Çaqqal nəfəsi" adlı çoxseriyalı filmlər çəkilişləri tamamlandıqdan sonra yerli telekanalların birində nümayiş olunacaq.

Bu barədə Publika.az-a serialları çəkən "Kaspi Global" istehsalçı şirkətinin rəhbəri Şamxal Həsənli məlumat verib.

Şamxal Həsənli açıqlayıb ki, "Aydın" filmi Cəfər Cabbarlının məşhur "Aydın" əsərinin motivləri əsasında hazırlanır. Filmin ssenarisi üzərində Rüstəm İbrahimbəyovun kino məktəbinin tələbəsi Nərgiz Bağırzadə çalışır.

Hazırda filmin aktyor heyətinin seçimləri gedir.

Şirkət rəhbəri onu da əlavə edib ki, "Çaqqal nəfəsi" adlı ikinci serialda əməkdar artist Qurban İsmayılov, Gülzar Qurbanova, Rasim Cəfərov və digər tanınmış aktyorlar rol alıb. Ekran əsərində tanınmış teleaparıcı Səxavət Nur da debütünü edib.

Kriminal melodram janrında olan serialin əsas ana xətti bir neçə paralel süjet üzərində qurulub. Film iki qadının taleyindən bəhs edir- təsüdüfi bir qətl törətdiyi üçün həbsxanaya düşmüş Nərgiz adlı gənc qadının (33-35 yaş) həbsxanadan çıxdıqdan sonra başına gələnlər və keçmişdə biznes fəaliyyətiylə məşğul olub, lakin kimlərsə tərəfindən şərlənib həbsxanaya saldırılan Gülarə adlı yaşlı qadının öz günasızlığını sübut etmək yolunda apardığı mübarizəsi…

Filmin ssenari müəllifi İlqar Fəhmidir. İranlı bəstəkar Hamid Sabet seriala musiqi yazıb.
Qeyd edək ki, İran kino adamları sentyabr ayında "Nizami" kinoteatrında nümayiş olunan "Su başında durmuşuq, çinarla mən" tammetrajlı sənədli filmindən Azərbaycan tamaşaçısına tanışdır.
Sözügedən film "Azərbaycanfilm" kinostudiyası və "Obafilm" Prodüser Mərkəzinin birgə istehsalı olan "Su başında durmuşuq, çinarla mən" filmi Qarabağ müharibəsi nəticəsində yurd-yuvasından məcburi köçkün düşmüş insanların taleyindən bəhs edir. Ekran əsəri on il bundan əvvəl çəkilmiş "Sıfır saatının qatarı" sənədli filminin davamı kimi lentə alınıb.

Sənədli kino hekayətinin ssenari müəllifi və rejissoru iranlı kino ustası Babək Şirinsifət, montaj edəni Mehdi Pərizad, Babək Şirinsifət, operatoru Aydın Şirinsifət, musiqi müəllifi Hamid Sabet, səs operatoru Qafur Şirinsifətdir.

PUBLIKA.AZ

İranlı kinematoqraflar Azərbaycanda teleserial çəkir(Foto)İranlı kinematoqraflar Azərbaycanda teleserial çəkir(Foto)İranlı kinematoqraflar Azərbaycanda teleserial çəkir(Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2024   Tarix: 21 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

"Google"un əməliyyat sisteminin yeni versiyası olan Android 15-in 2024-cü ildə buraxılacağı gözlənilir. xarici mediaya istinadən xəbər verir ki, yenilənməni ilk alacaq cihazların siyahısını təqdim edib. Həmişəki kimi "Google Pixel" cihazları təkmilləşdirməni ilk alanlar olacaq. Anca

05.05.2024 591
.

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq

Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. "Report" xəbər verir ki, bu, Biznes mühit

11.05.2024 324
.

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK: kimsə xəbəriniz olmadan...

"iPhone" üçün "WhatsApp"ın beta versiyasında başqalarının profil fotolarının skrinşotunu çəkməyi qadağan edən qeyri-adi funksiya aşkarlanıb. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb . Bildirilib ki, yenilik əvvəllər "Android"

12.05.2024 866
.

Xaqani bağı ətrafında yenidənqurma işləri başlayıb

Bakıda yerləşən Xaqani bağının ətrafında yenidənqurma işləri başlayıb. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, bir müddət öncə Xaqani bağının ətrafı avtomobillər üçün bağlanmışdı

12.05.2024 278
.

Mətbəxdə ən lazımsız 4 ləvazimat

Mütəxəssislər mətbəxdə ən lazımsız şeyləri açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, bu ləvazimatlar faydalı deyil. Ədviyyat şkafı. Çox vaxt görürük ki, bir çox ədviyyatlar toza çevrilir və dadını itirir. Təravətini itirmiş istənilən ədviyyatdan qurtulmağı və onları az miqdarda almağı məsləhə

12.05.2024 868
.

Heç nə oxumadan imtahanda qiymət almağın asan, amma qanunsuz yolu - VİDEO

Ölçüsü cəmi bir neçə millimetrdir. Qulağın içinə qoyulur, ətrafdan isə görünmür. Söhbət mikroqulaqlıqlardan gedir. Son dövrlərdə bu cür qulaqlıqlara maraq artıb. Bu cihazları sosial şəbəkə səhifələrindən satın almaq və ya müəyyən məbləğ qarşılığında icarəyə götürmək mümkündür. Qiymətləri isə 60-260 mana

12.05.2024 746
.

Bakı metrosu vaqonlar üçün təkərlər alır - MƏBLƏĞ

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro vaqonları üçün təkər cütləri alır. İqtisadiyyat.az xəbər verir ki, yeni təkər cütləri "81-717/714" seriyalı metro vaqonları üçün nəzərdə tutulub. Sifarişi "Oktyabrskiy Elektrovaqonoremontnıy Zavod" SC həyata keçirəcək

11.05.2024 269
.

34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir

Hazırda dünyada 34 ölkədə qadağan olunan bu məhsul, Azərbaycanda demək olar ki, çiçəklənmə dövrünü yaşayır. Söhbət elektron siqaretlərdən gedir. Uşaq, böyük, qadın, kişi - istənilən insanın əlində bu kiçik, rəngli alətlərə rast gəlmək olur. Siqaret aludəçiliyinə son qoymaq və istifadəçilərin nikotin

12.05.2024 848
.

Niyə it sahibinin qarşısında başını yerə qoyur?

Yalnız diqqətli və maraqlanan it sahibləri ev heyvanının davranışlarını başa düşürlər. Məsələn, hər kəs həyatında ən azı bir dəfə sahibinin qarşısında başını yerə qoyan it görüb. Bu jesti gözardı etmək olmaz. xarici KİV-ə istinadən xəbər verir ki, bir it müxtəlif vəziyyətlərdə belə davrana bilər. Birinc

11.05.2024 419