Land Rover Range Rover 2013

Land Rover Range Rover 2013Land Rover Range Rover 2013Land Rover Range Rover 2013Land Rover Range Rover 2013Britaniya avtomobil istehsalçısı Range Rover ofrouderini yeniləyir və 4-cü nəsil Land Rover Range Rover 2013 modelinin ilk fotoşəkillərini nümayiş etdirir. Yeni avtomobil son texniki nailiyyətlər əsasında hazırlanıb və maksimum dəbdəbəli tərtibatı ilə sonuncu nəsil tam ötürücülü sistemi ilə seçilir.

Land Rover Range Rover 2013 ofrouderinin müasir dizaynını hazırlayanlar bu avtomobilin 1970-ci ildə buraxılmış ilk orijinal modelindən ilhamlanaraq ofrouderə dairəvi qurtaracaqları olan ənənəvi kvadrat faralar quraşdırıblar.

Land Rover Range Rover 2013-ün kuzovunun yeni strukturu müasir alüminium platformaya əsaslanır ki, bunun sayəsində ofrouder əvvəlki modellə müqayisədə çəkisinin 450 kiloqramını itirib, yəni sələfindən 39% yüngüldür. Bu yüngülləşmə yanacağa qənaətin artmasında və atmosferə atılan karbon qazının miqdarının azaldılmasında özünü büruzə verir.

İnteryer
Avtomobilin təkər bazasının ölçüsünün artırılması sayəsində sərnişinlərin ayaqları üçün məkan 118 mm böyüyüb və ofrouderin interyeri Evoque modelinin fəlsəfəsini üstələyir.
Xatırladaq ki, Evoque "yüngülləşdirilmiş" müasir cihazlar paneli, habelə sürücünün gərginliyini azaltmağa yönələn böyük multimedia ekranı və elektron sensorlarla seçilirdi.
Avtomobilin salonunun üzlüyü üçün ən yüksək səviyyəli materiallardan istifadə olunub. Burada üç rəng variantında dərini, təbii ağac materialından və alüminiumdan hazırlanmış elementləri qeyd etmək lazımdır. Maksimal səviyyəli komfortu xoşlayanlar üçün Executive Class paketi təklif olunur, bu paket arxa cərgəni iki rahat oturacağa çevirməyə imkan verir.

Mühərrik
Dördüncü nəsil Range Rover 2013 ofrouderinin Avropa versiyasının alıcılarına üç variantda mühərriklər təklif olunacaq, onların arasında bir güclü benzin mühərriki və iki qənaətcil dizel mühərriki var. Həmin mühərriklər aşağıdakılardır:
- 5,0 litr həcmli 8 silindrli yüngülləşdirilmiş V8 benzin mühərriki (bu kompressorlu mühərrikin quraşdırıldığı versiya analoji mühərrikli sələfindən 318 kq yüngüldür);
- 3,0 litr həcmli dizel mühərriki (TDV6);
- 4,4 litr həcmli dizel mühərriki.

Yuxarıda qeyd edilən mühərriklərin hər biri 8 pilləli avtomat transmissiya ilə tandem təşkil edir. Qeyd edək ki, həmin transmissiya bundan öncə Jaguar XF Sportbrake 2013 universalında nümayiş etdirilib. İstehsalçı bir müddətdən sonra avtomobilin hibrid və idman versiyalarını da təqdim etməyi planlaşdırır.

Hərəkət keyfiyyətləri
Avtomobilin hərəkət keyfiyyətləri də istehsalçının diqqətindən kənarda qalmayıb. Belə ki, yeni Range Rover 2013 yeni alüminium şassi və modernləşdirilmiş pnevmatik asqı əldə edib. Avtomobil böyük sürətlə dönmə manevri edərkən bu asqı təkərlərin yerdən kip yapışmasını və avtomobilin yerdən üzülməməsini təmin edir.
Bundan əlavə, Land Rover Range Rover 2013 ofrouderi Terrain Response sisteminin yeni nəsli ilə təchiz olunub. Bu sistem yolsuzluq şəraitində sürücünün ən yaxşı köməkçisidir. O, yol örtüyünün durumunu (qar, çirk, qum) avtomatik təhlil edir və avtomobilin detallarını buna uyğun nizamlayır.

2012-ci ilin sentyabrında Paris avtosalonunda baş tutacaq premyeradan dərhal sonra yeni Land Rover 2013-ü sifariş etmək mümkün olacaq. Avtomobilin qiymətləri də həmin vaxt elan olunacaq. Yeni ofrouderin dünya ölkələrinin avtomobil bazarlarına ilk ixracatı isə 2012-ci ilin dekabrına və 2013-cü ilin əvvəlinə planlaşdırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8476   Tarix: 19 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

05.05.2024 245
.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

20:45 64
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

13:00 446
.

Bakıda hamilə ambulansda doğuş etdi

Bakıda xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub. xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb. Məlumat

20:38 90
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 407
.

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq

11:15 211
.

ABŞ Qəzzaya havadan yardım etdi

ABŞ Qəzzaya havadan növbəti yardımı edib. BİG.AZ xəbər verir ki, təqribən 25 min yemək yardımı edilib. Qeyd edək ki, İsrail 7 aya yaxındır hücumlarını davam etdirir və humanitar yardım yük maşınlarının girməsinin qarşısını alır. Bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı X hesabında açıqlama verib

15:18 123
.

Putin səlahiyyət müddəti başa çatan Nazirlər Kabineti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kremldə mayın 7-nə planlaşdırılan andiçmə mərasiminə hazırlaşır və günün ortasında konstitusiyaya uyğun olaraq istefaya gedən hökumətlə görüşəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. "Putin hökumət üzvləri ilə görüşməyi planlaşdırır

14:37 176
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

14:42 233